Sobada beşamel souslu badımcan

 
 Sobada beşamel souslu badımcan


Fransız mətbəxi müxtəlif souslar ilə zəngindir. Bunlardan ən məşhuru isə beşamel sousudur. Bəzən bu sousa «ağ sous» da deyirlər. Əsrlər boyu bu sous kulinariyanın favoriti hesab olunur, ancaq hələ də bu sousun hansı ölkənin mətbəxinə aid olduğu barədə mübahisələr davam edir. Bəzən beşamel sousunun İtalyan mətbəxinə də aid olduğu bildirilir. Süd, yağ və undan hazırlanan bu sousa müxtəlif ədviyyatlar qatılaraq fərqli dadlar əldə etmək olar. Beşamel sousu ət, toyuq, balıq və tərəvəz yeməkləri ilə əla uyğunlaşır. Bu sousu necə hazırlamağı isə bu reseptdən öyrənə bilərsiz. Ət və tərəvəzlər ilə birlikdə çox ləzzətli bir yemək alınır.

Lazım olan ərzaqlar:

2 böyük badımcan

500 qr ət

1 soğan

2 böyük pomidor

1 yaşıl bibər

duz

istiot

qızartmaq üçün yağ

Sous üçün:

2-3 x.q. kərə yağı

2 x.q. un ( dolu olmayan)

2 st. süd

duz

istiot
Üzəri üçün :

200 qr holland pendiri

Hazırlanması:

Badımcanları ara bir soyub, nazik, uzun fallar şəklində doğrayıb duzlayın, 20-30 dəqiqə kənara qoyun. Sonra soyuq su ilə yuyub, yağda azca qızardıb salfetin üzərinə düzün ki, artıq yağı çəkilsin.Əti doğrayıb tavada suyunu çəkənə qədər bişirin.Ətin suyu çəkiləndə soğanı xırda doğrayın, bibəri də doğrayıb ətin üzərinə əlavə edib bişirin.Pomidoru sürtkəcdən keçirib və ya xırda doğrayıb bura əlavə edin, yarım stəkan da su əlavə edib,duz və istiotunu töküb qapağı bağlı şəkildə bişirin.Ət bişən müddətdə beşamel sousunu hazırlayaq. Bunun üçün un və yağı bir kiçik qazana qoyub az odda qovuraq.Sonra südü əlavə edib çırpma telı ilə tez-tez qarışdırın ki, un toparlanmasın. Duz və istiotunu da əlavə edin. Sous qatılaşanda kənara çəkin.Qızartdığınız badımcanları soba qabına düzün.Üzərindən əti tökün.Sonra beşamel sousunu yemeyin hər tərəfinə tökün.Ən üstə sürtkəcdən keçirilmiş holland pendiri səpin və sobada 180 dərəcədə 20-30 dəqiqə bişirin.Beşamel souslu badımcan yeməyimiz hazırdı. Nuş olsun!



Geri dön

Nadusa

  • 1 sentyabr 2014 14:28
  • Məqalə: 1
  • Şərh: 202
  • Bal:
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
Ufuqde qan lekesi...
Gunesli goy eteyi maviye calir...
Yol ustunde may cicekleri...

Manoliya

  • 31 avqust 2014 02:42
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Tesekkurler

--------------------

yumor

  • 31 avqust 2014 02:41
  • Məqalə: 0
  • Şərh: 592
  • Bal:
{awards}
tewekkurrr bu menim cooox xowuma gelirr atiwdirmak superdiii

Prosta FaN

  • 30 avqust 2014 21:29
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

Mrs.mickey

  • 30 avqust 2014 21:04
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Nus olsun nyam nyam

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

PoZitiV Kaa=)

  • 30 avqust 2014 19:22
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

İTMİŞ_ŞƏHZADƏ

  • 30 avqust 2014 19:12
  • Məqalə: 1
  • Şərh: 2037
  • Bal:
{awards}
NUÜ OLSUN-------

--------------------
Menı itirmekden qormayanı qazanmağa çalışmaram....

✰ღMouRnfuL GirLღ✰

  • 30 avqust 2014 18:56
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ

--------------------

2-ci kurs telebesi

ヅ Bad Girl ヅ

  • 30 avqust 2014 18:56
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Tesekkurler:

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 30 avqust 2014 17:48
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tesekkurler:)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}