Qəhvə

 
Qəhvə


Qəhvə (ərəbcə قهوة‎‎ qəhvə "ehtiraslandıran içki") — qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.

Qəhvənin tarixi
İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.

Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Yohan Volfqanq Göte qəhvə dənəciklərini distilə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeini aşkar edir.

Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır. Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilimişdir. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra Konstantinopolda qəhvə evi açılır. Buna baxmayaraq qəhvənin ölkədə rəsmi içki kimi qəbul edilməsi tanzimatın 1839-cu ildə apardığı islahatlara qədər davam etmişdir.

1573-cü ildə Almaniyalı həkim Leonard Rauvolf Aleppoda bu içkinin dadına baxır və 1582-ci ildə onun haqqında yazır. Başqa mənbələrə görə 1592-ci ildə Prospero Alpino tərəfindən qəhvə İtaliyaya gətirilir və beləliklə bu içki Avropaya qədəm qoyur.

1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılmışdır. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki təşkil etmişdir. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. Az keçməmiş bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi.

1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır.

Qəhvə hazırlamaq
Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez həllolan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur.Qəhvə içkiləri 3 əsas qrupa ayrılır:

Tərkibində 5-35% təbii qəhvə olan içkilər.
Kasnı bitkisinin kökü əlavə edilmiş içkilər.
Tərkibində təbii qəhvə və kasnı bitkisi olmayan içkilər.
Ev şəraitində qəhvə içkisi hazırlamaq üçün çiy qəhvə dənələri istifadə olunmamalıdır. Ona görə də, qəhvə dənələri əvvəlcə qovrulur, sonra isə elektrik dəyirmanında üyüdülür. Bunun üçün ev şəraitində qəhvə dənələrini tavaya 2-3 sm qalınlığında yayıb tünd qəhvəyi rəng və özünəməxsus ətir kəsb edənə kimi qovururlar.Qovurulduqda qəhvə dənələrinin kütləsi 16-18% azalır, həcmi isə zülali maddələrin şişməsi hesabına artır. Qəhvə dənələri istifadə olunduqca tədricən yüyüdülməlidir, Bu zaman daha keyfiyyətli qəhvə içkisi alınır. Qeyd edək ki, hal-hazırda qəhvə tozu üyüdülmüş, hazır qablarda satışa buraxılır.

Təbii qəhvədən şərqsayağı qəhvə, qara qəhvə, süd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə və digər içkilər hazırlanır.

Qəhvə süfrəsi
Qara qəhvə tutumu 75–100 ml olan qəhvə fincanlarında və yaxud çini qəhvədanda süfrəyə verilir. Əgər süd və ya qaymaqla qəhvə verilirsə, onda 200 ml tutumlu fincanlardan istifadə edilir. Fincana 150 ml qəhvə, 50 ml süd və ya qaymaq tökülür. Qəhvədana qəhvə 2–4 fincanlıq tökülür. Bu zaman qəhvədan əvvəlcə qaynanmış su ilə yaxalanmalıdır. Əgər qəhvə 100–mm-lik fincanda verilirsə, onda nəlbəkiyə qəhvə qaşığı qoyulur. Qəhvə fincanının əltutan yeri sol tərəfdə, qaşıq isə sağ tərəfdə olmalıdır. Bir neçə nəfərə xidmət etdikdə qəhvə fincanları podnosda gətirilir və qonağın sağ tərəfinə yaxınlaşıb ona qəhvə təklif edilir və yaxud qonağın sağ tərəfindən yaxınlaşıb süfrəyə qoyulur. Qəhvə yanında yalnız tikə qənd verilməlidir. Kütləvi sürətdə qəhvə hazırladıqda süd və şəkər birbaşa içkiyə qatılır. Süd və qaymaqla qəhvə tutumu 200 ml olan stəkanlarda da verilə bilər. Şərqsayağı qəhvə isə hazırlandığı xüsusi qazançada süfrəyə verilir və süzülmədən fincanlara tökülür.

Qara qəhvə yanında soyuq qaynadılmış su da verilir. Qəhvə yanında konyak və likor verilə bilər. Bəzən qəhvə stoluna süfrə salınmır. Hər qonağın qabağına kiçik rəngli dəsmal qoyulur, onun üstünə qəhvə fincanı, sol tərəfə desert boşqab və qəhvə dəsti qoyulur. Fincanın arxasına konyak və ya likor üçün qədəh qoyulur. Stolun ortasında vazada tort, pirojna, qovrulmuş fındıq və ya badam qoyulur.

Qəhvənin zərərləri
Qəhvə faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Ona görə də bəzi insanlar qəhvədən istifadə edərkən ehtiyatlı olmalıdırlar.

Qəhvənin çox istifadə olunması ürəyə zərər göstərir. Qəhvənin tərkibindəki kafein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, üürəyin tez-tez döyünməsinə səbəb olur. Məhz buna görə də ürək xəstələri qəhvədən az istifadə etməlidir.

Yüksək təzyiq
Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Mədədə problemlər
Qəhvə, mədə xorası və qastrit kimi xəstəliklər törədir. Bu cür xəstələrin qəhvədən çox istifadə etməsi narahatlıqların daha da artmasına və pisləşməsinə səbəb olur. Çünki, qəhvə mədəni qıcıqlandırır və mədə turşu ifraz etməyə başlayır.

Mineral və vitanmin
Qəhvənin tərkibindəki kafein orqanizmin dəmiri saxlamasına imkan vermir və kalsiumun bədəndən sidik yolu ilə çıxmasına səbəb olur. Bütün bunlar sümük əriməsi riskini çoxaldır.



Geri dön

(ړײ) Narkuwa(ړײ)

  • 1 sentyabr 2014 01:00
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

♡Music is Life

  • 27 avqust 2014 16:27
  • Məqalə: 0
  • Şərh: 301
  • Bal:
{awards}
Tesekkur edirem

--------------------
Unutma!!!! Ciyinlerinde da$idigin 2 kameraman heyatini filme almaqda
Ve hec vaxt Unutma! Bugun etdiklerin sabah dev ekranda......

ヅ Bad Girl ヅ

  • 26 avqust 2014 08:04
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Manoliya

  • 25 avqust 2014 20:43
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tewekkurlerr

--------------------

Xanim Zehra

  • 25 avqust 2014 20:36
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Tewekkurler..

♔ Rapuиzel ♔

  • 25 avqust 2014 18:53
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Yüksək təzyiq
Aparılan təcrübələr göstərmişdir ki, həddindən artıq qəhvə içmək qan təzyiqinin yüksəlməsinə səbəb olur.

--------------------

Awk bir hayal

  • 25 avqust 2014 18:37
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlərr

_leka_the_one_

  • 25 avqust 2014 17:45
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Tewekkurler..

eliwqa

  • 25 avqust 2014 16:26
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler meqale ucun

--------------------

Prosta FaN

  • 25 avqust 2014 15:46
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlərr

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Diamond Lady

  • 25 avqust 2014 13:37
  • Məqalə: 20
  • Şərh: 1640
  • Bal:
{awards}
ilk werh mennen

--------------------
aysel mamedova

_Gulka_

  • 25 avqust 2014 13:35
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
tewekkurler xeber ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}