Quranda intim əlaqəyə münasibət necədir?

 
Quranda intim əlaqəyə münasibət necədir?


Bu yazıda insanların hidayəti naminə göndərilmiş sonuncu səmavi din olan İslam və onun əsas təməli sayılan müqəddəs Quranın intim həyatına olan baxışını araşdırmaq əzmindəyik. Deməli, bu qısa yazıda İslam dininin intim həyatı və intim əlaqəyə münasibəti barədə danışacaq və uyğun mövzu barədə İslam Şəriətinin baxışını təqdim edəcəyik.

Quranda intim əlaqəyə münasibət

İnsan yer kürəsinin ən üstün və ən dəyərli sakinidir. O, ağıl, şüur və qavrama qabiliyyəti ilə yanaşı bir sıra nəfsani istəklər, ehtiras və həvəslərə malik olan bir varlıqdır.

İnsan iki fərqli cins əsasında yaranmışdır. Onlardan biri erkək (kişi), digəri isə dişi (qadın) cinsindən ibarətdir. Əzəldən qoyulmuş ilahi qanuna əsasən, insan nəslinin davamı və insan vücudunda mövcud olan insani hisslərin (sevgi, məhəbbət və s.) düzgün və qarşılıqlı tərzdə təmin edilməsi üçün kişi cinsindən olanlar qadın cinsinə mənsub olanlarla ailə həyatı qurmalı və beləliklə də ailə həyatı tərzində yaşamalıdırlar.

Qurani-Kərim insanın ehtiras və şəhvət adlanan qüvvəyə malik olduğunu inkar etməmiş, eyni halda insanın öz ehtirasından hansı tərzdə istifadə etməsi ilə bağlı xüsusi göstərişlər vermişdir. İslam dini və onun təməli sayılan Quran baxımından insanın həyatda malik olduğu cinsi ehtiras və şəhvətdən hansı yolla və hansı çərçivədə istifadə etməsi məsələsi daha çox iki ayrı surədə bəyan edilmişdir. Onlardan biri müqəddəs Quranın "Muminun" (23), digəri isə "Məaric" (70) surələrindən ibarətdir.

Təxminən eyni məzmuna malik olan ayələrdə insanın intim həyatının çərçivəsi aydın və şəffaf tərzdə bəyan edilmişdir. "Muminun" (Möminlər) surəsində bununla bağlı belə buyurulur:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ ﴿﴾ قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ ﴿﴾ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ ﴿﴾ وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ ﴿﴾ وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ ﴿﴾ وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ ﴿﴾ إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿﴾ فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ ﴿﴾.


"Rəhman, Rəhim Allahın adı ilə. Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! O kəslər ki, lağlağı bihudəlikdən (lüzumsuz və qadağan olunmuş söz və əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, namuslarını (haram əməllərdən) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri (kənizləri) istisna olmaqla. Həqiqətən də, onlar (zövcələri və kənizləri ilə görəcəkləri işdən ötrü) qınanmazlar. Bundan artığını isyəyənlər (haram yollarla cinsi ləzzət alanlar) həddi aşanlardır." (ayələr 1-7)

Təqdim edilən ayələrdə ilk öncə hansı inanc sahibi olanların nicat tapmasından söz açılmış, ardınca nicat tapmağın bir sıra şərtləri sadalanmışdır. Həmin şərtlər aşağıdakılardan ibarətdir:

1) Namazda müti olub Allaha boyun əymək;

2) Lüzumsuz və qadağan olunmuş söz və əməllərdən üz döndərmək;

3) Zəkat vermək;

4) Namusu qorumaq.


Burada "namusu qorumaq" dedikdə, insanın özünü hər növ cinsi azğınlıq və əxlaqsızlıqdan qoruması nəzərdə tutulur. Çünki ayənin ardınca insanın yalnız öz həyat yoldaşı və ona halal sayılan xanımlarla intim əlaqədə olmasına görə qınanmadığı bildirilmişdir. Daha sonra isə belə buyurulur: "Bundan artığını isyəyənlər (haram yollarla cinsi ləzzət alanlar) həddi aşanlardır."

