Uzun ömür sürmək istəyirsinizsə

 
Uzun ömür sürmək istəyirsinizsə

Bir vaxtlar Çində armud uzunömürlülüyün simvolu sayılırdı, çünki armud ağacı uzun ömür sürür. Onun adı ilk dəfə hələ qədim yunan mifologiyasında çəkilirdi. Homerin "Odisseya"sında məhz armudlar fars çarının bağında bitirdi, Peloponnes yarımadasında isə hətta "armudlar ölkəsi" mövcud idi.

Ehtiyat üçün armud

Armud bioaktiv maddələrlə zəngindir. O, A, B1, B2, E, P, PP, C vitaminlərinə, karotinə, fol turşusuna, katexinlərə, azot maddələrə, pektinlərə, dəmirin mineral duzlarına, manqana, yoda, kobalta, misə, kaliuma, molibdenə, kalsiuma, aşı maddələrinə, sellüloza malikdir. Armudda saxarozadan daha çox fruktoza var. Deməli, bu meyvə mədəaltı vəzinin fəaliyyətinin pozulması və şəkər diabeti zamanı o qədər də təhlükəli deyil. Buna görə də təmiz və qurudulmuş meyvələr və içkilər kökəlmə və şəkər diabeti zamanı pəhrizə daxil edilir. Armudun əsas üstünlüyü qida liflərinin böyük miqdarda olmasıdır (2,3q/100q), amma C vitamini bu meyvədə azdır. Lakin fol turşusunun miqdarına görə armud, hətta qara qarağatı da qabaqlayır. Tibb armudun böyük xeyrindən danışır, amma onu boş qarına yemək və ondan sonra su içmək məsləhət görmür. Ondan sonra, həmçinin ət yemək olmaz və daha yaxşı olardı ki, armudu qida qəbulundan yarım saat sonra yeyəsiniz. Bundan başqa, müalicəvi xüsusiyyətlərə ancaq yetişmiş, ətirli, sulu, konsistensiyaya görə zərif olan meyvələr malikdir. Armud orqanizmdən ağır metalları və toksinləri çıxarır, orqanizmin müdafiə gücünü artıra bilən unikal efir yağları, bioloji aktiv maddələr infeksiya xəstəliklərinin qarşısını alır və iltihaba qarşı xüsusiyyətlərə malikdir. Hətta depressiya zamanı da kömək edir.

Armud şirəsi bəzi mədə xəstəliklərinin müalicəsi zamanı faydalıdır, onun meyvəsinin ləti isə almadan fərqli olaraq, orqanizm tərəfindən rahatca həzm olunur. Qaraciyərin və mədənin bərkidilməsi üçün armudun turş və çox ağız qamaşdırıcı növləri faydalıdır.
Həlim və kompotlarda çoxlu tanin olur və onun büzüşdürücü təsiri bağırsaq pozuntuları zamanı kömək edir. Amma pozğunluq zamanı təzə armudu yemək məsləhət deyil. Armudda həmçinin çoxlu dəmir var, amma hemoqlobini artırmaq üçün armuddansa (meyvələr də daxil olmaqla) ət yemək lazımdır. Həkimlər 40 yaşdan sonra armudu daha çox yeməyi məsləhət görürlər. Kalium ionlarının çoxlu sayda olması ürəyin və əzələlərin normal fəaliyyət göstərməsinə xidmət edir və həmçinin toxumaların bərpasını yaxşılaşdırır. Bundan əlavə, armud aclıq hissini aradan qaldırır və demək olar ki, kalorisizdir. Buna görə də arıqlamağa kömək edir. Yeganə əks-göstəriş mədə xorası zamanı çiy armudların yeməməkdən ibarətdir. Qalan hallarda, sadəcə, normanı bilmək lazımdır. Gündə bir-iki armud orqanizminiz üçün kifayətdir.

