Yalnız kişilər üçün: ər arvadı ilə necə yola getməlidir?

 
Yalnız kişilər üçün: ər arvadı ilə necə yola getməlidir?


Ata nəsihəti köməyə gələrsə...

«Oğulbala, bu mesaji kompüterində gözgörən yerdə saxlama, D diskində bir «futbol» papkası aç, at oraya. Qadınlar adətən futbolla maraqlanmadıqları üçün onu gələcək xanımının oxumayacağı ehtimalı böyükdür. Düzdür, bilmək olmaz, kəsilməmiş qarpız kimi bir şeydir, bir də gördün futbol azarkeşi çıxdı, ya da eşələmədiyi papka qalmadı… Amma hər halda orta statistik götürəndə yazıdan ancaq özün nəticə çıxara bilərsən. Hələ lap keçmişdə Seyid Əzim Şirvani adlı bir şair vardı. «Oğluma nəsihət» adlı bir şeiri vardı. Çap da elətdirmişdi ki, başqaları da oxusun. «Cəfər, ey nuri-dideyi-seyyid» sözləri ilə başlayan bu şerdə atası oğluna deyirdi ki, bala, dilləri , əsasən də rus dilini öyrən, yoxsa işin çətin olacaq. «Onlara ehtiyacımız çoxdur, bilməsək dil əlacımız yoxdur». İndi nəsihəti pis qəbul eləyirlər, elə bilirlər ki, hər şeyi özləri bilir, kiminsə köhnə fikirlərinə ehtiyac yoxdur. Əgər yazının başlığını «Oğluma nəsihət» yazsaydım, onu heç oxumayacaqdın da. Amma hər halda mesajı oxuyarsan.

Bala, indi dilləri öyrən deməyə ehtiyac yoxdur. Xüsusən də rus dilini. İndi ingilis dilini bilməsən, CV doldura bilməsən səni heç süpürgəçi də götürməzlər. Mən sənə tamam başqa mətləbdən danışacam. Babandan başlamış atama, əmilərinə, dayılarına, tanıdıqlarıma, özümə baxıb bu nəticəyə gəlmişəm, alimlər də, mütəxəssislər də təsdiqləyir, gələcək xanımınla özünü necə aparmağın haqda xəbərdarlıqdır, istəyirsən əməl elə, istəmirsən, özün bil. Amma ziyan tapmazsan, hər halda nəzərində olsun.
Oğulbala, unutma ki, qadınla istənilən mübahisədə sənin bütün məntiqi dəlillərin uduzulmağa məhkumdur. Ona görə yox ki, sənin məntiqin qüsurludur, ona görə ki, qadınlar heç vaxt heç bir məsələdə düz olmadıqlarını etiraf eləmirlər. Amma hər qıfılın açarı var axı. Qadınların səhvlərini etiraf eləməmələri ancaq görünən təəssüratdır. İstəyirsən mübahisədə qalib çıxasan? Onda irəli…

Qəti fərqi yoxlur ki, sən özünə inanan, zabitəli kişisən, yoxsa, bağışla, arvadağızın birisən, amma həyatda yolun həmişə qadınlarla kəsişəcək. Bunlar tam müxtəlif adamlar ola bilər. Amma ömrünüzü birgə yaşayacağınız qadın gələcək xanımın, el dilində desək, arvadın olacaq. Sən istəsən də, istəməsən də mütləq arvadınla mübahisə məqamları meydana çıxacaq. Kimliyindən asılı olmayaraq arvadının qərarı belə olacaq ki, mübahisədə sən haqsızsan. Havadan danışmıram, başına gələn başmaqçı olar. Əvvəldən günahkar səni biləcəklərini bildiyin üçün buna hazır olub müdafiə yolları saxlamalısan. Özü də yol elə olmalıdır ki, nə sənin kişi qürurun ziyan çəksin, nə də arvadın narazı qalsın. Çətin işdir, amma mümkündür.

