Peyğəmbərin (s) namaza hədsiz dərəcədə bağlılığı

 
Peyğəmbərin (s) namaza hədsiz dərəcədə bağlılığı

Peyğəmbərin (s) namaza hədsiz dərəcədə bağlılığı
Hədisin davamında Peyğəmbər (s) namazı, ən ləyaqətli və ən yaxşı əməl ünvanı ilə tanıtdırır və tövsiyə edir ki, hər kəs asudə vaxtında ona üz tuta bilər:
«Ey Əbuzər! İzzət və cəlal sahibi olan Allah namazı mənim gözümün işığı qərar vermişdir. Ac adam çörəyi, susuzluqdan yanğısı olan suyu istədiyi kimi, onu da mənə sevdirmişdir. Ac adam çörək yediyi zaman doyur, susuz adam su içdiyi zaman susuzluğu yatır, lakin mən heç vaxt namazdan doymuram».
Peyğəmbərdən (s) öyüd götürmək istəyən, onu özünə nümunə seçmiş şəxs yaxşı olardı ki, Rəsuləllahın (s) həyat tərzi və keçdiyi haqq yoluna diqqət etsin. Bunun üçün də, o həzrət (s) özünü əməldə nümunəvi şəxs kimi tanıtdırır və bu, onun izində addımlamaq istəyən Peyğəmbər (s) aşiqləri üçün tərbiyənin ən gözəl üslubudur. Rəvayətlərin birində deyilir: «Sizin dünyanızda sevdiyim şey, gözəl qoxular və qadınlardır, lakin gözümün işığı namazdır». Həzrətin (s) «namaz mənim gözümün işığıdır» deməsi, insanın öz məhbubu və çox vurğunu olduğu şəxs haqqında deyə biləcəyi ən gözəl təbirdir. Quranda Allah-təala həzrət Musanı (ə) anasının gözünün işığı kimi tanıtdırır və buyurur:
«Ey Musa! Anana vəhy etdik ki, körpəsini bir sandıqda yerləşdirib (sandığı) dəryaya atsın. O zaman dalğalar körpəni sahilə çatdırsınlar ki, Mənim və onun düşməni körpəni dəryadan götürsün. Mən öz lütfümlə sənə məhəbbət ilham etdim (sevimli olasan) ki, düşmən səni sevsin. (Bununla da) mənim gözümün qabağında (və mənim inayətimlə) (böyüyüb) boya-başa çatasan. Anadan ayrı düşdüyün zaman bacın səni axtarmağa başladı, nəhayət, Fironun yanında tapdı və dedi: «Bu körpəyə süd verə biləcək birisini sizə nişan verimmi? Və biz səni (yenidən) anana qaytardıq ki, gözləri aydın olsun və (ona dedik) qəm yemə».
Biz insanlar yeyib-içməyə ehtiyaclıyıq. Əgər bir müddət yemək yeməsək, bərk acıyarıq və bu aclığı aradan aparan ən münasib vasitə yeməkdir. Eləcə də, susayanda su içməyə çox meyilli oluruq və bu anda heç bir şeyi bir içim su qədər arzulamırıq. Peyğəmbər (s) buyurur: «Mənim namaza olan istəyim acın yeməyə və susuzun suya olan istəyi kimidir. Fərq bundadır ki, ac adam yemək yeməklə doyur və susuz adamın su içməklə susuzluğu yatır, lakin mən heç vaxt namazdan doymuram». Bu bəyanla namazın əhəmiyyəti məlum olur. Əgər insanın vacib əməlləri yerinə yetirəndən sonra boş vaxtı olarsa, müstəhəb əməllər arasında görəcəyi ən yaxşı iş yenə də namazın özüdür. Necə ki, Peyğəmbər (s) və imamların (ə) yolu belə olmuşdur və biz deyilənlərə aydınlıq gətirmək üçün bir neçə rəvayəti qeyd edirik:
İmam Sadiq (ə) buyurur: «Əli (ə) üçün əgər xoşagəlməz bir iş baş versəydi, tez namaza durar və deyərdi: «Allahdan səbir və namazla kömək istəyin».
İmam Səccad (ə) buyurur: «Əliyə (ə) bir müsibət baş versəydi, həmin günü min rükət namaz qılar, altmış fəqirə sədəqə verər və üç gün oruc tutardı».
Peyğəmbərin (s) namaza diqqəti və təkidi barədə «Biharul-ənvar»da deyilir: «Peyğəmbər (s) on il namaz üçün ayaq üstə durdu. Nəhayət, (davamlı ibadətin şiddətindən) ayaqları şişib, üzü saraldı».
«Ey Əbuzər! Əgər bir nəfər bir gecə-gündüzdə ona vacib buyurulmuş namazlardan əlavə on iki rükət namaz qılsa, onun Allah üçün sabit haqqı odur ki, cənnətdə ona bir mənzil bağışlasın».



Geri dön

_leka_the_one_

  • 12 sentyabr 2014 17:49
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
Təşəkkürlər..

PoZitiV Kaa=)

  • 1 sentyabr 2014 19:58
  • Məqalə: 309
  • Şərh: 8781
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Nadusa

  • 1 sentyabr 2014 10:05
  • Məqalə: 1
  • Şərh: 202
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
Ufuqde qan lekesi...
Gunesli goy eteyi maviye calir...
Yol ustunde may cicekleri...

✰ღMouRnfuL GirLღ✰

  • 1 sentyabr 2014 09:45
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------

2-ci kurs telebesi

(ړײ) Narkuwa(ړײ)

  • 31 avqust 2014 23:41
  • Məqalə: 6
  • Şərh: 608
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 31 avqust 2014 14:28
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
Təşəkkür edirəm

Mrs.mickey

  • 31 avqust 2014 12:52
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

★Love World★

  • 31 avqust 2014 09:26
  • Məqalə: 120
  • Şərh: 2577
  • Bal:
{awards}
Allah razi olsun,Islam awki.

--------------------

ヅ Bad Girl ヅ

  • 31 avqust 2014 08:40
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 45
Cəmi: 866
 
Limon qoxusu
Xəbərləri: 44
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 16
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}