Sonun başlanğıcı

 
Sonun başlanğıcı

İş saatım bitmişdi. Özümü narahat hiss edirdim. Yağış da başlamışdı artıq.Çətir götürməmişdim.Heç maraqlı da deyildi həmin an. Gözlərimi bir nöqtəyə zilləmiş yol boyu addımlayırdım.Yağış göydən tökürdü.Saçlarım , üst-başım islanmışdı. Artıq başımın hərləndiyini hiss edib taksi saxlatdım. İllər sonra ilk dəfə avtobusu yox taksini seçmişdim.Deyəsən, ümidimi itirirdim yavaş-yavaş.Taksi Bakının ən gözəl yerlərindən keçirdi.Mən avtobusla gedəndə bu yollara diqqət etməmişdim bu qədər.Hündür, işıqlı binalar göz oxşayırdı. Radioda təsadüfən bu mahnı gəldi "Günay Ibrahimli-Səndən öncə səndən sonra" Yağışlar taksinin pəncərəsindən damla-damla süzülürdü.Gözümü yollara zilləyib beynimdə xatirələr oyanır, qulağımda mahnı səsi eşidilirdi. Qəlbim susmuşdu bu gecə.O illər əvvəl özünü susmağa məhkum etmişdi. Yol bitsin istəmirdim. Içimdə qəhərlə birlikdə nisgil, həsrət baş qaldırırdı.Sanki boğulurdum.Sözlər düyünlənib boğazımda qalmışdı. Axı kimə söyləyim bu dərdİ? Söyləməklə keçərmi? .......
*********
Nur mesajı oxuyub. "Çox sağ ol.Yaxşıyam, DOSTUM" yazmışdı. Bir az düşüncələrə qərq oldu.Əkbər ? Niyə bu qədər həyəcanlanıram onu görəndə? Axı biz dostuq. Bəs bu niyə Anarla da baş vermir? Yox mən bu bir neçə ayda tam tanımamışdım heç onu. Amma onla bağlı xatirələrimi niyə nöqtəsinə qədər xatırlayıram? -deyə sual verdi özünə. Cavabsız suallar idi bunlar.Nur qaçırdı özündən.Boş həvəsdir deyib fikrini dağıtdı. Saata baxdı.Gec olmadan Muradın toyu üçün alış-verişə çıxmalı idi.
Murad Nurun qardaşı idi. O orta məktəb vaxtından sevdiyi Leyla adlı qızla iki olar nişanlı idi. Bir həftəyə isə toy olacaqdı. Nur aşağı enib Atası Kamil bəylə salamlaşdı. Nur atasını çox istəyirdi. Onlar Ata ilə qız deyil həmişə dost kimi münasibət saxlayardılar.Nur hər sıxıntısını atası ilə paylaşardı.
Naharını edib telefonu əlinə aldı. Bu gün ona alış-verişdə xalası qızı həm də yaxın rəfiqəsi Nigar kömək edəcəkdi .Onlar ikisi üçün də toy üçün paltar almağa gedəcəkdilər .
Saat iki olardı. Əkbər dərsdən çıxıb məşq zalına yol aldı. O yorğunluğunu idmanla məşğul olmaqla çıxarırdı. Boks əlcəklərini geyinib məşqə başladı
Zərbələr getdikcə sürətli və daha güclü vurulurdu. Birdən bir səs onu dayandırdı.Bu onun keçmiş sevgilisin Sara idi. Əkbər üzünü çevirib ona baxdığında bayaq Nuru düşünərkən olan üz ifadəsi indi dəyişmişdi. "Axı Saranın burda nə işi var idi?" Sara ona yaxınlaşıb qucaqladı.
-Çox darıxmışam.Niyə zənglərimi açmırsan? Niyə axtarmırsan məni? Son aylarda nə oldu sənə?
-Sara bura düzgün yer deyil. Gəl gedək.
Əkbər Saranı da götürüb məşq zalının yaxınlığındakı kafeyə getdilər. Əkbər Saraya ayrılmaq istədiyinu bildirdi.Sara nə qədər bitirməmək istəsə də Əkbər "başqası var" deyib nöqtəni qoymuşdu.

Yenə düşür axşam. Hər kəs səhəri bir ümidlər açırdı..Gecələri bəziləri üçün bir ömür, bəziləri üçün isə bir anda bitir. Günəş öz şəfəqlərini saçır nəhayətində. Nur yenə səhər tezdən durub dərsə getməyə hazırlaşırdı. Evdən çıxıb piyada dayanacağa doğru addımlayırdı. Avtobus gəldi . Nur avtobusa mindi . Yenə sıxlıq idi. Üzünü tərs tərəfə dönəndə Əkbəri gördü. O gülümsəyib Nurla salamlaşdı.Yer olmadığı üçün İkisi bir-birinin yanında ayaqüstə durmuşdular. Birdən avtobus qəfl tormoz verdi.Nur müavizinəti itirib Əkbərin qucağına yıxıldı .Əkbər onu bərk-bərk tutub saxlamışdı. Sanki heç buraxmaq istəmirdi. Nurun yanaqları qızarmışdı artıq. Təşəkkür edib bayaqkı yerini aldı. Əkbər Nurdan bir dayanacaq əvvəldə qalırdı. Ona görə bu qarşılaşmalar artıq təsadüf sayılmırdı. Onlar avtobusdan düşüb piyada məktəbə doğru irəliləyirdilər.
-Nur, bilirsən ilk gün yadıma düşdü.
-Hə mənimdə.Tərsliyi atıb səninlə gəlmişdim.
-Məndə sənin kimi gözəli tək qoymayacaqdım onsuz.
-Çox sağ ol.

