Bu günün hava proqnozu

 
Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, lakin yağmursuz olacaq.

Şimal-qərb küləyi 15-20 m/s, gündüz arabir 23 m/s, bəzi ərazilərdə 25-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 30-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz , gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu:
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.

Xəbərdarlıq

Uzun müddət davam edən kəskin isti hava şəraitindən sonra avqustun 21-dən başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi, avqustun 21-də küləyin maksimal sürətinin bəzi ərazilərdə 25-28 m/s-yə çatacağı gözlənilir. Küləkli hava şəraiti avqustun 23-ü gündüzədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5° aşağı enəcək.

Naxçıvan Muxtar Respublikasında
hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava yağmursuz keçəcək.

Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi 5-10 m/s, gündüz arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}