Sonun başlanğıcı 1-inci bölüm

 
Sonun başlanğıcı 1-inci bölüm

1-Cİ BÖLÜM

15.09.2007 06:00
Gecənin hüznündən doğan günəşin şüaları otağn pəncərəsindən içəri düşürdü.O gözlərini yarı yumulu şəkildə açıb ətrafa nəzər saldı.Otağın bir küncündə içində müxtəlif kitablar olan kitab rəfi var idi.Hiss olunurdu ki, mütaliəni sevir..Digər küncdə isə yazı masası yer tuturdu.Otağı səliqləli görünüşü var idi.
Üzünü çevirib Yatağının yanındakı kiçik tumbanın üzərində saata diqqət yetirdi.Əqrəblər öz işini görürdü zaman irəliləyir həyat əlimizdən axıb gedirdi.Təbii ki , o zaman o bunun fərqində deyildi.Onu maraqlandıran ilk dərs gününə gecikməməsi idi.Yerindən qalxıb ağır addımlarla pəncərəyə doğru yaxınlaşdı.Pərdəni çəkdi.İndi otağa daha çox düşürdü günəşin şəfəqi.Özünü vanna otağına atdı. Bədənində küt ağrılar hiss edirdi.Yenə həyətdəki yelləncəkdə yuxuya getmişdi.Və görünür yenə də gecə kimsə onu otağına gətirmişdi.
45 dəqiqə sonra.
-Ana, sağ ol mən çıxdım.
-Allah amanında deyib Vəfa xanım qızını uğurladı.
Evdən iti addımlarla uzaqlaşıb dayanacağa doğru irəliləyirdi.Ətraf insanlarla dolu idi.Kimisi dərsə , kimisi işə tələsirdi.Bu axışa həyatdan küsmüş biri diqqət etsə idi, o da anlayardı ki, həyat hər zaman davam edir.
Budur, insanla dolu avtobus gəldi.Amma məcbur minməli idi.Dərsə gecikmək bundan daha pisdir deyə düşündü.O imkanlı ailədən olsa da , hər kəs kimi avtobusla gedəcəkdi dərsə.Birdən ayağını kiminsə tapdaladığını görüb əsəbiləşdi.
-Offf, ayağım.Bir az diqqətli olunda! Görmürsüz?!- deyə Nur hündürboy oğlana acıqlandı.
- Sizin ayağınız mənim ayağımın altında nə gəzir ?Qarşınıza baxın da! Əcəb oldu. -görünür Nurdan daha tərs çıxmışdı bu gənc.
-Görmürsüz sıxlıqdı? Mədəniyyətiniz olsun.
-Mənə mədəniyyət dərsi keçənə bax.Ağıllı ol balaca.Yoluna bax !
-Siz kimsiniz mənlə "sən"lə danışırsız? -Nur səsini bir az daha qaldırdı.Həngamə qopmuşdu.Digər sərnişinlər onları izləyirdilər.
-Mən beləyəm.
-Işində ol.-deyib Nur boş yer tapıb ön sıraya keçdi. Avtobus universitetin yanındakı dayancaqda saxladı.Nur ön qapıdan düşdü və iti addımlarla tələbə axınının içində irəliləməyə başladı.Bu gün ilk gün olduğundan o universitetin giriş qapısını bilmirdi.Məcbur arxası ona dönük olan gəncin qoluna toxunaraq:
-Bilmirsiz, giriş hardandır?
Oğlan üzünü çevirib cavab vermək istədikdə hər ikisi bir ağızdan :
-Sən?
-Sən?
Bəzi təsadüflər vardır ,unudulub gedən ,bəzilər də vardır alınyazısına çevrilən.
-Balaca görürəm ilk kurssan savab xatirinə kömək edərəm sənə .Düş arxamca məni izlə..
-Təşəkkür , minnətə bax.Özüm gedərəm deyib Nur yolunu dəyişdi.
-Özün bilərsən deyib oğlan yoluna davam edirdi ki , yanında kiminsə onu izlədiyini hiss etdi. Üzünü döndərmədən :
-Deyəsən ağlın başına gəldi deyib dodaqucu gülümsündü.
Beləliklə , onlar məktəbin girişinə gəlib çatdılar. Nur sakit səslə dedi.
-Çox sağ ol.
-Dəyməz balaca -deyərək oğlan gülümsündü.Burda artıq onlar ayrıldılar hər kəs öz sinfinə üz tutdu.
****
İlk iş günüm sona yetmişdi.Ingilis dili tərcüməçiliyi oxuduğum üçün ingiliscə bilən işçi axtarılır elanını görən kimi baş vurmuşdum.Və götürmüşdülər işə. Bura biznes şirkəti idi.Mən sənədlərin tərcümə olunub hazırlanması işinə baxacaqdım.Şirkət olduqca böyük idi , ilk daxil olduqda ətrafdakı tanımadığım insanlara nəzər saldım.Hər kəs öz işinin başında idi. Işləməyə ehtiyacım olmasa da illərin fasiləsindən sonra həyatıma düzəliş vermək vaxtı idi. Işdən çıxıb dayanacağa qədər piyada gedirdim.Addımlar irəlilədikcə beynim düşünürdü.Işə qəbul olsam da müdirin üzünü hələ görməmişdim.Iş yoldaşlarımla ilk gündən münasibətim yaxşı alınmışdı.Içlərində Zəhra adında qız ilə daha yaxından tanış olmuşdum. İşdəkilərin müdir haqqında danışdıqlarından təəssüratım bu idi ki, deyilənə görə o gənc oğlan idi .Lakin ciddi biri idi , hər işçi onu tanımırdı.Maraqlıdır bu yaşda böyük bir şirkəti idarə etmək..Dayancağa çatdım. Avtobus gəldi.Sıxlıq idi, bitəhər mindim. Bir anlıq illər öncəsinə getdim .Avtobusdakı davanı xatırladım təbəssüm yarandı dodaqlarımda, gözlərimdə böyük hüzün vardı..Heç olmamış kimi davam edəcəkdim. Avtobus getdikcə boşalırdı.Əyləşdim , pəncərədən çölə baxaraq yol gedirdim.Gecə düşür artıq.Bakının küçələri işıqlandı yenə.Parlayan işıqların altında yatan səssizliyin hüznü vardı hər tərəfdə.Budur , son dayanacaq.Düşdüm , məhlədə gəzərək evə yol aldım. Gecə necə də səssiz olur bu həyat.Zaman dayanır sanki.Hər kəs şirin yuxusunda yatır, bəziləri isə
keçmişi xatırladan mahnılarla həyat səhifələrini vərəqləyir.
Qapını açdım içəri daxil oldum.Bura bizim evimiz idi.Yenə boş idi bu ev. Əşyalar dilə gələcəkdi sanki bir gün.Yorğunluğumu bir qəhvə ilə çıxartmağı qərara aldım.Yasəmən xala da getmişdi deyəsən. O, bizim evdə xidmətçi işləyirdi. Bu gecə də tək idim ,görünür.
Balkonda qəhvəmi içərək ulduzları seyr edirdim.Bu sözlər qulağımda səslənirdi
-Gecəni gözəlləşdirən nədir ?
- Ulduzlardır , Nur.Onlar gecənin zülmətinə nur saçır.Sən də mənim həyatımın Nurusan.
-Yaxşı ki , varsan Səni sevirəm.
****
Nur öz sinif otağını tapıb , boş partaların birində əyləşdi. İlk öncə ətrafa nəzər saldı .Geniş və səliqəli sinif idi. Hər kəs bir-biri ilə tanış olurdu.Təkcə susan Nur idi.O , hər kəsi izləyirdi.Tanımadığı yeni insanlar var idi burada.Qızların geyimini və makiyajını görəndə o çox sadə olduğunu hiss etmişdi.Üzərində cins şalvar ,ağ kofta və ağ az hündür ayaqqabıları daha sadə görünüş qatmışdı.O saat həvəskarı olduğu üçün bu dəfə də adəti üzrə ağ rəng qol saatı taxmışdı.Düz, Uzun şabalıdı saçlarını açıq qoyub sadə makiyaj etmişdi.Amma bununla belə o gözəl , qara gözləri və məsum təbəssümü ilə hər kəsdən seçilirdi.Artıq zəng vuruldu.Hər kəs öz yerini aldı.Nurun yanında isə Anar adında bir oğlan əyləşmişdi.O da Nur kimi sakitcə ətrafı seyr edirdi.Onlar bir-biri ilə dər boyu tanış olmuşdular.

