Qara bəxtli adamların qara yolları və 4 milyard dollar

 
Qara bəxtli adamların qara yolları və 4 milyard dollar

Yerevanın meri Taron Marqaryan hökumətə müraciət edərək Ermənistan paytaxtının küçələrindəki asfalt örtüyünün yenilənməsi üçün 4 milyard dollar istəyib.

Yerevanlıların dediklərinə görə, bu asfalt məsələsi ölkə büdcəsində "qara dəlik" formasını alıb. Məsələ asfaltın rənginin qara olmasında yox, asfaltlama işlərinə ayrılan pulların məmurların ciblərinə və hesablarına axmasıdır.


Ermənistan paytaxtının əyri, dolambac küçələrinə asfalt döşənir, amma "əsaslı təmir və yenilənmə-rekonstruksiya işləri"ndən az sonra yollar əvvəlki vəziyyətini alır.

Qara yolların qara pulları

Bunu anlamaq üçün yeni asfaltlanmış küçələrdən bir neçə ay sonra keçmək yetər.
Şəhərin ucqarlarında, həndəvərlərindəki yolların ciddi təmirə ehtiyacı olsa da, "asfaltlama" işləri Yerevanın mərkəzində aparılır. Axı belədə büdcə vəsaitini mənimsəmək daha asan olur.


Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi, ermənilərin müharibə xofu ilə yaşadıqları bir zamanda asfalt probleminin Yerevan mediasında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilməsini paradoksal olay sayanlar az olmasa da, vəziyyət "ermənicə"dir.
Ermənistanın hakimiyyət dairələri çox zəif sayıla biləcək müdafiə imkanlarını gücləndirmək əvəzinə pulları oğurlamağa davam edirlər.

İşğalçılıq siyasəti yürüdən, terrorçuları milli qəhrəman elan edən ölkə təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərin həllini bütünlüklə Rusiyaya həvalə etdiyindən özünü rahat hiss edir. Bu səbəbdən də iqtidardakı bandokratik dəstə büdcə vəsaitini mənimsəməkdə fasilə vermir, ən müxtəlif adlı proqram və layihələr vasitəsilə büdcə pullarını öz hesablarına keçirir.

Yerevan merinin asfaltla bağlı pul istəməsi əslində Ermənistan prezidenti Serj Sarkisyan rejimini səciyyələndirən ən bariz məqamlardan biri, qonşu ölkənin bərbad durumunu tam aşkarlayan lakmus kağızı da sayıla bilər.

Serj Sarkisyan erməni silahlı qüvvələrinin döyüş hazırlığının çox yüksək səviyyədə olduğunu deyir, müdafiə naziri Seyran Ohanyan isə hər gün Azərbaycanın ünvanına "ultimatum" səsləndirməkdən qalmır. Yerevan iqtidarının nəzarətindəki kütləvi informasiya vasitələrində də erməni əsgərinin "qəhrəman" obrazı yaradılır.

Hakimiyyət dairələri hərbi qarşıdurmanın gücləndiyi bir dönəmdə erməniləri xofdan qurtarmağa, onlarda orduya inam yaratmağa çalışırlar.

Heyhat, cəhdlər hələ ki, heç bir nəticə vermir. Ermənistanda hərbi çağırış yaşına çatmış gənclərin valideynləri övladlarını ön cəbhəyə yollamamaq üçün bütün vasitələrdən istifadə edirlər. Həmin vasitələrin əksəriyyəti korrupsiya ilə bağlı olduğundan sərhəddəki atışmaların intensivliyinin artması çağırışla məşğul olan strukturlardakı məmurlar və zabitlərin, habelə Ermənistan Silahlı Qüvvələrində əsgərləri özüyeriyən pul mənbəyi sayan adamların gəlirlərini artırır.

Əsgər anaları və müxalifət

Atışmalarda da təbii ki, ölən və yaralananlar olduğundan, rəsmi Yerevan itkilərin statistikasına əl gəzdirir, həlak olmuş erməni əsgərlərlə zabitlərin dəqiq sayını gizlədir.

