Çay

 
Çay


Çay dünyada sudan sonra ikinci ən geniş yayılmış içkidir. Çay kolunun (Camellia sinensis) yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən bu içki əsasən isti və subtropik olkələrdə yetişdirilir. Yığılandan sonra emal prosesinin nəticələrinə görə çay 4 növə ayrılır: yaşıl, qırmızı, sarı və qara.

Çayın tarixi
Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş , soyuq çay, hətta üzvi çay ( ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə oldugu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908 - ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABS-da istehsalıdır.

Çay agacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla baglı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.

Çayın tərkibi və xüsusiyyətləri
V. V. Poxlebkinin fikrinə görə, çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın dad keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. istifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır.

Çayın xüsusiyyətinə həmçinin onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.

Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. riyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.

Əgər qutunun üzərində yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.

Çayın faydası və əhəmiyyəti

Çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldu. Əgər XIX -cu əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdü, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri aiddir

Çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir.


Çay kompressi çox faydalıdır. Bu cür kompresləri zədələnmə və əzilmə zamanı qoyduqda ağrı tezliklə sakitləşir. Belə ki, yaşıl çayı 15 - 20 dəqiqə dəmləyib, alınan məhlulu tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdə bir neçə dəqiqədən sonra ağrı sakitləşir. Lakin Hindistan həkimlərinin fikrinə görə çay gözün korlaşmasına qarşı yaxşı profilaktik tədbir rolunu oynayır. Həm qara, həm də yaşıl çay kataraktanın inkişafının qarşısını alır, amma qara çayın təsiri daha çoxdur.

Menopauza dövründə qadınlara çoxlu çay içmək məsləhət görülür, belə ki, çay bu dövrdə sümüklərin sınması ilə nəticələnən osteoporoza adlanan xəstəliyin qarşısını alır. Çay xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır. Yaşıl çay tənəffüs, əsəb və ürək- damar sistemlərinin işini yaxşılaşdırır.

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin A ilə izah edilir. Yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yani allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.

Alimlər çayın tərkibindəki flavonoidlərin çayın antioksidant xassələrinin səbəbkarı olmağını bildirir, digər sözlərlə desək flavonoidlər insan hüceyrələrinin oksidləşməsinə yol verməyərək, azad radikalların çoxalmasının qarşısını alır.

Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir.

Çay baş ağrısını aradan qaldırır.
Çay oyadır və alkoqol asılılığından azad olmağa kömək edir.
Çay qidalandırıcı ərzaq hesab edilir, aclığı aradan qaldırır ( xüsusilə də müxtəlif ətirli və müalicəvi əlavəyə malikdirsə )
Çay istilər zamanı əhvalı yüngülləşdirir.
Çay təravətləndirir və gümrahlaşdırır.
Çay sakitləşdirir, stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.
Yağlı qidanın həzmini asanlaşdırır.
Orqanizmdən zəhəri, toksinləri və şlakı xaric edir.
Çay ömrü uzadır.
Çay intellekti artırır, şüuru formalaşdırır.
Çayda dişlər üçün faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki, baş ağrısı sakitləşsin.

Holland və Britaniya alimlərinin çayın insan beyninə təsiri sahəsində apardıqları araşdırmalardan bu qənaətə gəliblər ki, çay içmək sağlam insanın əqli qabiliyyətlərini yaxşılaşdırmağa qadirdir.Eksperimentdə iştirak edən 40 yaşına kimi könülliləri iki qrupa ayırıblar.
Birinci qrupda olanlara 50 mq kofein və həmən dozada kofeinlə birgə çayda mövcud olan L-tianin (100 mq) aminturşusu verirdilər. İkinci qrupa isə yalnız kofein verirdilər. Eksperimentlər bunu göstərdi ki, çay içən iştirakçılar daha güclü nəticələr göstərdi. Bundan başqa, müntəzəm çay içən könüllülər daha yaxşı yaddaşla seçilirdilər.
Həmçinin yapon alimləri sübut ediblər ki, müntəzəm çay içmək iki növ diabetin qarşısını almağa səbəb olur. Əlavə olaraq da çay, həddindən artıq yağlı yemək yeyənlərin qanını təmizləməyə qadirdir.

