“Rektorların bəzilərinin yığdıqları sərvət burunlarından gəlməsə...”

 
“Rektorların bəzilərinin yığdıqları sərvət burunlarından gəlməsə...”

“Müasir təhsil sistemini Misir Mərdanov elə günə qoyub ki, onun acı nəticələrinin düzəlməsini görmək üçün qarğa qədər yaşamaq lazımdır”.
Bu sözləri Moderator.az-ın təhsil sisteminin movcud durumu ilə bağlı tanınmışlar arasında keçirdiyi sorğuya cavabında şair Fərid Huseyn bildirib:
“Bu gün Azərbaycanda hər üç tələbədən biri Azərbaycan dilindən 2 alır və bu çox ciddi göstəricidir”.
“Keçmiş təhsil nazirinin üzərindən xətt çəkmək olmaz”

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə yeni təhsil nazirinin korrupsiyanın qarşısını qısmən də olsa qarşısını aldığını qeyd edir:
“Sovet dağılıb,təhsil sistemi də dəyişir. Orta məktəbdə kurikkulum, ali təhsildə isə Baloniya sistemi tətbiq edilir. Mən də 6 il ali məktəbdə professor kimi çalışdım. Bakalavr və magistranlara dərs dedim. Bu sistem məni qane edir. Çox yaxşı haldır ki, qəbul, hətta semestr imtahanları da testlə keçirilir. Keçmiş təhsil nazirinin də üzərindən xətt çəkmək olmaz. O müstəqilliyə qədəm qoymuş bir ölkənin inkişafı üçün zəhmət çəkib. O özü sadə insandır. Qohum- əqrəbası məktəblərdə onun adına ləkə gətirirdilər.
“Müəllimlərin maaşı artmalıdır ki, gözləri onun-bunun cibində olmasın”
Vüqar bəy eyni zamanda yeni təhsil naziri Mikayıl Cabbarov haqqında olan fikirlərini də gizlətmədi:
“Təzə nazirin yaxşı islahatları var. Elə şəhadətnamə və attestatların təmənnasız verilməsinə şərait yaratdı. Korrupsiyanın qarşısını qismən aldı. M.Cabbarov təhsil işçisi olmasa da demokratik islahatlar həyata keçirir.Yaxşı olar peşəkar təhsil işçilərinin məsləhətlərinə qulaq assın. Çünki, müəyyən səhvlər buraxır. Bu sonda onun ziyanına ola bilər. Təzə nazir yaxşı olar ki, özəl universitetlərin bəzilərində korrupsiya hallarının qarşısını alsın. Elə özəl universitet var ki,rektoru deputatdır, nə istəyir onu da edir. Yəqin nazirin gücü çatmır. Amma elə deyil, onun oğlunu nazir aparır məsul vəzifəyə. Artıq bu nazirə də inam itir. Müəllimlərin maaşı artmalıdır ki, gözləri onun-bunun cibində olmasın. Qane etməyən bir korrupsiyadır, bir də rektorların əbədiliyi. 1-2-sini çıxartdılar,o birilər qaldı. Bu rektorlar o qədər yeyiblər ki, bunları qusduran da yoxdur. Axırda partlayacaqlar. Rektorların bəzilərinin yığdıqları sərvət burunlarından gəlməsə kötükcələrinə də bəsdir. Xalqın gələcəyi onun təhsilidir. Gənclərin tərbiyəsi təhsildən asılıdır. Cənab prezident deyib ki."neft kapitalını insan kapitalına çevirməliyik."Bunun üçün ümdə keyfiyyətli, rüşvətsiz təhsil lazımdır.Yerlibazlıq və rüşvət təhsildən yığışılmalıdır.