Həlak olanların çoxu hospitallarda qarın ağrısından tutmuş, kəskin ürəktutmadan dünyasını dəyişənlər kimi qeydə alınır.

Ölənlərin ailələrini aldatmaq isə mümkün olmadığından erməni əsgər analarının hiddəti artır və onlar Yerevana yürüş edəcəklərini, prezident administrasiyasının binasının qarşısında mitinq təşkil edərək müdafiə naziri Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb olunmasını, prezident Serj Sarkisyanın isə istefa verməsini tələb edəcəklərini deyirlər.

Əsgər anaları qətiyyətli olduqlarını vurğulayırlar.

Emosional bəyanatlardır və təbii ki, bir dəstə qadın heç bir halda Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola bilməz. Ancaq atışmalarda ölən ermənilərin sayı artdıqca cəmiyyətdə hakimiyyətdən narazılığın həddi yüksəlir və erməni müxalifətçilərinin situasiyadan normal yararlanacağı təqdirdə kütləvi etiraz aksiyaları qaçılmaz ola bilər.

Ehtimal belədir. Reallıq isə Ermənistandakı müxalifət qüvvələrinə güvənməyin efemerlik olduğunu göstərir.

Ötən ilin noyabr ayından bəri kütləvi mitinqlər və fasiləsiz etiraz aksiyaları vəd edən Erməni Milli Konqresi, İrs və "Çiçəklənən Ermənistan" partiyalarının indiyədək görə bildikləri işlərlə sözlər tam uyğunsuzluq təşkil edir.

Daha doğrusu, sözlər bol, əməllər isə kasaddır.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda olduqca ağır vəziyyət yaradan Ermənistan rəhbərliyi kənardan görünən problemlərə rəğmən, özünü pis hiss etmir.

Belə ki, Serj Sarkisyan hakimiyyəti təxminən ilyarımlıq geriləmədən sonra kütləvi narazılığı tədricən "Qarabağ uğrunda" psevdovətənpərvərliyə çevirməyə başlayıb. İndi hakimiyyəti tənqid edən ən pis halda "Azərbaycana işləyən" adlandırılır, ən mülayim tənqidlərdə isə onun açıqlamalarının Ermənistanın maraqlarına xidmət etmədiyi vurğulanır.

Həmişə olduğu kimi, indi də Ermənistanda saxta vətənpərvərlik hakimiyyətin əxlaqsızlıqlarını pərdələyən şirma rolunu oynayır.

…Yerevan küçələrinin asfalt örtüyünün yenilənməsinə istənilən pul az deyil. Müqayisə üçün deyək ki, ilin əvvəlində Nyu-Yorkda yolların təmirinə 2,8 milyard, Madriddə isə 2,4 milyard dollar ayrılmışdı.

Ermənistan paytaxtının postsovet məkanının ortabab şəhərlərindən biri olduğunu unutmasaq, 4 milyard dolların təxminən 98 faizinin yenidən S.Sarkisyanın komandasındakı məmurların varidatlarını artıracaq pullara çevriləcəyini ehtimal etmək xeyli bəsit məsələdir.
Bir şərtlə ki, həmin pullar olsun.

Ermənistan iqtisadiyyatı və xüsusilə də büdcənin durumu belə səxavətli oğurluğa imkan vermir.

Problemlər tək "biz güclüyük" tipli aldadıcı bəyanatlarla bitməz ki…


Geri dön

Mrs.mickey

  • 27 avqust 2014 12:18
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
tesekkurler...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

ヅ Bad Girl ヅ

  • 26 avqust 2014 08:27
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

eliwqa

  • 25 avqust 2014 17:20
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

Prosta FaN

  • 25 avqust 2014 12:29
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Xanim Zehra

  • 25 avqust 2014 01:55
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Təşəkkürlər

♔ Rapuиzel ♔

  • 24 avqust 2014 22:38
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Təşəkkürlər...

--------------------

ヅ Bad Girl ヅ

  • 24 avqust 2014 20:39
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}