Qızıl zinət əşyasının orqanizmə hansı zərəri ola bilər?

 
Qızıl zinət əşyasının orqanizmə hansı zərəri ola bilər?


Qızıl insanlar tərəfindən tapılan ilk metallardan biridir. Hələ qədimdən onun əhəmiyyəti və dəyəri çox böyük olub. Əbəs yerə hələ 2400 il əvvəl, İsgəndərin atası II Filipp demirdi ki, qızıl yüklənilmiş eşşək qarşısında tab gətirməyəcək heç bir qala mövcud deyil.

Hesab edilirdi ki, qızıl sadəcə maddi deyil, həm də mistik xüsusiyyətlərə malikdir. Məsələn, düşmən tayfanın elçisi ilə qızıl qablarda xörək yemək barışıq əlaməti idi. Elçi əmin ola bilərdi ki, qızıl qabdakı yemək zəhərli deyil. Çünki qızılla zəhərin qonşuluğu mümkün deyil.

Tabloid.az xəbər verir ki, bu yeganə metaldır ki, təmiz halda gözəl sapsarı rəngə malikdir. Qızılın möhkəm material olması ibtidai insanların işinə yarayıb. Belə ki, ondan silah, avadanlıqlar, və. s lazımlı əşyalar hazırlanıb.

Qızılı parıltısına, gözəlliyinə görə həmişə bütün xalqlar tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, müasir dövrümüzdə insanların elmdə, incəsənətdə, idmanda, biznesdə yüksək nailiyyətləri qızıl medallarla qiymətləndirilir. Amma təəssüflər olsun ki, qızıl həm də müharibələrin, qətllərin, qarətlərin, mübahisə və savaşların səbəbidir. Onun üstündə dövlətlər yaranıb, dövlətlər dağılıb. Nikahlar bağlanıb, ailələr dağılıb.

Qadınların qızıla olan marağı danılmaz faktdır. Demə bu təsadüfi deyil. Belə ki, zərif cinsin nümayəndələrinin qızıl sevgisinin arxasında dayanan faktları sadaladıqda özünüz də bunun şahidi olacaqsınız.

Ayuverda tərəfdarları hesab edirlər ki, qızıl insanlara xeyirxahlıq verir, onlara Günəş xatırladır, orqanizmə isti təsir edir. Bundan başqa, qızıl ürəkdəki ağrıları, ruhi pozğunluqları və qorxunu aradan qaldırır.

Qızılda bioenerjilərin olmasına inananlar da az deyil. Toya-düyünə gedərkən daha gözəl, daha yaraşıqlı görünmək üçün qız-gəlinlərimiz bəzən başqalarından qızıl məmulatları alıb istifadə edirlər. Lakin çoxunun bu əşyaların onlara verdiyi mənfi enerjidən xəbəri olmur. Belə ki, işlənmiş hər bir bəzək məmulatı ilk sahibinin taleyini özündə cəmləşdirdiyindən, ondan istifadə edən digər adamların da həyatı ona bənzər olur. Əgər ailə səadəti faciələrə mübtəla olan bədbəxt bir qadın öz üzüyünü ərə getməyə hazırlaşan birisinə bağışlayırsa, gəlin olmağa hazırlaşan həmin qızın taleyi heç vaxt ürəkaçan olmayacaq. Bu periodda söhbət kimin kimə bağışlamasından getmir. Hətta ana öz qızına, bacı bacısına hədiyyə etsə də, eyni şeylər olur. Bütün bunları nəzərə alıb çalışın ki, üstünüzdə işlənməyən, öz qızıllarınızı gəzdirəsiniz.

Qədim inanclara görə, boğaz xəstəlikləri zamanı ağızda qızıl saxlamaq kömək edirmiş, ağız qoxusunu aradan qaldırırmış. Deyilənlərə görə, üzərində qızıl gəzdirən insan kədər, qəm-qüssə nə olduğunu bilmir, onun qəbində həmişə sevinc olur. Ola bilsin ki, bu xurafatlarda zərrə qədər də olsa sağlam məntiq var.

Çünki elm çoxdan təsdiqləyib ki, hər bir insanın qanında qızıl mövcuddur. Düzdür, orqanizmində onun miqdarı çox azdır, amma həkimlər-homeopatlar iddia edirlər ki, bu metal fizioloji fəaldır.

Ta qədimdən bəri qızıl dərman kimi istifadə edilir. Onun ərintiləri müalicəvi xüsusiyyətlərə malikdir. Hesab edilir ki, belə zinət əşyaları taxmaq, isteriya və depressiya, epilepsiya zamanı faydalıdır. Bu, insanı sakitləşdirir, eyni zamanda, sevinc, xoş ovqat yaradır. Bundan başqa, qızılın bakterisid effekti var var. Belə ki, bu metal təzyiqi artırır, mübadilə proseslərini fəallaşdırır, qan dövranını sürətləndirir. Müasir tibbdə qızıl bədxassəli şişlərin diaqnostikası və müalicəsi üçün istifadə edilir.

İlk dəfə 1929-cu ildə qızılla artritin müalicə metodu tətbiq olunub. Yeni üsul təsirli və sabit olub. Auroterapyadan bu gün də geniş istifadə edilir.