“Elm-təhsil olmayan yerdə inkişafdan danışmaq mümkün deyil”

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid təhsil sistemimizin onu qane etmədiyini dedi:


“Elm, təhsil olmayan yerdə, inkişafdan danışmaq elmin, təhsilin düzgün istifadə olunmadığı məkanda isə yüksək zirvə fəthini düşünmək olmaz. Azərbaycanda bu günki təhsil sistemində nəzəri cəhətcə baxdıqda hər şeyin əla olduğunu, təhsil sistemimizdə heç bir problemin olmadığını hiss edə bilərik. Amma, bu belədirmi? Əsla. Təhsil haqqında qanunda yazılan hansı müddəalara iş prosesində əməl olunur? Gündə bir şey kəşf edirlər. Körpə uşaqlara baxanda yəni 6-7 yaşli usaqların hansı yüklə məktəbə getdikləri, yaşlarına və beyinlərinin qavrama gücünə malik olmayan dərs yüküylə yüklənmələri, valdieynlərin usaqları məktəblərə apararkən onların çantalarını daşımaları adamı dəhşətə gətirir. Maraqlı bir tendensiya yaranıb bizdə. Məsələn, yaşayıram Yasamal rayonunda, evimin lap yaxınlığında məktəb var, amma uşağı aparıram Nəsimi və ya Səbayel rayonlarındakı hansısa məktəbə. Səbəb??? Səbəb o ki, evimin yanında olan məktəb yetərincə uğur qazana bilməyib, yəni loru dildə desək “bərk gedən valideynlərin usaqları” o məktəbdə azlıq təşkil edirlər. Bəlamıza baxın ki, məktəbin verdiyi təhsil deyil, orda oxuyan təbəqənin kəmiyyəti ilə ölçülür valideynlərimizin gözündə məktəblər. Bu da nədən və hansı səbəbdən doğur? O səbəbdən ki, müəllim və valideyn arasında hələ də şagirdin yüksək təhsil alması, repetitora ehtiyac olmadan ali məktəbə hazırlaşması deyil, hansı məktəbdə müəllimlərin məzunlarının kimlərin olması önəmsənilir. Bəzən vaxtım olanda Təhsil Nazirliyini orqanı olan “Azərbaycan müəllimi” qəzetinin internet saytına nəzər salıram. Və sovet donəmində və 2000-2007-ci illərə kimi nəşr olunan “Azərbaycan müəllimi” qəzetinin əlimdə olan bəzi nüsxələrindəki, materialalra baxıram. Müqayisə edirəm, o zaman müəllimlər (özüm də daxil olmaqla mən 16 il müəllim işləmişəm) qəzetin çıxacaqı günü gözləyirdilər ki, o qəzeti oxuyanda həm dincəlsinlər, həm də təhsil sistemində olan yeniliklərdən təcrübə öyrənsinlər. Bəs indi? Qəzet yalnız nazirliyin orqanı olaraq yayınlanır. Müəllimlərin yadına da düşmür ki, bu qəzet nə vaxt çıxır və orda nə öyrənə bilərlər. Çünki bu gün müəllim yalnız maddi durumunu yaxşılaşdırmaq haqqında düşünür. Sinifdə qacaraq-qovaraq dərsi başa vurub evə tələsir ki, evdə repetitoru olduğu şagirdləri gələcək. Əsas qüvvəni, biliyi onlara sərf etmək lazımdır. Çünki, 100 nəfər dərs deyib 150 manat alırsa, evdə 3 nəfər dərs deyib 150 manatı qazanır. Baxın budur bizim bəlamız. Müəllim məktəbə gedəndə düşünmür bu gün mən hansı əyani vəsaitlərdən istifadə dim ki, şagirdlərin marağını çəksin, usaqlar daha ətraflı öyrənsinlər. Müəllim düşünür, ki, “ilahi mən necə edim ki, gələn tədris ili üçün hazırlığa gələn uşqlarımın sayı çoxalsın”? Məndən kimsə inciməsin, nə müəllimlər, nə valideynlər. Gətirin indi mənə şagird göstərin ki, mənim qədər müəllimlərinə bağlı olsun. Müəllimlərinin 30-35 il bundan əvvəl ona öyrətdiklərini unutmamış olsun. İndi elə müəllim tanıyırısınızmı şagirdləri 30 ildən sonra onu axtarsın və adı gələndə hönkürüb ağlasın. İnanmıram. Çünki bütün bunlara səbəb müəllim adına olan biganəlik, müəllimlərin maddi rifahının normal olmamasıdır. Gəlin özümüzü aldatmayaq. Biz Avropanın. Amerikanın çarığını geymişik, amma nə qədər əlləşirik onlar kimi addımlaya bilmirik. Bizim Avropa təhsil sisteminə keçməyimizə hələ bir 30 il də zaman lazımdı ki, tam olaraq o sistemi mənimsəyə bilək.”

