Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-75 faiz , gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu:
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək temperaturun tədricən yüksələcəyi, Naxçıvan MR-da və bəzi aran rayonlarındagündüz saatlarında maksimal temperaturun 40-43°-yə, Bakıda və Abşeron yarımadasında 35-38°, bəzi ərazilərdə isə 40°-dək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

Avqustun 16-dan ikinci ongünlüyün sonunadək Bakıda və Abşeron yarımadasında havanın yüksək temperatur rejimi fonunda zəif küləklərin üstünlüyü, əsasən səhər və axşam saatlarında havada rütubətliyin çox olması və yaranan durğun hava şəraiti güclü isti temperatur diskomfortuna səbəb ola bilər. Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusi əlverişsizdir.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}