Leyla Əliyeva: “ Qan tökməyin, amandır..! ”

 
Leyla Əliyeva: “ Qan tökməyin, amandır..! ”

İnsanlar! Çox çətindir
Sizi həmişə sevmək.
Ancaq, hərdən olsa da,
Nə asan nifrət etmək.
Bir-birinizi sevin
Sabaha ruhlandırın.
Kimsəni incitməyin,
Könlünü sındırmayın.
“ Ötən günə gün çatmaz,
Calasan günü-günə ”.

Siz də heç tələsməyin,
Üfüqləri yenməyə... –
Sevinc, kədər, göz yaşı...
Qan-tərə də batsanız
Zaman bunu hiss etmir,
Vecinə də almayır...
Şadlıq-kədər anlamır,
Ötür, saymır heç kimi.
Zaman üçün bir heçdir,
İnsan tələskənliyi...

Zaman, yaxşı bilirsən,
Sənə həsəd çəkirəm.
Sevirəm, qısqanıram –
Dərindən hiss edirəm.
Bir səhərlər mənim ol,
bir də yuxularımda...
Zəncirləsəm mən səni,
Çin olar arzular da.
Əbədiyyən sən mənim,
Olammazsan, bilirəm.
Onu da bilirsən ki,
Hamı kimi deyiləm.

Verərəm nəyim varsa,
Təki səni ram edim.
Yandıraram hamını,
Təki səni əlimdə,
Əridərək mum edim.
Ağlayıram... amma ki,
Göz yaşlara xəsisdir.
Gözdən heç yaş gəlməsin,
Gəldiyi bəs eyləyir;
Hər bir damcı göz yaşı
Kirpiyimdə bir sirdir.
İnsanlar !
Öldürməyin,
Qan tökməyin, amandır.. !
Onsuz da zalım əcəl,

Hər qapını tanıyır...
Nə olsun, gecə-gündüz,
dənizlər də can alır.?! –
Talelər yox edirlər,
Gəmilər batırırlar... –
Suya dönür diləklər...
Gecə !
ehtirasım, hissimsən.
Səni nə bölüşərəm,
Nə də ki, itirərəm...
Mənə ulduz bəxş edən,
Təkliyimi ram edən,
Yeganə həmdəmimsən...
Adamlar bir-birinə
Küsməsin, darılmasın...
Ulu Göydən diləyək,
Günahlar bağışlansın..!

Mənə elə gəlir ki,
yuxulara dalanda
başqa aləm görürəm...
Üz tutub insanlara
səslənmək istəyirəm:
Sevin bir-birinizi... –
Elə bilin bu şeiri
Sizə alqış edirəm...


Geri dön

Mrs.mickey

  • 1 sentyabr 2014 20:31
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
tesekkurler

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 avqust 2014 09:28
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
» Beyendim »

eliwqa

  • 26 avqust 2014 18:13
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 20 avqust 2014 13:26
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
» Beyendim »

ヅ Bad Girl ヅ

  • 19 avqust 2014 18:35
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

PoZitiV Kaa=)

  • 19 avqust 2014 17:07
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

★✰..BeLieBerKa..✰★

  • 19 avqust 2014 14:39
  • Məqalə: 270
  • Şərh: 3639
  • Bal:
{awards}
Təşəkkürlər

Sessiz Melodiya

  • 19 avqust 2014 13:05
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler/

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Biqeyrət....

  • 19 avqust 2014 01:37
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
tesekkurler

Sessiz Melodiya

  • 19 avqust 2014 00:37
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurleer

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

★NuTeLLa★

  • 18 avqust 2014 23:42
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Zəncirləsəm mən səni, Çin olar arzular da.

Cənnət çiçəyi

  • 18 avqust 2014 22:08
  • Məqalə: 2
  • Şərh: 372
  • Bal:
{awards}
ilk wehr menden....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}