Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hütəmə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
9. Üstünə də uzun dirəklər bağlanmış olacaqdır.
əl-Huməzə (Tənə edən) surəsinin izahı

Hər bir qeybət edənin (əl-huməzə), tənə vuranın (əl-luməzə) vay halına!
“Veyl” (vay halına!) xəbərdarlıq bildirən kəlmədir. Uca Allah bu ayədə “Veyl” (vay halına!) deyərək hər bir qeybət edəni və tənə vuranı Cəhənnəmin ağrılı-acılı əzabı ilə qorxudur. əl-Huməzə hərəkətlə, əl-luməzə isə sözlə tənə vuran deməkdir. Uca Allah buyurur:
“İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə (əl-huməzə), dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya – o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə” (əl-Qaləm, 10-14).


O kimsə ki, mal yığıb onu dönə-dönə sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır
Burada mal-dövlətə düşkün olan, xəsislik edərək malından heç kəsə verməyən kəs nəzərdə tutlur. O, mal-dövlətə o qədər hərisdir ki, malını görməyəndə darıxır və səhər-axşam, tez-tez malına baş çəkib onu təkrar-təkrar sayır və onun azalmasından ehtiyat edir. O, mal-dövlətə sahib olduğuna görə ömrünün uzanacağını və heç vaxt ölməyəcəyini güman edir.

Xeyr! O, mütləq Hutaməyə atılacaqdır
Allah təala “Xeyr!” deyərək onun fikirləşdiyini tamamilə inkar edir və o kimsənin mütləq Hutaməyə atılacağını söyləyir. əl-Hutamə sözü darmadağın edən deməkdir. Bəs görəsən o nədir?

Sən haradan biləsən ki, Hütəmə nədir? Bu, Allahın qaladığı Oddur
Allahın qaladığı Cəhənnəm odu əzaba layiq görülən kəsləri yandırıb yaxacaqdır.

O Od ki, qalxıb ürəklərə çatacaq
Qəlb, insanın köksündə yerləşməsinə və bədənin dərisi ilə onun arasında təbəqələrin olmasına baxmayaraq cəhənnəm odu onu yandıracaq. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizin istifadə et­di­yi­niz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir.” Bir nəfər dedi: “Ya Rəsu­lullah, elə bu da bəs edər!” Peyğəmbər dedi: “Cəhənnəm odu dün­yadakı oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri gör­düyünüz od qədər yandırıb-yaxandır.” (əl-Buxari, 3265)


Həqiqətən, o Od onların üzərində qapanacaqdır
Yəni, o od qeybət edənlərin, tənə vuranların, mal-dövlət toplayıb xeyrə mane olanların üzərinə qalxaraq bağlanacaq və onların oradan xilas olma səyləri boşa çıxacaq. Uca Allah başqa bir ayədə belə buyurur: “Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!"– deyiləcəkdir” (əs-Səcdə, 20).

Üstünə də uzun dirəklər bağlanmış olacaqdır
Hər tərəfdən onun üzərinə uzun dirəklər bərkidiləcək ki, onu yarıb keçməyə və oradan çıxmağa imkan tapılmasın.
Uca Allah Qurani-Kərimi sadəcə oxumaq üçün deyil, onun mənasını başa düşmək və ondan ibrət almaq üçün insanlara nazil etmişdir. Uca Allah bu surədə insanlara söz və hərəkəti ilə tənə vuranları, mal-dövlətə həris olub Allaha və axirət gününə iman gətirməyənləri xəbardar edir ki, bu sifətlərə sahib olan hər bir kəs tövbə etsin və özünü cəhənnəm odunda çıxılmaz əzaba düçar etməsin.


Geri dön

Mrs.mickey

  • 28 avqust 2014 14:46
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
tesekkurler...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

ヅ Bad Girl ヅ

  • 24 avqust 2014 10:06
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 24 avqust 2014 02:29
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər °ALLAH razı olsun•.♥.•°ღ✰ღ

--------------------

2-ci kurs telebesi

Sessiz Melodiya

  • 23 avqust 2014 22:41
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tewekkurler

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

_Gulka_

  • 23 avqust 2014 19:46
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
tewekkurler

♔ Rapuиzel ♔

  • 23 avqust 2014 19:14
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}