“Ən böyük arzu və mücadiləmdən biri ölkəmizdə rüşvətsiz təhsil sisteminin yaradılması olub.”

Avropanın fəxri alimi, mədəniyyət səfiri, şair Elçin İsgəndərzadə müasir təhsil sistemimizdə bəzi nöqsanların olmasına baxmayaraq razılıq etdiyini bildirdi:
“Müasir təhsil sistemimiz məni təbii ki, qane edir! Özü də lap çox qane edir! İnkişaf etmiş ölkələrin tətbiq etdiyi və təkmilləşdirilmiş bir təhsil sistemidir, bizim təhsil sistemi. Baxır bu sistem bizdə necə tətbiq olunur, necə yerinə yetirilir? Bu baxımdan öyünüləsi işlərimiz də var, utanılası da! Ali məktəbdə çalışdığımdan bu sahəyə toxunacam. Demək olar ki, bütün ali məktəblərimizdə müasir təhsil sistemi, yəni boloniya və kredit sistemi artıq oturuşub. İlkin uğurlar və nəticələr var. Xüsusilə son bir ildə təhsil nazirimiz Mikayıl Cabbarovun apardığı reformalar çox ürəkaçandır. Bu ildən fəaliyyətə başlayacaq "Sabah" qruplarının yaradılması çox ağıllı addımdır.Cənab Prezidentin xaricdə təhsil sahəsində uzun illərdi gerçəkləşdirdiyi dövlət proqramı tarixi və fantastik bir addımdır təhsilimizdə. Bütün bunlara rəğmən çoxsaylı qüsurlarımız da var. Uşaqlıqdan ən böyük arzu və mücadiləmdən biri ölkəmizdə rüşvətsiz təhsil sisteminin yaradılması olub. Bu qədər mübarizə aparılmasına rəğmən rüşvət təhsilimizin xərçəngi olaraq qalır. Tədris proqramlarının böyük əksəriyyəti dünya səviyyəsində deyil. Özəlliklə dərslik və dərs vəsaitləri baxımından vəziyyət çox acınacaqlıdır. Dərsliklərimiz ya yoxdur, ya da olanlar lazımi səviyyədə deyil. Yəni təhsil sistemimizdə hələ çox işlər görülməlidir, lap çox!!! Unutmamalıyıq ki, sabahımıza yol təhsilimizdən keçir. Zənnimcə keyfiyyət dəyişikliyinin ilkin açarı müəllimlərimizin və alimlərimizin maddi durumlarını yaxşılaşdırmaqdan ibarətdir. Konkret bir fakt. Texnika elmləri doktoru, professor olaraq aldığım maaşın məbləği 730 dollardır. Qardaş Türkiyədə analoji rəqəm 7500-dür!!!

“İndi övladlarımız təcrübə dovşanı vəziyyətinə düşüblər”

Yazar Zümrüd Yağmur da müasir təhsil sistemimizi bəyənməyənlər sırasındadır.

“Ümumiyyətlə, İndi Azərbaycanda mövcud olan təhsilə sitem demək belə mümkün deyil. çünki dağınıq, nə olduğu bəlli olmayan, hansı sistemə bağlı olduğu anlaşılmaz olan bir qarmaşa mövcuddur. Son dövrlər kurrikulum sisteminə keçid deyib əslində təhsildə elə bir qarışıq durum yaradıblar ki, indiki halda bu sistemlə təhsil alan övladlarımız təcrübə " dövşanı" vəziyyətinə düşüblər.
Təhsil sistemində şagird və müəlim münasibətləri zor və köləlik üzərində qurulub, məktəblərdə şagirdlərin şəxsiyyət kimi yetişdirilməsində söz gedə bilməz. Əksinə, onların daha çox az düşünən, öz düşüncəsi olmayan ancaq deyilənə qulaq asan "yaxşı" uşaqlar yetişdirlməsi üçün hər şey edilir..