Həmin ayələr və xüsusilə də son cümlə İslam dininin intim həyatı barədə olan baxışının göstəricisidir. Ayəyə əsasən, insan yalnız ona halal sayılan xanım və həyat yoldaşı ilə intim əlaqəsində ola bilər. Həmin hökm qadınlara da xüsusi yol göstərməkdədir. Belə ki, qadın yalnız ona halal olan əri və həyat yoldaşı ilə intim əlaqəsində olmağa icazəlidir. Bu da İslam və Quran baxımından insanın cinsi ehtirası və intim həyatının yalnız düzgün tərzdə həyata keçən evlilik yolu ilə təmin edilməsinə yaşıl işıq göstəridiyini bəyan etməkdədir.

Ayənin son hissəsində söylənildiyi kimi həyatda cinsi ehtirasın təmin edilməsi hədəfi ilə bundan başqa istifadə edilən bütün yollar həddi aşmaq və təcavüz hökmündədir.

İslam Peyğəmbəri (s), Onun Əhli-beyti (ə) və nəcabətli səhabələrindən (rə) nəql edilmiş çoxsaylı hədislərdə də cinsi ehtirasın yalnız kişi ilə qadının evlənməsi yolu ilə təmin edilməsinə xüsusi təkid göstərilmişdir.

Qurana görə insan cinsindən asılı olmayaraq cinsi ehtirasa malik olsa da onun həmin sahədə həqiqi asayişi əks cinsindən ona halal sayılan həyat yoldaşı ilə təmin edilir. Necə ki, oxuyuruq:

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ.


"Sizin üçün onlarla asayiş tapasız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün əlbəttə, ibrətlər vardır!" (Rum, 21)

Bu ayəyə görə, kişi və qadının cinsi ehtiras, sevgi, məhəbbət və digər sahələrdə asayiş tapacağı yeganə yol onların əks cinsdən halal sayılan həyat yoldaşından ibarətdir.

Həmin ayənin davamında isə kişi ilə qadın arasında ilahi tərəfdən qərar verilmiş sevgi və məhəbbətdən söz açılmışdır. Deməli, İslam və Quran baxımından ideal ailə həyatı yalnız intim həyatı ilə deyil, əslində bununla yanaşı kişi və qadının bir-birinə olan qarşılıqlı sevgi və məhəbbətini də tələb edir.

Aydın məsələdir ki, qarşılıqla sevgi və məhəbbət olan yerdə qarşılıqlı hörmət və bağlılıq da olacaq. Bu isə sözün əsil mənasında ailə sevinci və xoşbəxtliyidir. Əlbəttə, belə bir xoşbəxtliyi əldə etmək üçün hər iki tərəf evlənməzdən öncə tam mənada diqqətli olmalı, kiminlə ailə həyatı qurmaq barədə dərindən düşünməli, həmçinin kişi ilə qadının iqtisadi (maddi durum), mədəniyyət, dünyagörüşü, səviyyə və s. baxımdan bir-birinə uyğunluğu nəzərə alınmalıdır. Əks təqdirdə həqiqi sevgi, ailə xoşbəxtliyi və asayişdən danışmağa dəyməz.

Bu ayə həm də Quran baxımından kişi ilə qadının cinsi ehtiras sahəsində bir-biri üçün tamamlayıcı olduğunu da bəyan etməkdədir. Bundan əlavə, məlum ayədən əqli və fiziki baxımdan yetkinliyə çatmış şəxslərin ailə həyatı qurmasına icazə verildiyini əldə etmək olar. Çünki əqli və fiziki baxımdan yetkinliyə çatmamış qız və oğlanın ayədə buyurulduğu kimi ailə xoşbəxtliyini hiss etməsi mümkün deyil. Odur ki, evənmək üçün yalnız həddi-büluğa çatmaq kifayət deyil.

