Axirət aləminə səyahət - Vay olsun tənə vuranlara!

 
Axirət aləminə səyahət - Vay olsun tənə vuranlara!


VAY OLSUN TƏNƏ VURANLARA!

Şəhvət ərazisinin başqa bir məntəqəsinə daxil olduq. Buradakılar qarınqulular və can bəsləyənlər idilər. Sağ tərəfdə ulaq, inək, qoyun surətli canlılar vardı. Onlar öz halal malları ilə qarınqululuq etdiklərindən əzabda deyildilər. Sol tərəfdə donuz, ayı sifətində olanlar isə öz qarınqululuqlarında qorxmamış, halal-harama, özününkü-özgəsininkinə baxmamışdılar. Onların qarınları olduqca böyük, o biri əzaları isə arıq və gödək idi. Bu iki dəstə fərqli əzaba düçar olmuşdular.

"Onlar heyvan kimidirlər, bəlkə, daha çox azğındırlar. Qafil olanlar da məhz onlardırlar.”

Biyabanda müsafirlərin dayanacağına çatdıq. Burada heç nə tapılmırdı. Müsafirlər yol çantalarında olanlardan istifadə edirdilər. Atdan yıxılanda yerə dəyib, əzilmişdim. Hadi torbadan dərman çıxardıb, bədənimə sürtdü. Ağrılarım keçdi, gümrahlaşdım.

Hadidən bu dərman haqqında soruşdum. Dedi… Dünyada ilahi nemətlər müqabilində oxuduğun həmdin batini idi.

Çünki həmd oxumaq dünyada ölümdən başqa bütün dərdlərin dərmanıdır. Axirətdə isə həmdin batini, nemətləri həqiqi xeyirxah tərəfindən bilmək, buna yəqinliyin olmasıdır. O, bütün dərdlərin davasıdır.

"Bəndəm Mənə təşəkkür və sitayiş etdi və ona verilən nemətlərin Mənim tərəfimdən olduğunu anladı. Ey mələklər! Mən sizi şahid tuturam ki, onun üçün dünya nemətlərinə əlavə olaraq axirət nemətləri də artırılacaqdır. Dünya bəlalarının qarşısını aldığımız kimi axirət bəlalarını da ondan dəf edəcəyik.”

Sübh hərəkət etdik. Hadi dedi… Axır ki, bu gün şəhvət ərazisindən çıxırıq. Bu günkü şəhvət dil ilə bağlıdır. Bu günkü dil bəlaları heç də cinsiyyət üzvlərinin bəlalarından kiçik deyil. Bu ərazi quraqlıqdır, atla su aparmalıyıq. Özün imkan daxilində piyada gəl. Qalxanı da götür, bu gün mühüm bir gündür.

Soruşdum… Bu qalxan haradandır?

Dedi… Sənin oruc tutub, ac qalmağındandır. Sən oruc tutmaqla cinsiyyət üzvlərini şəhvətdən qorumusan. Oruc Cəhənnəm oduna qalxan və şəhvətlərin qırıcısıdır.

Yola düşdük. Cəhalət yenə peyda oldu. Dedim… Məlun, məndən uzaq ol!

Dedi… Sən məndən uzaq ol!

Ondan bir neçə addım uzaqlaşıb, Hadi ilə yanaşı yoluma davam etdim. Cəhalət yolun solu ilə gəlirdi. Yolun hər iki tərəfi müxtəlif vəhşilərlə–sarı və göy rəngli it, canavar, tülkü, meymun surətli canlılarla və bir-birləri ilə didişən, bir-birlərini gəmirən əqrəb, arı, siçovul surətli canlılarla dolu idi. Onların bəzilərinin ağzından, qulaqlarından od püskürürdü. Bəzi nöqtələrdə ilğım görünür, bu canlılar ona tərəf cumurdular. Amma məyus olub geri qayıdırdılar. Bəziləri ölü əti yeyir, bəzilərinin düşdüyü quyulardan kibrit tüstüsü, od şölələri qalxırdı. Hadidən soruşdum ki, bu quyular kimin üçündür?

Dedi… Möminləri məsxərəyə qoyanlar, ağız əyənlər, qaş-qabaq tökənlər üçündür.

"Vay olsun tənə vurub, eyb tutanlara!”

