Sevilməyən dost növü

 
Sevilməyən dost növü

Adətən dostluq etdiyimiz şəxslərin vərdişləri və sevdikləri (hobbiləri) bizim də seçimlərimizə təsir edir. Gün ərzində birlikdə çox vaxt keçiririksə bu təsirdən qaçmaq mümkün deyil. Mən də bu xəbərimdə sizlərə hansı vərdişlərə sahib dostlardan kənar gəzməli olduğunuzu qeyd edirəm. Bu növ şəxslərlə dostluq münasibəti qurmağa dəyərmi, ya dəyməzmi orasını siz düşünün.
Brend həvəskarı

Bu növə aid şəxslər yalnız brend geyimlərə və aksesuarlara üstünlük verərlər. Bununla yetməzlər, ətrafında olan hər kəsin geyimini müzakirə edərlər. Kimin geyiminin qiyməti neçəyədir, aksesuarları hansı markaya aiddir və s. kimi cümlələr dilindən düşməz.

İkiüzlü

Bu növ insanlar hər zaman qarşınıza çıxa bilər. Yanında olan biri uzaqlaşdığı zaman arxasınca mütləq bir söz deyirlər. Hansısa səbəbə görə həmin insanın üzünə gülməyə məcbur olarlar.

Uğur qısqanclığı

Məktəb, universitet və ya iş həyatı fərq etməz, mütləq rəqabətlə qarşılaşırıq. Bu tip insanlar sağlam rəqabət aparan insanlardan fərqli olaraq rəqiblərinin uğurunu qısqanar və hətta düşmən belə ola bilərlər. Hər bir işdə özlərini bacarıqlı görər və başqalarının uğuruna qəti sevinməz. Atmacalı sözlərdən də çəkinməz.

Tənbəl

Hər kəsin müəyyən gün və ya işlə bağlı tənbəlliyi tutur. Amma bu qeyd etdiyimiz başlığa aid olan dostlar fərqli tənbəllərdir. Onlar qəti olaraq aktiv olmurlar və heç bir işə ciddi yanaşmazlar. Ya yorğun olduqlarını deyəcəklər, ya da işin yetəri qədər vacib olmadığını vurğulayacaqlar.

Əks cins ovçusu

Bəzən elə insan olur ki, getdiyi istənilən məclisdə ilk olaraq əks cinsin nümayəndələrini axtarar. Əgər bəyəndiyi olarsa, onun diqqətini çəkmək üçün əllərindən gələni əsirgəməzlər. Getdiyi bütün məclisdə gözləri ilə əks cins nümayəndələrini “həbs edən” bu növ dostlara sahib olmaq əlavə stress və gərginliyə məhkum olmaq deməkdir.

Gözəllik divanəsi

Özünü hər kəsdən gözəl görən insanlar az deyil. Belə bir insan tez-tez öz gözəlliyindən danışar və özü qədər gözəl birini görmədiyini qeyd edər. Əgər eyni məkanda ondan gözəl kimsə olarsa, onun eyiblərini qabardıb pisləməkdən və əsas mövzu etməkdən çəkinməz.

Pis vərdişlər

Əgər siqaretə nifrət edirsinizsə, ətrafınızda siqaret çəkən insanlar sizi qoxuları ilə narahat edə bilərlər. Siqaret tüstüsünün səbəb olduğu bir çox incəliklərdən xəbər tutsanız, bu növ isnanlarla əlaqənizi kəsmiş olarsınız.

Həyatınızda sizə yol yoldaşı olan insan - Dostdur.. Hamının bir eybi ola bilər.. Hətta sizində.. Dost seçərkən diqqətli olun..




Geri dön

вคɴค iкiмizi คɴlคт ❤

  • 23 avqust 2014 11:13
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
COX SAGOL.... winked

Manoliya

  • 22 avqust 2014 16:06
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurler..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}