"Örnək birinci xanım!"

 
"Örnək birinci xanım!"


"...Həyatda uğur və məsuliyyət yanaşıdır."

Mehriban Əliyeva

Mehriban Əliyeva! - Azərbaycanın "FIRST LADY"si (Birinci Xanımı), millət vəkili, Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun başçısı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru və 3 gözəl övladın anası! - Bugün onun doğum günü - 50 illik əlamətdar yubileyidir!

O bu gün Azərbaycan mədəniyyətinin fədakar elçisidir; xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır.

O bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır.

O bu gün gözəl bir ailə örnəyidir hər kəsə. Hər zaman cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni edir.

YUNESKO-nun xoşməramlı Səfiri
Bəlli olduğu kimi 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilir. YUNESKO-nun baş katibinin iştirakı ilə Azərbaycan Respublikası ilə təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Habelə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarınn iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz Muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin fədakarı
Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond erməni iftiralarını, Azərbaycan həqiqətlərini, Xocalı faciəsini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri,təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən,bir çox dillərdə kitablar nəşr etdirir, filmlər hazırlayıb dünya ictimaiyyətinə doğru bilgilərin çatdırılması istiqamətində misilsiz işlər görür.

O, YUNESKO ilə yanaşı, həm də müsəlman dünyasını özündə birləşdirən İslam Konfransı Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də müsəlman dünyasını layiqincə təmsil edir. Sivilizasiyalararası, mədəniyyətlərarası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyevanın ötən illər ərzində gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir və aldığı mükafatlar bununbariz göstəricisidir.

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti!
Dünyada tanınan Heydər Əliyev Fondunun 10 il öncə yarandığına bir çox xarici qonaqlar da ilk öncə inana bilmirlər. 10 il və bu qədər nailiyyət! Fond bu xoşməramlı inanılmazlığı hələ 5 yaşında da göstərmişdi, ondan öncə də, sonra da... Gələcəkdə də, göstərəcək, təbii. Heydər Əliyev Fondu bu gün artıq dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. Onun bir çox ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və s.) nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. O, deyir: "Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Xeyirxahlıq və Humanizm!
Bəli, bu, onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Onun rəhbərlik etdiyi Fond maddi durumu ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. O, bu kasıb insanların müalicə olunaraq sağlamlıqlarına qovuşmasına dəstək göstərməsindən mənəvi rahatlıq tapır və öz timsalında bu önəmli ənənələrin cəmiyyətdə daha da möhkəmlənməsində böyük rol oynayr. Sizə ehtiyacı olanların yanında olacaqsınız! Yardımınıza ehtiyacı olanlara əl uzadacaqsınız! - Bu, bir insanlıq vəzifəsidir. Budur onun həyat fəlsəfəsi və topluma aşıladığı müsbət dəyərlər!

Yoxsul insanlar daim onun rəhbərlik etdiyi Fondun diqqət və qayğısındadır. Onun qapısını döyən hər bir kəsə kömək edilir. Əslində, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxsin Mehriban Əliyeva olması insanların ona olan böyük inam, etimad və sevgisinin göstəricisidir. Bu gün sadə insanlar ona mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxırlar!

Müstəqil Azərbaycanın Xeyriyyəçilik İnstitutunun təkanvericisi!
O, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda xeyriyyəçilik institutunu fəal şəkildə inkişaf etdirdi. Çünki azərbaycanlıların tarixi xeyriyyəçilik ənənələri Sovet dövründə aşınmaya məruz qalmışdı. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. O, çağdaş Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, çağdaş dünyada və məhz çağdaş anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını açıqladı və bir məktəbin əsasını qoydu.

Xanım Əliyeva deyir: "Müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik kimi qəbul edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işdir".

