Gözəllik inyeksiyalarından

 
Gözəllik inyeksiyalarından


Gözəllik inyeksiyaları

“Gözəllik inyeksiyaları” (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar. Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” — biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır.

Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.

Gözəllik inyeksiyalarını” plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.

Proseduradan dərhal sonra işlərinizlə məşğul ola bilərsiniz. Proseduradan sonra 4 saat ərzində uzanmaq olmaz. 3 gün ərzində günəş vannası və antibiotik də qəbul etmək olmaz.

Gözəllik inyeksiyalarından” sonra üz dərisinə qulluq edilməsi adi yolla aparıla bilər. Bu zaman yalnız üzün masajı zamanı tərpənməz əzələlər sahəsinə təzyiq etmək olmaz. Əgər effekti uzun müddət saxlamaq istəyirsinizsə, onda istənilən qızdırıcı proseduradan — hamam, sauna, üzün buxara verilməsi və s. imtina edin. Bunlar qan dövranını gücləndirdiyi üçün, nəticədə preparatın daha tez sorularaq orqanizmdən xaric olmasına səbəb olur.

Sonralar isə, botoks və ya digər preparat orqanizmdən xaric olduqca mimika da qayıdacaqdır. Amma botoks təsiri zamanı insan gözlərini qıymağı, üzünü turşutmağı tərgitmiş olur ki, bu da üz dərisinin vəziyyətinə müsbət təsir edəcəkdir. Yarım il və ya 8 aydan sonra “gözəllik inyeksiyaları” prosedurasını təkrar etmək olar

İnyeksiyanı yüksək hərarət olduqda, kəskin iltihabı proseslərdə, əzələ distoniyasında, hamiləlik zamanı, allergiyalı insanlara, həmçinin əvvəllər botulizm xəstəliyinə tutulmuş adamlara etmək olmaz.

Mimiki qırışlarla mübarizə aparan preparatlardan başqa, hal-hazırda üz dairəsini bərpa edən, dərinin elastikliyi və həcmini qaytaran, təkcə mimiki deyil, qocalıq qırışlarını da aradan qaldıran preparatlar hazırlanmışdır. Bu preparatları dəri “doldurucuları” adlandırırlar. Doldurucu qismində kollagen, gialuron turşusu əsasında hazırlanmış preparatlardan, insanın öz piyi istifadə oluna bilər.


Geri dön

Mrs.mickey

  • 29 avqust 2014 15:09
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
tesekkurler

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

Xanim Zehra

  • 25 avqust 2014 21:10
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
Tewekkurlerr...

Prosta FaN

  • 24 avqust 2014 19:36
  • Məqalə: 0
  • Şərh: 1207
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 24 avqust 2014 17:34
  • Məqalə: 668
  • Şərh: 18388
  • Bal:
{awards}
Tesekkur ediremmmm

--------------------
คşк łคfтคɴ คɴłคмคz

ヅ Bad Girl ヅ

  • 24 avqust 2014 17:26
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

eliwqa

  • 24 avqust 2014 16:15
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
tewekkurler

--------------------

Manoliya

  • 24 avqust 2014 15:59
  • Məqalə: 46
  • Şərh: 2926
  • Bal:
{awards}
Tewekkurlerr...

--------------------

SLATKAYA weytanka

  • 24 avqust 2014 15:16
  • Məqalə: 1
  • Şərh: 629
  • Bal:
{awards}
tewekurlerrrrrrrrrrrrrrrrrr

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

✰ღMouRnfuL GirLღ✰

  • 24 avqust 2014 14:44
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
Tewekkurler..

--------------------

2-ci kurs telebesi

_leka_the_one_

  • 24 avqust 2014 13:50
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Tewekkurler..

Elya Alieva

  • 24 avqust 2014 13:40
  • Məqalə: 102
  • Şərh: 7020
  • Bal:
{awards}
ilik serde menden

--------------------
UREYIM...I MEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 1
Cəmi: 668
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}