Yay almaları

Almalar təkcə payız və ya qış meyvəsi deyil. Əslində, bir çox yay növləri də mövcuddur. Bunların ən məşhurları borovinka, iyul çernenkosu, kvinti, melba, papirovka və yandıkovskidir. Bizim ölkəmizdə olan almanın əksər növləri Baltikyanı, Rusiya və Ukraynadan olan növlərdir. Almalar C, B1, B2, P, E kimi bir çox vitaminlərə, manqana və kaliuma malikdirlər. Lakin almada olan dəmir insan orqanizmi tərəfindən, demək olar ki, həzm olunmayan miqdardadır. Hemoqlobin aşağı miqdarda olduqda daha çox heyvan mənşəli məhsullar yemək lazımdır - qırmızı ət, qaraciyər, yumurta.
Yay növlərində pektinin çox olması sayəsində almalarda aşağı qlikemik indeksi olur, yəni onlar arıqlamağa kömək edir və az miqdarda şəkərə malikdirlər. Amma bu, o demək deyil ki, onları həddən artıq çox yemək lazımdır. Almalar, eyni zamanda sidik turşusunun yaranmasının qarşısını alır və qarışqa turşusunu məhv edirlər. Ona görə onlar revmatizm, podaqra, ateroskleroz, xroniki ekzemalar və dərinin digər xəstəliklər zamanı faydalıdır. Alma görmə qabiliyyətinin gücləndirilməsi, dəri, saçlar və dırnaqların yaxşılaşdırılması və sinir xarakterli xəstəliklərin müalicəsi üçün faydalıdır. Bundan əlavə, almalar aşağı qan təzyiqi və damarların sərtləşməsi zamanı qanı yaxşı təmizləyirlər. O, həmçinin limfa sistemi üçün faydalıdır.

Almaları daha çox çiy, qabıqla bir yerdə yemək yaxşıdır, çünki qabığı daha çox flavonoid, C vitamininə və pektinə malikdir. Kəsilmiş almalarda C vitamininin miqdarı kəskin şəkildə azalır və bunu kəsilmiş yerlərin tez qaralmasından müşahidə etmək olur. Alma ilə istənilən qida qəbulunu tamamlamaq məsləhət görülür - hesab olunur ki, bu, təkcə qamət üçün deyil, dişlər üçün də faydalıdır. Bundan əlavə, əgər qidada yuxarıda qeyd olunan qırmızı ət, qaraciyər və ya yumurta varsa, alma onlardan alınan dəmiri asan şəkildə həzm etməyə kömək edir.

Bilmək lazımdır ki, almaların yay növləri pis qorunur və tez bir zamanda korlanır. Ümumilikdə isə almaları digər meyvə və tərəvəzlərdən ayrı saxlamaq lazımdır, çünki almaların yanında onlar korlamağa başlayırlar. Onları soyuducuda saxlamaq o qədər də mütləq deyil, sərin qaranlıq yer də münasib olar. Həzm sisteminin xəstəlikləri, xüsusilə onların kəskinləşməsi zamanı (qastrit, kolit, eroziya, xora) almalar ağrı hissi yarada, xəstəliyin daha da inkişaf etməsinə səbəb ola bilər. Bunların hamısı almaların, xüsusilə də qabığın daha çox kobud sellüloza malik olmasından irəli gəlir. Buna görə də özünüzə ziyan verə bilərsiniz.

Bazarda və sizin bağınızda

Armudları, ilk növbədə, ətrinə görə və əl ilə yoxlayaraq seçmək lazımdır. Yetişmiş, faydalı maddələrlə dolu armudlar çox şirin ətrə malikdir. Eyni zamanda qeyd etmək lazımdır ki, armudlar evdə, otaq temperaturu altında çox yaxşı yetişir. Ona görə də siz onları dərhal yeməyə hazır deyilsinizsə, o zaman bir az yetişməmiş (bərk) meyvələr alın. Və təbii ki, meyvələr üzərində çürümə və zədə izləri olmamalıdır. Almaları elə armudlar kimi seçmək lazımdır, ətrinə görə və əllə yoxlayaraq. Lakin yetişməmiş almalar evdə daha çox korlanacaq, nəinki yetişəcək. Bağban Lətifə Zeynalova "R+"a bildirib ki, həm almaları, həm armudları qurutmaq olar, amma vitaminlər orada dərhal yox olacaq. Yaşıl növlərdən olan almaları qurutmaq daha məsləhətlidir, armudun ən şirin növlərini isə (düşes tipli) isə təzə yemək yaxşıdır. Qurudulmuş halda onlar dadsız olur.
"Almalar və armudlar bizim torpaq üçün az yararlıdır və daha çox ölkəmizin şimal, sərin regionlarda, Qubada, Qəbələdə, Şəkidə, Zaqatalada bitir. Onlar İsmayıllıda da bitir, - bağban deyir. - Armudların bəzi növləri az tələbkardır, amma nə bu, nə də digər növlər qızmar Abşeron yayının istisinə tab gətirməyə bilər". Həm almalara, həm də armudlara kifayət qədər böyük dərinliyə malik olan yaxşı torpaq, yayda tez-tez suvarma və həşəratlardan qorunmaq lazımdır.