Millətin vəkili!
Azərbaycanın hansı bölgəsinə getsəniz, hamı Mehriban Əliyevanın məhz oradan millət vəkili olmasını arzulayır. Millət vəkili kimi təmsil etdiyi Xəzər rayonu az qala hər gün bir yeniliyə, tikinti-quruculuq hadisəsinə, mədəniyyət hadisələrinə səhnə olur! Rayon necə deyərlər, yenidən qurulur, günbəgün inkişaf edir! Sadə insanlar bu qədər geniş fəaliyyət dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək problemləri, istəkləri ilə maraqlanmasını yüksək nəcabət örnəyi olaraq, qiymətləndirir və bundan qürur duyurlar.Çünki onları təmsil edən millət vəkili təkcə bölgəsi üçün deyil, dövləti və milləti üçün böyük işlər görən bir insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar. Millət vəkili olduğu dövrdə parlamentə Amnistiya aktları ilə bağlı qanun layihələri təqdim etmiş və millət vəkillərinin də dəstəyi ilə, minlərlə məhbus azad edilərək öz ailəsinə qovuşmuşdur.Cinayət törətmiş qadınların çox hissəsi həbsxanalardan azad edilərək öz övladlarına, yaxınlarına qovuşmuşdur. Bu humanist aksiya toplum tərəfindən yüksək qiymətləndirilir. O, "biz səhvini başa düşən insanlara yenidən şans verərək, kömək edərək onları cəmiyyətimizə yararlı vətəndaşlar kimi qazandırmalıyıq" deyərək, yeni bir yanaşma tərzini ortaya qoydu. O, qadınların bütün sahələrdə rolunun daha da genişləndirilməsinə böyük diqqət verir.
Yaxşı yadımdadır, ABŞ-a səfəri zamanı bu ölkənin ictimai-siyasi xadimləri ilə görüşündə Azərbaycan qadınlarının seçib-seçilmək haqqını nəinki Müsəlman Şərqi, hətta Birləşmiş Ştatların qadınlarından öncə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyini özəlliklə vurğulayan Mehriban Əliyeva Azərbaycan qadınının təhsili, inkişafı, toplumun müxtəlif sahələrində, dünyada daha yüksək səviyyədə təmsil olunmasına böyük dəstək verir.
O, bu gün parlamentdə Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun sədridir. İstər hazırkı vəzifəsində, istərsə də, daha öncə daşıdğı vəzifə ilə - Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun başçısı vəzifəsindəöz işinin öhdəsindən layiqincə gəlib. O, hərf iki önəmli dünya gücü olan dövlətlə əlaqələrin və əməkdaşlığın daha da genişlənməsi, Azərbaycanın daha yaxından tanınması, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha geniş təbliğ olunması istiqamətində ciddi addımlar atıb və bu gün də atır.

Varolun Mehriban xanım !


Geri dön

_leka_the_one_

  • 2 sentyabr 2014 01:33
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
Tewekkurler..

(ړײ) Narkuwa(ړײ)

  • 31 avqust 2014 22:24
  • Məqalə: 6
  • Şərh: 608
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 28 avqust 2014 23:29
  • Məqalə: 694
  • Şərh: 18819
  • Bal:
{awards}
Ad gununuz mubarek

GNLCLN

  • 28 avqust 2014 19:33
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
Xeberlerde adinin deyilmesine 2 deq. serf olunan xanim,ad gununuz mubuwdu... wink wink

--------------------
Vecsiz biri kimi görünsəm də,əslində hər şeyə üzülən bir insanam...

Xanim Zehra

  • 28 avqust 2014 19:31
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
tesekkurler....

ヅ Bad Girl ヅ

  • 28 avqust 2014 18:24
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Ad gununuz mubuw

--------------------

aysel1998

  • 28 avqust 2014 18:10
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
AD GUNUNUZZ MUBAREK.

--------------------
Yarpaq agacdan dusdukden sonra kuleyin oyuncafina cevrilir.Sen menim gozumden dusdukden sonra kimin oyuncagina cevrileceksen...............

Mrs.mickey

  • 28 avqust 2014 17:47
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
tesekkurler....

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 54
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 724
 
The Shield
Xəbərləri: 51
Cəmi: 74
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}