Ölü əti yeyən qeybət edənlər, qulağından alov çıxanlar qeybətə qulaq asanlar, it, pişik, canavar kimi didişənlər bir-birlərinə qara yaxanlar, çöhrəsi saralanlar isə ikiüzlülər, xəbərçilər, yalançılardır.

Buranın havası şiddətli isti, yandırıcı idi. Saatda bir dəfə Hadidən su istəyirdim. O gah bir az su verir, gah da verməyib deyirdi… Qarşıda susuz yolumuz çox, ehtiyat suyumuz azdır. Qənaət et!

Dedim… Nə üçün suyu az götürdün?

Dedi… Sənin tutumun və istedadın bu qədər idi.

Dedim… Axı nə üçün mənim tutumum kiçik olsun?

Dedi… Özün kiçik saxlamısan, təqva və pəhrizkarlıq suyunu az vermisən, onu qurutmusan. Ona görə də mütləq qurtuluş hasil olmadı.

"Həqiqətən möminlər nicat tapmışlar. O kəslər ki, boş və lüzumsuz işlərdən uzaq oldular!”

Sən lüzumsuz işlərdən o qədər də çəkinməmişdin və namazda xaşe, diqqətli deyildin.

"Zərrə qədər xeyir iş görən onun xeyrini, zərrə qədər pis iş görən onun zərərini görəcəkdir.”

Qarşıya nəzər sal, nə görürsən?

Baxdım, üfüqə yaxın alov şölələri ilə yanaşı qara tüstü göyə qalxırdı. Meyvə ağacları ilə dolu bağlar od tutub yanırdı. Hadiyə dedim… Bu nədir?

Dedi… Bu bağlar bir möminin təsbih ("sübhanəllah” zikri) və təhlil (la ilahə illəllah) zikrlərindən yaranmışdı. İndi o möminin dilindən yalan, böhtan, boş sözlər çıxıb, od surətinə düşüb onun savablarını, bağlarını yandırır. Əgər bu ağacların sahibinin imanı möhkəm olsaydı, həmin pis əməllərə diqqətli olar, belə bir od göndərməzdi. Özü buraya gəlib çatanda hər şeyi anlayar, təəssüflənər, amma faydası olmaz. Ona görə də Allah-Taala peyğəmbərlərin bizə xəbər verdiyi maddi dünyada gizli qalan son nəticəyə əhəmiyyət verib və kitabının başlanğıcında təqva, pəhrizkarlığı, qeybə, axirətə iman kimi təfsir edib…

"Bu heç bir şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdıræ o kəslərə ki, qeybə inanırlar.”

Yanan bağlara gəlib çatanda artıq hər şey külə dönmüşdü. Bərk külək başlayıb, külü göyə sovurdu. Hadi bu ayəni oxudu…

"Allahı inkar edənlərin əməlləri fırtınalı gündə küləyin sovurub apardığı külə bənzəyir.”


Geri dön

Mrs.mickey

  • 27 avqust 2014 13:35
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
tesekkurler...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

eliwqa

  • 24 avqust 2014 15:39
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

Ayla_)

  • 24 avqust 2014 14:32
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
Allah razi olsun

Xanim Zehra

  • 24 avqust 2014 13:28
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
ALLAH razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 24 avqust 2014 11:09
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 24 avqust 2014 09:58
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 24 avqust 2014 02:04
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------

2-ci kurs telebesi

Biqeyrət....

  • 24 avqust 2014 01:15
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
ALLAH razi olsun

Sessiz Melodiya

  • 23 avqust 2014 21:57
  • Məqalə: 45
  • Şərh: 6897
  • Bal:
{awards}
tеwekkurleeer

--------------------
Öncesi boş, sonrası muamma, şu an var bir tek. Gerisi hikaye ...

Sebiw omur kelebeyim

  • 23 avqust 2014 21:28
  • Məqalə: 13
  • Şərh: 26
  • Bal:
{awards}
Buyurunnnnnnnnnn

--------------------
°•.♥.•° ♫ღღ °•.♥
.•° ° ‘°•
•° .♥.•°ღ°•.♥.
Yaşamaq istəmirəm.
Gedirə bu həyatdan.
Ağlamaq asandı gəlir..
Gülmək çətin gəlir.
Getmək ən gözəli..

•.♥.•°
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}