Qızıl unikal fizioloji xüsusiyyətlərə malikdir. Düzgün istifadə edildikdə bu metal bir çox xəstəliklərin dərmanı ola bilər. Belə ki, təbabətdə qızıldan geniş istifadə edilir. Məsələn, tərkibində qızılın birləşmələri olan dərman preparatları ilə revmatid artrit və poliartrit xəstəlikləri müalicə olunur. Qızıl həmçinin plastik cərrahiyyədə, stomatologiyada, o cümlədən bədxassəli şişlərin diaqnostikası və müalicəsində istifadə edilir.

Gəncliyi mühafizə etmək məqsədilə qızıl plastik cərrahiyyə sahəsində geniş tətbiq edilir. Bunun üçün incə qızıl telləri dərinin altında cəmi bir neçə mikron qalınlığında aparırlar. Bir neçə həftədən sonra onun ətrafında yaranan elastik hollangen toxuması dəri üçün karkas rolunu oynayır.

Statistikaya görə, qızılın birləşmələri ilə müalicə sayəsində təxminən 70-80% xəstədə kliniki yaxşılaşma müşahidə edilib.

Lakin mütəxəssislərin xəstəliklərin müalicəsində qızıl birləşmələri ilə zəngin preparatların istifadəsi ilə bağlı fikirləri birmənalı deyil. Aydındır ki, bu preparatla müalicə bəzi xəstəliklərdə şübhəsiz kömək edirlər, lakin, bundan əlavə, onlar onun yan fəsadları da az deyil.

Lakin bəzi qızıl birləşmləri zəhərlidir. Onlar qaraciyərdə, böyrəklərdə, dalaqda toplaşaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilərlər. Halbuki qədim dövrlərdə insanlar hesab edirdilər ki, qızıl müalicəvi xüsusiyyətlərə malikdir və bunun üçün sağlamlıq naminə onu udmağa belə hazır idilər.

Homeopatiya elmi hipertoniyadan əziyyət çəkənlərə qızıl zinət əşyaları taxmağı tövsiyə edir. Həmçinin sümük, oynaq ağrılarından, serebroskleroz, hipertoniya, ürək, parodontoz, onurğa və oynaq xəstəlikləri, qaraciyər və öd yolları, depressiya, xroniki metrit və uşaqlığın fibroadenoması xəstəliklərindən əziyyət çəkənlərə qızıl tərkibli preparatlar qəbul etmək, qızıl zinət əşyaları taxmaq tövsiyə edilir.

Beləliklə, yetkin yaşlı insanlar bu metalla ünsiyyətdən qorxmaya bilər. Amma uşaqlarla məsələ fərdi xarakter daşıyır. Bəzi uşaqlarda qızıl allergiyanın yaranmasına və yaxud güclənməsinə səbəb ola bilər. Gənclərə gəldikdə isə qızıl enerji mənbəyidi, bir qayda olaraq onların da öz enerjisi kifayət qədərdir.

Qızılın müsbət təsirlərini qeyd etməklə yanaşı onun orqanizmə mənfi təsirləri haqqında da söhbət açmaq yerinə düşərdi. İnanclara görə, qızıl üzük bir çox narahatlıqlara səbəb ola bilər. İnsanın əlində çox həssas nöqtələr vardır ki, onlar müəyyən orqanlarının işinə görə məsuliyyət daşıyir, onları stimulyasiya edir. Əldə böyrək, qara ciyər və ürəklə əlaqəli 400-dən artıq aktiv nöqtələr var.


Məlumdur ki, barmaqların ucunda xeyli sinir ucları cəmlənmişdir. Təbii ki, üzük taxarkən sinir impulslarının ötürülməsinə fikizi təsir göstəririk. Həkimlərin təcrübəsinə görə, evlilik üzüyünü barmaqdan çıxarmaq yetər ki, insan həmişəlik olaraq baş ağrısından və yuxusuzluqdan qurtulsun.Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə, belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəliklərinin yaranmasına zəmin yarada bilər. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib cıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir.

Alimlərin fikirincə, qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və burada baş verən prosesləri fəallaşdırır. Mütəxəssislər qadınlara qızıl əşyaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər.

Zərərinə baxmayaraq, hər kəsə nişan üzük taxmaq nəsib olsun!


Onu da qeyd edək ki, xoşagəlməz hallardan qaçmaq üçün sevimli bəzək əşyalarından birdəfəlik imtina etmək lazım deyil. Ancaq zaman-zaman barmaqlara qızıl-zinət əşyaları taxmayın, arada istirahət vermək kifayətdir.


Geri dön

PoZitiV Kaa=)

  • 19 avqust 2014 17:21
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
qizili sevmiyomki)))

--------------------

Xanim Zehra

  • 19 avqust 2014 00:25
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Təşəkkürlər

Awk bir hayal

  • 18 avqust 2014 16:00
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 avqust 2014 15:37
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Təşəkkürlər

PércyDarkMoon

  • 18 avqust 2014 15:09
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

ヅ Bad Girl ヅ

  • 18 avqust 2014 14:38
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

★NuTeLLa★

  • 18 avqust 2014 14:02
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
twkler),..

Sessiz Melodiya

  • 18 avqust 2014 13:42
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkkkurlerr

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}