-Adın nədir?
-Nur .Sənin?
-Anar.Şad oldum Nur.
-Məndə.Bilmirsən neçə dərsdən çıxacağıq?
-Deyəsən sıxıldın artıq ilk gündən -deyib gülümsədi Anar.
-Yox sadəcə mən ....
-Sən çox sakitsən.
-Hə ola bilər.Əslində dostlarımla ünsiyyətdə olmağı sevirəm.Sadəcə burda heç kəsi tanımıram nə danışım ki?
-Çalışaram dostun olum ,Nur=)
-Aha, yəqin ki.
Həmin gün Nur bəlkə də həyat dostunu tapmışdı.
Zəng vuruldu .Dərs bitmişdi.Nur üçün ilk gün maraqlı keçmişdi.Koridorda iti addımlarla irəliləyərək telefonundakı cavabsız zənglərə baxırdı..Atası ,anası , qardaşı və bir-iki rəfiqəsi.İlk öncə anasına dərsdən çıxdığını xəbər etdi. Artıq Nur tələbə axını ilə dolu olan məktəbin həyətində idi.Yavaş-yavaş çıxış qapısına yaxınlaşırdı. Birdən birinin sanki onu səslədiyini eşidib ayaq saxladı. Bu.....


Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 avqust 2014 09:13
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
..::::Tesekkur edirem::::..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}