Qadının etiraf eləyə bilmədiyi fikrini yaddan çıxar, o elə ona görə qadındır. Heç bir məntiqi dəlil ona sübut eləyə bilməz ki, o düz deyil. Lap özünü öldür, inandırmağa çalış, min dənə misal gətir, fərqi yoxdur. Həqiqət budur ki, o sənin sübutlarını yox, eşitmək istədiyini gözləyir. Əsas biclik odur ki, özün özünə düz olduğunu sübut eləməklə, eyni zamanda arvadını da inandırasan ki, o da düzdür.
Orası da düzdür ki, hər kişi arvadı ilə mübahisədə qələbəni öz bildiyi kimi təsəvvür eləyir. Amma bir ata kimi risq eləyib sənə bəzi biclikləri söyləyim ki, əməl eləsən heç vaxt arvadınla mübahisədə uduzmayacaqsan.

1. Heç vaxt səsini qaldırma

Mübahisənin nə üstə düşməsindən qəti asılı olmayaraq səsinə nəzarət elə. Nə fikir söyləyirsən söylə, amma səsini qaldırma. Gördün ki, xanımın səninlə eyni tonda danışmağa başladı, bil ki, artıq qalib gəlmisən.

2. Onu eşidən adam ol

Oğul, arvadını eşidə, ona qulaq asa bil. Özü də bil ki, bəlkə də yeganə istisnasan ki, ona qulaq asırsan. O, ürəyini boşaltmalı, qışqırmalıdır - imkan ver qoy eləsin. Amma sənin növbən çatanda müdafiə üçün onun dediyi sözləri işlət, qoy başa düşsün ki, nəhayət onu eşitdilər və ən əsası, onun nəzər-nöqtəsini anladılar.

3. Mübahisə mövzusundan yayınmağa imkan vermə

Mübahisə nə mövzuda düşür-düşsün, heç vaxt provokasiyaya gedib mübahisənin mövzusunu dəyişmə. Unutma ki, mübahisədə qələbə və ya məğlubiyyət ondan asılıdır ki, sən qarşındakına öz narazılığını bildirmək üçün əvvəlcədən hazırlanmış, mövzudan qıraq arqumentlərlə danışmağa şans verməməyi nə qədər bacarırsan. Diqqət elə ki,
«… mövzulu» mübahisə ümumlikdə sizin münasibətlərinizin aydınlaşdırılmasına çevrilməsin.

4. Etiraf elə ki, düz deyilsən- və artıq qalib gəlmisən

Bir çox hallarda mübahisədə qalibiyyət öz mübahisənə yox, onun gətirəcəyi nəticələrə aid olur. Sən ilk olaraq özünün düz olmadığını söyləsən, o heç vaxt sənin üzərində qələbə çala bilməyəcək. Bir anlığa qüruru yaddan çıxar, elə narazılıqlar olur ki, onda sənin udub-uduzmağın vacib deyil. Belə hallarda özünü elə göstər ki, guya uduzmusan, qoy rəqibin istədiyi qədər ətrafında at oynatsın. Sənə nəticə lazımdı, düzdür?..

5. Emosiyalar üstündə oyna

Qadınlar çox vaxt ancaq ona görə döyüşə atılırlar ki, emosiyalarla dolurlar. Unutma ki, təkcə onun emosiyaları daşmır, səndə də onlardan var. Yaddan çıxar ki, kişi emosiyalarını içəridə saxlamalıdır. Düzdür, uşaqlıqdan sənə öyrətmişik ki, nə olur olsun, nə qədər ağrılı olsa da kişi emosiyalarını göstərməməlidir. Bəzən bunu yaddan çıxarmaq lazımdır. Öz fikirlərini ləyaqətlə və inadcıllıqla müdafiə elə. Özü də acı sözlərin səni incitdiyini göstərməyə çəkinmə. Qadın üçün mübahisə zəminində öz həyəcanını nümayiş elətdirən kişi kişilərin ən yaxşısıdır. Və sən həmişə qalib gələcəksən.

