Hansı lider hansı təamı sevir?

 
Hansı lider hansı təamı sevir?

Hansı lider hansı təamı sevir?

Ayran sevən Atatürk və Ərdoğan, pivə vurğunu Obama, dondurma və qoyun əti xoşlayan Putin, nanəli çaya üstünlük verən Merkel, şərabı, balığı xoşlayan liderlər, fironun “cavanlıq qarışığı”...

Hər hansı ziyafətə və ya görüşə, qonaqlığa gedərkən ilk soruşulan sual adətən, içki zövqü ilə bağlı olur. Müxtəlif içkilər haqda ən müxtəlif fərziyyələr var. Kimi alkoqollu işçilərin gərginliyi və yorğunluğu aradan qaldırdığını, kimisi isə ayranın və meyvə sularının sağlamlığa xeyirli olduğunu düşünür. Hər kəs də öz düşüncəsinə uyğun olanı sevimli içkisi edir. Ümumiyyətlə, gərgin iş rejimində işləyən dünya liderləri, siyasətçilər üçün içki içməyə həmişə bəhanə var. Ziyafətlər isə qədəhləri bir-birinə vurmaq üçün ən yaxşı bəhanələrdən biridir.
Gərgin iş rejimində çalışanlar içki ilə yanaşı, öz yemək rasionuna da xüsusi diqqət yetirirlər. Biz də dünya liderlərinin və tarixi şəxsiyyətlərin nə yeyib-içdiyini araşdırdıq. Ortaya maraqlı faktlar çıxdı. Sən demə? liderlərdən kimisi ayranı, kimisi arağı, kimisi isə şərabı sevirmiş.
Bugun.az bizimyol.info-ya istinadən xəbər verir ki, Türkiyənin yenicə seçilən prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə ayranı təbliğ edən mesajlar vermiş, “hamı ayran içməlidir” deyibən ayranın sevimli içkisi olduğunu büruzə vermişdi.
ABŞ prezidenti Barak Obamanın sevimli içkisi isə pivədir. Hətta prezident özü də pivə hazırlayır və bu məşğuliyyətdən zövq alır. O, nahar fasiləsində isə sendviç və hamburqer yeməyi xoşlayır. Həmçinin, şirin piroqlardan da imtina etmir. Obama tərəvəzlər arasında gül kələminə daha çox üstünlük verir.
Rusiya prezidenti Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal qoyulur. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin hədsiz dərəcədə dondurma həvəskarıdır. Ən çox sevdiyi içki isə yaşıl çaydır. Pivəni də çox sevir. Beləcə, o, alkoqollu içkilərə münasibətdə öz xalqının zövqü ilə uyğunlaşa bilmir, çünki arağın daha çox istifadə olduğu Rusiyada prezident pivəyə üstünlük verir. Almaniyaya səfəri zamanı bu ölkənin istehsal etdiyi pivənin dadına baxanda Putin spirtli içkilər arasında pivəni yüksək qiymətləndirmişdi.
Rusiya baş naziri Dmitri Medvedev isə öz gərginliyini və yorğunluğunu çıxarmaq üçün şərab içməyi məqsədəuyğun sayır. Baş nazir 2011-ci ildə alkoqolizmlə mübarizə üçün, daha tünd içkilərdən, xüsusilə araqdan uzaqlaşmaq üçün şərabdan istifadə etməyi təklif edib.
Almaniya kansleri Angela Merkel siyasətdə olduğu kimi, mətbəxdə də fəaldır. Adətən yeməkləri özü hazırlayan siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır. Şirniyyatlar arasında gavalı piroquna, içkilərdən nanəli çayı xoşlayır. İçkilər sırasında pivəyə də üstünlük verir.
Çinin sabiq dövlət başçısı Xu Tszintao istirahət vaxtlarında şərab içməkdən zövq alır. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən Barak Obamanın Çin liderinə verdiyi ziyafətdə süfrəyə qoyulmuş şərabın qiyməti ertəsi gün 115 dollardan 350 dollara qalxıb.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç alkoqol içkilər sırasında arağa üstünlük verir. Eks-prezident birinci qədəhdən sonra “zakuska” etməyi sevmir və hətta bunu jurnalistlərə nümayiş etdirməkdən də çəkinməyib. Yəqin ki, o öz ənənəsini prezidentlik dövründən sonra da davam etdirəcək.
İngiltərənin baş naziri Devid Kemeron öz menyusunda ən çox balıq məhsullarından hazırlanmış yeməkləri xoşlayır. Kemeron şirniyyatı xoşlasa da, ondan imtina etməyi də bacarır. Hətta baş nazir şirniyyat məhsullarının və xüsusilə şəkərin sağlamlıq üçün zərərli olması haqda əhaliyə müraciət edərək onları bu qida məhsullarından imtina etməyə çağırıb.
