Mətbəx sirləri: Qabaq kürüsü

 
Mətbəx sirləri: Qabaq kürüsü

Avqustun son günləridir. Qışa hazırlıq üçün əsl vaxtdır. Bu gündən başlayaraq qarşıdakı həftədə də Milli.Az sizə müxtəlif tərəvəzlərdən qış tədarükünün hazırlanması üçün reseptləri təqdim edəcək.

Tərkibi:

1 kq qabaq (qabığı soyulub, toxumu təmizlənmiş)
150 q yerkökü
250 q soğan
1 dolu x.q. tomat pastası
1-2 diş sarımsaq
duz
istiot
dəfnə yarpağı
qovurmaq üçün bitki yağı

1. Yerkökünü sürtgəcdən keçirin. Soğanı yarımhalqa, qabağı tərəfi 1,5 olan kubik doğrayın.

2. Qalın dibli tavaya, yaxud qazana bitki yağı töküb soğanı yerkökü ilə qovurun. Qabağı əlavə edib bir qədər də su tökün (təxminən stəkanın 1/4-i qədər, qabaq özü də su buraxır). Qazanın (tavanın) qapağını örtün.

3. Tərəvəzləri təxminən 1 saat vam odda bişirin. Əgər bu müddətdən sonra suyu çox olarsa, həmin suyu çömçə ilə bir ayrı qaba yığın.

4. Tomat pastası, duz, istiot, əzilmiş sarımsaq əlavə edin, yaxşı qarışdırın. Dəfnə yarpaqları da əlavə edib qapağını bağlayın, daha 15 dəqiqə bişirin.

5. Qazanı (tavanı) ocaqdan götürün. Azca soyudun. Duzunu-istiotunu, sarımsağını yoxlayın, lazım gələrsə, əlavə edin. Bir qədər də soyuyandan sonra dəfnə yarpaqlarını çıxarın (yaxşı olar ki, onları əvvəlcədən sayasınız ki, çıxaranda da rahat olsun). Blenderlə xırdalayın. Əgər kürü gözünüzə çox qatı görünsə, bişərkən ayrılan suyundan bir qədər əlavə edə bilərsiniz.

6. Kürünü yenidən qazana tökün, qaynara düşəndə ocaqdan götürün.

Kürünü sterilizə edilmiş bankalara yığın, sterilizə edilmiş qapaqları ağzına qoyun (amma bağlamayın). Bankaları 120 dərəcə qızdırılmış sobada 1 saat saxlayın. Sonra sobadan çıxarıb ağzını yaxşıca bağlayın.

Nuş olsun!


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}