Xanımınla mübahisəni müəyyən qədər şəkkaklıqla qəbul elə, yadda saxla ki, sən arvadının inanmaq istədiyinə inanmağına imkan versən, həmişə qalib gələ bilərsən. Onun fikrini mübahisənin ilk saniyələrində anlaya bilərsən. Kişilərin səhvi odur ki, onlar mübahisədə ancaq qalib gəlmək istəyirlər və ortaya nəyin qoyulmasından asılı omayaraq udmaq üçün hər şeyə qadirdilər. Unutma ki, insana təbiət tərəfindən inandığını müdafiə etmək qabiliyyəti verilib, binası belə qoyulub.

Lap axırda. Kişi nə qədər xanımı ilə mehriban davransa, yola getsə, vaxtını birgə keçirsə, xoş sürpizlərə, gözlənilməzliklərə vaxt ayırsa, onun mübahisə eləməyə vaxtı qalmaz. Unutma, D diski, «Futbol» papkası. Bilmək olmaz, bəlkə sən də kiməsə mesaj göndərməli oldun. Amma bilmirəm o vaxt bunun forması necə olacaq. Əsas odur ki, qadınlar bineyi-qədimdən belədirlər…»


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 09:09
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLI XEBERDI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

NELLY19

  • 4 iyul 2011 13:50
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrr xebere gore

babyzz

  • 4 iyun 2011 22:00
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Siz oldum (ruben_shara@yahoo.com)
My name Miss Shara, mən profil gün gördüm və maraqlı oldu, mən də daha çox bilmək kimi olacaq və sizə kimə bilmək üçün mənim şəkil verə bilər ki i, mənim e-poçt ünvanına e-poçt göndərmək istəyirəm i am.Here mənim e-mail (ruben_shara@yahoo.com) Shara above.Miss biz (mənim e-mail poçt gözləyirəm here.I dən hərəkət edə bilər və ya məsafə unutmayın rəng fərqi yoxdur, lakin sevgi məsələləri bir çox inanırsınız həyatında.
My gəldikdə
Miss Shara.
ruben_shara@yahoo.com

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
Nice to meet you,( ruben_shara@yahoo.com)
My name is Miss Shara,i saw your profile today and became interested in you,i will also like to know you more,and i want you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address ( ruben_shara@yahoo.com) believe we can move from here.I am waiting for your mail to my email address above.Miss Shara(Remember the distance or color does not matter but love matters a lot in life.
My regards
Miss Shara.
ruben_shara@yahoo.com

_RONALDO_

  • 27 may 2011 14:32
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tw oxumadim uzundu

--------------------

LAUREAT_PIANIST

  • 29 mart 2011 18:33
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
OGLANLAR DA OXUYUR

YazYamuru

  • 1 mart 2011 01:12
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: ,,kepenek,,
biz qizlar oxusaq ne olacaq?

ELƏ QIZLAR OXUYURDAAAAA BAAAXXX wink feel wink

--------------------



::..ONSLAUGHT::..

  • 18 fevral 2011 18:37
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk,.,.,.,.,.,.,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

,,kepenek,,

  • 17 fevral 2011 23:23
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
wink biz qizlar oxusaq ne olacaq? wink

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

SerSeRi_RuzGaR

  • 17 fevral 2011 22:49
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}
Xe Xe)))))))
KiSILEr AYYYY KiSIlEr love

--------------------
<<<$aLunKa>>>

Made_In_Bakinka

  • 17 fevral 2011 20:23
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Serh yazmiyacam cunki kisilere aiddir

Serh yazmiyacam cunki kisilere aiddir

Humay16

  • 17 fevral 2011 19:47
  • Məqalə: 0
  • Şərh: 309
  • Bal:
{awards}
TŞK PİS DEYİL

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

sevgim

  • 17 fevral 2011 18:39
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
maraqli meslehetlerdi fellow

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Ulya

  • 17 fevral 2011 18:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
bize aid deyil.yazib kisiler ucun wink

nilayka

  • 17 fevral 2011 17:42
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
Sitat: only-girl
tw oxumadim uzundu



Sitat: only-girl
tw oxumadim uzundu


--------------------

only-girl

  • 17 fevral 2011 16:59
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
tw oxumadim uzundu

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 71

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 155
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 791
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 35
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 507
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}