ARMUD MÜRƏBBƏSİ

İçindəkilər:
Armud - 1 kq
Şəkər - 1 kq
Limon - 1 ədəd
Su - 1 stəkan

Hazırlama:

Limon dadını verən ətirli armud mürəbbəsi. Mürəbbə armudun dilim-dilim kəsilməsi ilə bişirilir. Armudu toxumlardan və qabıqdan təmizləmək və iri dilimlərə kəsmək lazımdır. Limonu yumaq, dairəvi şəkildə kəsmək, toxumlardan təmizləmək və qaynar suya qoymaq lazımdır. 3 dəqiqə ərzində qaynatmaq lazımdır. Həlimi boşaltmaq və onun üzərində tədricən şəkəri atmaqla sirop hazırlamaq lazımdır. Qaynar siropu armudlar üzərinə tökmək və 2 saat saxlamaq lazımdır. Üstündə yaranan köpüyü götürməklə, armud dilimlərinin şəffaflığı və siropun azca qatı olmasına qədər zəif alov üzərində bişirmək lazımdır. Mürəbbəni quru, isti, sterilizə olunmuş bankalara tökmək lazımdır.

QIŞ ÜÇÜN YAY NÖVLƏRİNDƏN OLAN ALMALARDAN HAZIRLANMIŞ KOMPOT

İçindəkilər:
0,7 kq xırda və parlaq rənglərdə olan almalar, 3 q limon turşusu, 450 q şəkər, bir çimdik vanil şəkəri.

Hazırlama:
Almaları yaxşıca yuyun və saplağını kəsin. Bütövlüklə bankaya qoyun və siropla doldurun. 2-3 q limon turşusunu əlavə edin. Suya (1 l) 450 q şəkər əlavə edin və qaynadın. Almaları bununla doldurun ki, sirop azca bankaların qırağına çıxsın. Bankanı qapağı ilə bağlayın və çevirin. 2-3 gündən sonra sərin yerə qoya bilərsiz.


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 2 sentyabr 2014 04:04
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
Təşəkkürlər

--------------------

2-ci kurs telebesi

PoZitiV Kaa=)

  • 1 sentyabr 2014 19:48
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Meqaleye gore twk

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 1 sentyabr 2014 18:23
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------

2-ci kurs telebesi

Mrs.mickey

  • 1 sentyabr 2014 17:42
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

Manoliya

  • 1 sentyabr 2014 16:25
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
tewekkurler

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 1 sentyabr 2014 09:12
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------

2-ci kurs telebesi

Nadusa

  • 1 sentyabr 2014 08:55
  • Məqalə: 1
  • Şərh: 202
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Ufuqde qan lekesi...
Gunesli goy eteyi maviye calir...
Yol ustunde may cicekleri...

♫ мєl๏dyคм ♫

  • 1 sentyabr 2014 01:47
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------

gul_cicek11

  • 1 sentyabr 2014 01:39
  • Məqalə: 27
  • Şərh: 69
  • Bal:
{awards}
tewekkurlerrrrr.....

_leka_the_one_

  • 1 sentyabr 2014 00:49
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Tewekkurler..

Biqeyrət....

  • 31 avqust 2014 22:27
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
serhlere gore tesekkur

(ړײ) Narkuwa(ړײ)

  • 31 avqust 2014 22:12
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

PércyDarkMoon

  • 31 avqust 2014 20:59
  • Məqalə: 242
  • Şərh: 9576
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

♔ Rapuиzel ♔

  • 31 avqust 2014 20:13
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Təşəkkürlər....

--------------------

^^YeRaZKa MeLeK^^

  • 31 avqust 2014 19:37
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Supaaaaaaaaaa

--------------------

Prosta FaN

  • 31 avqust 2014 19:08
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

yumor

  • 31 avqust 2014 18:54
  • Məqalə: 0
  • Şərh: 592
  • Bal:
{awards}
cavab; heyati bow verin kedsin ve inanin ki coooooooooox yawayacaqsizzzzzzz smile

Awk bir hayal

  • 31 avqust 2014 18:46
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər Allah ne qeder omur bicibse o qeder bele seylere ehtiyac yoxdur yenede saqol

вคɴค iкiмizi คɴlคт ❤

  • 31 avqust 2014 18:32
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Təşəkkür edirəm

ヅ Bad Girl ヅ

  • 31 avqust 2014 17:53
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

eliwqa

  • 31 avqust 2014 17:48
  • Məqalə: 8
  • Şərh: 2885
  • Bal:
{awards}
tewekkurler

--------------------

LEMAN123

  • 31 avqust 2014 17:41
  • Məqalə: 7
  • Şərh: 1634
  • Bal:
{awards}
ilk serh menden wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}