Müəllim şagirdə dürüst olmağı öyrətdiyi halda özü saxtakarlıq edir

Başqa bir cəhət və ən qorxulu yanı da odur ki, təhsilimizdə artıq metaztaz vermiş rüşvət elə bir hala gəlib ki, bunu şagird və ya tələbələrdən gizlətmk mükün deyil. Beləcə şagirdlər ikiüzlülük və yalançılıqla elə məktəbdəcə tanış olur. Müəllim ona dürüst olmağı öyrətdiyi halda özü saxtakarlıq edir. Yəni söz verən sözündən birinci özü qaçır. yalnız lənətləyən onu danışır. naqisliyi pisləyən özü bunu edir. Beləcə böyüyən nəsil də bütün bu naqisliklərlə "tərbiyələnmiş", təcrübə qazanmış olur.
Nə yazıq ki, təhsildə problemləri belə qısa ifadə etmək mümkün deyil. bütün bunların yanında da təhsildə təhsildən başqa hər nə desən şagirdlərə azandırılır. Savad vermək adı altında böyük bir savadsız ordusu yetişdirlir. Burda həm sistemin, həm də müəllimlərin dünyagörüşünün təsiri var.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə təhsilimizdə bəzi uğursuzluqların səsəbi kimi müəllimlərin əməkhaqqlarının az olması ilə əlaqələndirdi:
“Müəllimlərin əmək haqqı olduqca aşağıdır. Bu da onların əlavə pul qazanma üçün vasitələr axtarmasına gətirib çıxarır. Repetitorluq, şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılması və.s. rüşvətin bilavasitə şagirddən istənilməsi müəllim-şagird arasında münasibətlərin korlanmasına gəlib çıxarır. Həm şagird, həm də valideyn tərəfindən müəllimə hörmət azalır.Dərslərə davamiyyət aşağıdır. Müəllim əlavə saat üçün başqa şagird yanına, şagird repetitor yanına tələsir.İmkansız şagirdlər isə bilgisiz qalırlar.Təssüf ki, belə şagirdlər çoxluq təşkil edir”
Gənc şairə Günel True də Mirvari xanımın fikrinə qoşularaq ilk öncə müəllimlərin əməkhaqqlarının yetərincə olmadığını qeyd etdi:
“Müəllimə hörmət o hörmət deyil. Ən azı maaşları dilənci parasıdı, bu müəllimdən hansı enerjini, hansı həvəsi gözləmək olar? onun dərsi hansı effeti verəcək? Əlbəttə onların dərs dediyi uşaqlar da 150 bal toplayaraq univerisitetlərə qəbul olacaqlar”.


Geri dön

_leka_the_one_

  • 2 sentyabr 2014 01:27
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
Tewekkurler..

✰ღMouRnfuL GirLღ✰

  • 1 sentyabr 2014 18:37
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
tesekkurler....

--------------------

2-ci kurs telebesi

(ړײ) Narkuwa(ړײ)

  • 31 avqust 2014 22:18
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

✰ღMouRnfuL GirLღ✰

  • 29 avqust 2014 18:06
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
tesekkurler....

--------------------

2-ci kurs telebesi

вคɴค iкiмizi คɴlคт ❤

  • 28 avqust 2014 23:22
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Cox sagolun melumata gore

eliwqa

  • 28 avqust 2014 20:17
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

PoZitiV Kaa=)

  • 28 avqust 2014 19:47
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

GNLCLN

  • 28 avqust 2014 19:28
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Pisxopat qiz,
yaman da...iyunun 14u ders qurtatar?biz 11ler ne vaxt hazirlawacagiq?sentyabrin 1i olsaydu lap yaxwi olardi..onsuzda cedvel ders oktyabrin1i tam baslayir...hamisi eynidi.... am am

--------------------
Vecsiz biri kimi görünsəm də,əslində hər şeyə üzülən bir insanam...

Pisxopat qiz

  • 28 avqust 2014 18:40
  • Məqalə: 2
  • Şərh: 80
  • Bal:
{awards}
bu kiwi insafli kiwidir,misirden bu yaxcidi

--------------------
Eyilib yaxasini gosteren qiz
eylenmeli qiz olacagina,
Eyilib ♥ Namazini ♥ qil evlenmeli
qiz ol!
Allah qildiginiz namazlari qebul etsin......AMIN

Prosta FaN

  • 28 avqust 2014 18:11
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

...................................

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

ヅ Bad Girl ヅ

  • 28 avqust 2014 17:56
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Mrs.mickey

  • 28 avqust 2014 17:35
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
tesekkurler....

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}