-Yenə qızardı yanaqlar, DOSTum.
Əkbərə "dost" sözü çox ağır gəlsə də söyləyirdi. Axı başqa kimi idi ki, Nur onun?
Anar çoxdan dərsə çatmışdı.O qruplarında Leyla adlı qızla bir neçə həftədir mehriban münasibət saxlayırdı. O əksə qrup yoldaşları ilə səmimi və mehriban davranardı.Lakin Leyla onun diqqətini daha çox cəlb etmişdi.Anar müvəqqəti Leylanın yanında oturmuşdu.Onlar dərs barədə söhbət edirdilər.Leylanın da baxışlarından Anara vurulduğu sezilərdi. Nur gəlib onlarla salamlaşıb öz partasına keçdi. Anara deyəsən yerini dəyişmisən deyib göz vurdu. Anar da ona göz ağardıb yalvarıcı baxışlarla baxırdı.
Əkbər isə dərsə girmişdi.Qrupdakılarla salamlaşıb yerinə əyləşdi.Dərs başlamışdı. Dekan 1ci qruplarla birgə layihə hazırlayacaqlarını deyəndə Əkbərin üzü güllər açmışdı.Eyni vəziyyət Nurda da yaşanmışdı 1-ci dərs. Zəng vuruldu.Anar Leyla ilə birgə kafeyə endi .Nur isə Əkbərə "universitetin kafesinə gəl" mesajını atıb özü də ora getdi.Nur özü üçün çay alıb yerinə əyləşmək istəyəndə bir oğlan qəsdən ona toxundu .Çay Nurun əlinə töküldü.Isti olduğundə əlini incitdi .Əkbər bunu kənardan görəndə dəliyə dönmüşdü.Tənbəllik etməyib oğlanın üstünə cumdu.Nur bir anda nə baş verdiyini anlamayıb onları ayırmağa çalışırdı.Amma Heç kəs oğlanı Əkbərin əlində ala bilmirdi.Anarda bunu görüb onlar tərəfə gəldi.Nəhayət çətin də olsa oğlanı Əkbərin əlindən almışdılar.Əsəbdən damarları üzə çıxmışdı.O Nurun yanına gəlib əlindən tutdu .
-Çox ağrımır?
-yox keçdi.Əsəbləşmə.
-Sənə bir söz deyən olsa əmdiyi südü burnundan gətirərəm.........
-...
Anar bunu görüb -ooooooo nəsə var -deyərək bic-bic güldü.
Əkbər sözünün sonuna "Dostum" da əlavə edib.Nurun gözlərinə baxdı Və əlini buraxıb getdi.Nur pis olmuşdu.O da ən az Əkbər qədər sevirdi. Bunu indi onun gözlərinə baxanda daha yaxşı anlamışdı.
Dərs bitmişdi.Nur ondan sonra Əkbəri görməmişdi.Yol ilə dayanacağa doğru gedirdi.Birdən birinin onunla eyni addımladığını görüb döndü.Bu Əkbər idi .
-O Anar tək qoyub səni? Ona tapşırmışdım axı.
-Dəymə aşiq olub dostum.
-Dostumuz) Kimdir ki o qız? Anar hər qıza baxmaz.
-Səndən fərqli olaraq-dodaq altı deyib Nur gözünü süzdürdü.
-Nə dedin?
-Deyirəm Leyladı.Qrup yoldaşımız.
-Hə inanmış kimi etdim .Balaca meymun.
-Meymun özünsən.
-O dəqiqə cırnama.Avtobus gəldi minək.
Onlar birgə avtobusa mindilər.Əkbər Nur düşən dayanacaqda düşdü.
-Sən niyə düşdün?
-Heeeç .Buralarda işim var.Siz harda qalırsız ki?
-Bir az irəlidə.
-Hə elə məndə ora gedəsiyəm.Gedək.
Əkbər əslində yalan söyləmişdi.O Nurun adresini öyrənməkçün buralara gəlmişdi.Qəlbindəki sevgi qığılcımı günü-gündən alovlanırdı.O Nuru evinə ötürüb həm də ev ünvanlarını öyrənib güri qayıtdı.Telefonunu çıxarıb 4-5 gün əvvəl Anar və Nurla birgə çəkdirdikləri şəkilə baxdı. Nur olan hissəni daha da yaxınlaşdırıb "Sən keçici deyilsən" deyib gülümsədi.


Geri dön

LEMAN123

  • 3 sentyabr 2014 16:13
  • Məqalə: 7
  • Şərh: 1622
  • Bal:
Təşəkkürlər

Lalicka^^

  • 29 avqust 2014 14:22
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Vaauu cox maragimi cekdi bu hekaye))) diger bolumleride gelse sevinerem

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 28 avqust 2014 09:06
  • Məqalə: 675
  • Şərh: 18520
  • Bal:
{awards}
..::::Tesekkur edirem::::..

--------------------

Mrs.mickey

  • 27 avqust 2014 12:26
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
tesekkurler...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

eliwqa

  • 25 avqust 2014 17:45
  • Məqalə: 8
  • Şərh: 2868
  • Bal:
{awards}
tewekkurler

--------------------

Prosta FaN

  • 25 avqust 2014 12:44
  • Məqalə: 0
  • Şərh: 1207
  • Bal:
{awards}
Hmm.. Maraglıdı təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

PINK pin:k

  • 24 avqust 2014 21:15
  • Məqalə: 6
  • Şərh: 191
  • Bal:
{awards}
maraqlidi. ..

--------------------
♥♥Preses olmaq ucun prense ehtiyacim yox.Men onsuzda Kralin qiziyam♥♥

ヅ Bad Girl ヅ

  • 24 avqust 2014 20:25
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}