* * * *
Bir az daha qədimlərə tarixə nəzər saldıqda vaxtilə hökmranlıq etmiş tarixi şəxsiyyətlərin də qeyri-adi yemək və içki rasionunun olduğunu görə bilərik. Belə ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk içkilərdən daha çox limonad və ayranı sevib. Atatürk haqda yazılanlardan belə məlum olur ki, o, az yeməyin tərəfdarı olub. Səhərlər çay, qəhvə içər, çox yeməz, soyuq ayranla bir dilim çörək yeyərdi. Bəzən bir kasa qatıqla kifayətlənər, sonra südlü qəhvə içərdi. Ətsiz quru paxla, plov çox sevdiyi yeməklərdən olub. O, sevimli içkisi ayranı isə çörək batıraraq yeyirmiş. Süfrədən yarıtox dururmuş. Atatürk üçün axşam yeməyi xüsusi əhəmiyyət daşıyıb. Omleti sevən siyasətçi xüsusi ilə gecə saatlarında acanda pendirli omlet yeyirmiş. Gün ərzində 10-15 fincan orta şəkərli qəhvə içirmiş. Spirtli içkilərdən pivə və rakını xoşlasa da, sərxoş olmağı heç xoşlamayıb. Atatürkün sevdiyi yeməklərlə bağlı yazılarda qeyd olunur ki, onun Türkiyənin müxtəlif yerlərində hər bölgəyə uyğun sevdiyi yeməklər olub. Hər dəfə bölgələrə səfər edəndə yerli yeməklərdən yemək adəti imiş.
Qədim Misir fironu Tutanhamon qırmızı şərabı sevirmiş. O dövrün Misirində şərab qeyri-adi içki sayılırdı. Tutanhamonun orijinal aludəliyi vardı: hələ də adı olmayan yeməyə çox böyük həvəs göstərirdi, həmin yemək əridilmiş balla yumurta və təzə üzüm şirəsindən hazırlanırmış. Məşhur ingilis arxeoloqu Hovard Karter Tutanhamonun qəbrini tədqiq edərkən yüksək keyfiyyətli borularda şərablar, papirusda yazılmış dünyanın ən qədim kulinar reseptini aşkara çıxarıb. Fironun sevimli xörəklərdən birini belə hazırlayırdılar: bir neçə yumurta ilə əridilmiş bal və tər üzüm şirəsini qarışdırır, sonra bu qarışığı qaynadılmış şərabın içinə tökür və köpük yarananadək çalırdılar. Sonda nar dənələri əlavə edirdilər. Qədim misirlilər xörək-içkiyə bənzər bu qarışığın fironu cavan saxlayacağına inanırdılar.
Uinston Çörçillin həyatında isə yemək daha önəmli yer tutub. Ən sevimli içkisi “Pol Roger” şampanı olub. Bu gün Çörçilin sevimli şampanı onun adını daşıyır. Çörçill təyyarədə olanda belə yemək zövqünə xəyanət etmirdi. Xüsusi ilə səhər yeməyinə ciddi yanaşırdı. Onun üçün hazırlanmış səhər yeməyi iki müxtəlif sinidə növbə ilə süfrəyə gətirilməli idi. Birinci sinidəki təamlara qaynadılmış yumurta, giləmeyvə cemi və kərə yağı, bir fincan südlü qəhvə, bir stəkan soyuq süd, soyutma cücə və ya ət daxil idi. İkinci sinidə isə baş nazir üçün təzə qreypfrut, təzə sıxılmış portağal şirəsi, sodalı viski və siqar gəlirdi. Sonralar Çörçil bunları rəsmi menyuya əlavə etdirir.


Geri dön

Mrs.mickey

  • 5 sentyabr 2014 13:07
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

(ړײ) Narkuwa(ړײ)

  • 1 sentyabr 2014 11:39
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 avqust 2014 21:37
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkur edirem...

Mrs.mickey

  • 27 avqust 2014 12:28
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

eliwqa

  • 25 avqust 2014 17:49
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

Prosta FaN

  • 25 avqust 2014 12:47
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Xanim Zehra

  • 25 avqust 2014 01:49
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Təşəkkürlər

Sevgi Meleyi...

  • 24 avqust 2014 23:46
  • Məqalə: 11
  • Şərh: 230
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
♥Ş♥E♥R♥E♥F♥ ♥M♥E♥S♥E♥L♥E♥S♥İ♥

ヅ Bad Girl ヅ

  • 24 avqust 2014 20:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}