Gündə 3 fincan çay içmək 50 yaşına qədər olan qadınlarda döş xərçənginin riskini azaldır. Bu barədə Florida ştatındakı Tampa şəhərində yerləşən Moffitt Cancer Centredən olan amerikalı tədqiqatçılar bəyan etmişlər. Lakin mütəxəssislər vurğulayırlar ki, göstərilən yaşdan yuxarı olan qadınlarda şişlərin əmələ gəlməsinə çay zəif təsir edir. Tədqiqatda döş xərcəngindən müalicə keçmiş 20-74 yaşları olan 5 min qadın iştirak etmişdir. Alimlər müəyyən etmişlər ki, gündəlik içilən bir neçə fincan çay süd vəzləri xərçənginin inkişaf riskini 66% azaldır.

Çayın hazırlanma qaydası
1 stəkan çay üçün yarım çay qaşığı quru çay, 25 q. Qənd 1/8 və ya 1/10 əd. limon götürülür. Çay adi qaydada dəmlənir, süfrəyə çaynikdə və ya səkanda verilir. Stəkan qaynar su ilə yaxalanır, ona təxminən 50 ml. çay dəmi tökülüb üstünə təzə qaynar su əlavə edilir. Çay süfrəyə veriləndə ayrıca olaraq yanına qənd və xırda nəlbəkidə doğranmış limon qoyulur.

Min illərdən bəri, dünyanın bütün xalqları tərəfindən bir içki kimi istifadə olunan çayı hərə bir cürə dəmləyir. Ayrı-ayrı xalqlar sozsüz ki, yaşadıqları regionların iqlim şəraitindən, sürdükləri həyat tərzindən asılı olaraq, çayı müxtəlif üsullarnan dəmləyirlər:

Çinlilər əvvəlcədən qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu tökürlər, 3 dəqiqədən sonra, farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.
Yaponlar çayı, əvvəlcə, xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra, əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olurlar. Yaponlar əsasən, çayın ətrindən daha çox feyziyab olurlar. Belə ki, onlar da çayı 40-50 qr.-lıq kiçik fincanlarda içirlər.
İsveçrəlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.
Kalmıklar bir balaca suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su qaynağa düşəndən sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib, qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.
Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.


Geri dön

(ړײ) Narkuwa(ړײ)

  • 1 sentyabr 2014 00:59
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

♡Music is Life

  • 27 avqust 2014 16:24
  • Məqalə: 0
  • Şərh: 301
  • Bal:
{awards}
Caysiz bir gunum olmasin

--------------------
Unutma!!!! Ciyinlerinde da$idigin 2 kameraman heyatini filme almaqda
Ve hec vaxt Unutma! Bugun etdiklerin sabah dev ekranda......

Mrs.mickey

  • 27 avqust 2014 10:56
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
tesekkurler.....

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

вrιyυɴeт`ĸα

  • 26 avqust 2014 18:50
  • Məqalə: 1
  • Şərh: 76
  • Bal:
{awards}
Tshekkurler

--------------------
deyιrler ѕнιrιɴ ѕнeyler ιѕтιde хαrαp olυrмυѕн... -ozυмcнυɴ cнoх ɴαrαhaтαмeee :D ))

★NuTeLLa★

  • 26 avqust 2014 10:42
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Təşəkkürlər...

ヅ Bad Girl ヅ

  • 26 avqust 2014 08:02
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Xanim Zehra

  • 25 avqust 2014 20:35
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
Tewekkurler..

♔ Rapuиzel ♔

  • 25 avqust 2014 18:49
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Təşəkkürlər....

--------------------

Prosta FaN

  • 25 avqust 2014 18:08
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Awk bir hayal

  • 25 avqust 2014 17:45
  • Məqalə: 137
  • Şərh: 2783
  • Bal:
{awards}
TəŞəKkÜrLəR

_leka_the_one_

  • 25 avqust 2014 17:43
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Tewekkurler..

eliwqa

  • 25 avqust 2014 17:39
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

Səssiz

  • 25 avqust 2014 17:32
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Ilk werih mende tewekkur

--------------------
Səssiz'liyim
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}