Yuxarıda təqdim edilən ayələr və onların məzmununu təsdiq edən çoxsaylı hədislərə əsaslanaraq İslam dini və müqəddəs Quran baxımından zinakarlıq (kişi ilə qadının bir-birinə halal olmayan halda intim əlaqəsində olması), homoseksuallıq (həmcinsbazlıq), biseksuallıq (həm öz həm də qarşı cinsin nümayəndəsinə meylli olmaq), nekrofiliya (insanın ölü ilə cinsi əlaqədə olması), zoofiliya (insanın heyvanla cinsi əlaqəsi), masturbasiya (istimna), həmçinin erotik və pornoqrafik film, foto və səhnələri müşahidə etmək və digər bu kimi cinsi bəhrələnmələrin günah və qadağan olduğu aydınlaşır. Yuxarıda sadalananlar əslində cinsi azğınlığın müxtəlif və acınacaqlı növləridir.

Odur ki, düzgün tərzdə həyata keçən evlilik çərçivəsindən kənarda hər növ cinsi ehtirasdan bəhrələnmək günah və təcavüzkarlıqdır. Əslində İslam dini və müqəddəs Quranın cinsi sahədə təsdiq etdiyi və icazə verdiyi yeganə yol heteroseksuallıq (əks cinsə qarşı emosional və cinsi meylli olmaq)-dan ibarətdir. Bu da bir kişi ilə qadının Şəriətdə təyin edilmiş çərçivədə ailə həyatı qurmasından sonra həyata keçir.

İntim əlaqəsində qadağalar və formalar


İntim əlaqəsinin qadağaları və formalarına gəldikdə Qurani-Kərim xüsusilə aylıq adət (heyz) zamanı qadınlarla intim əlaqəyə qadağa qoyaraq belə buyurur:

وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُواْ النِّسَاء فِي الْمَحِيضِ وَلاَ تَقْرَبُوهُنَّ حَتَّىَ يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللّهُ إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ.


"(Ya Peyğəmbər!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi zamandan (etibarən) onlara yaxınlaşın!" Həqiqətən də, Allah (günahından) çox tövbə edənləri, (təmiz və) pak olanları sevər!" (Bəqərə, 222)

Aylıq adət günlərində qadınla intim əlaqəsində olmağın hər iki tərəf üçün törətdiyi ziyanlar tibb elmində də sübut edilmişdir. Əlbəttə, İslam Şəriətində qadınlara məxsus olan (doğuşdan sonra və s.) bəzi digər hallarda da intim əlaqəyə icazə verilmir.

Həmin ayənin davamında isə intim əlaqəsinin qaydaları barədə belə buyurulur:

نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ.

"(Ey möminlər!) Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan (Onunla müxalifətdən, Onun qəzəbindən) qorxun və (qiyamət günü) həqiqətən də, Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Peyğəmbər!) İman gətirənlərə müjdə ver!" (Bəqərə, 223)

Ayədə buyurulmuş "Qadınlarınız sizin tarlanızdır. İstədiyiniz vaxtda tarlaya gəlin!" göstəriş Quranın ilahi əxlaq və etika nümunələrindən sayılmaqla yanaşı insanların intim əlaqəsinə dair xüsusi mesajlar da özündə ehtiva etmişdir.

Ayədə qadının "tarla"ya bənzədilməsi hissəsi intim əlaqəsi üçün xüsusi bir metodun olmadığı, bir-birinə halal olan kişi ilə qadının bəyəndiyi kimi və qarşılıqlı razılıq əsasında bu işlə məşğul olmasını bəyan etməkdədir. Əlbəttə, bu arada yalnız zorakılıq və haram əməllər, həm də insanın sağlamlığını təhlükəyə sala biləcək işlərdən qorunmaq zəruridir. Ayənin "İstədiyiniz vaxtda tarlaya gəlin!" hissəsi isə ilk növbədə intim əlaqəsi üçün xüsusi bir zamanın olmadığını göstərir.

Son duamız:

"Həqiqətən bütün təriflər aləmlərin Rəbbi olan Allaha məxsusdur!


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 14:31
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
ALLAH razi olsun dosim

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

✰ღMouRnfuL GirLღ✰

  • 8 sentyabr 2014 21:39
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
.Təşəkkürlər Allah razı olsun.

--------------------

2-ci kurs telebesi

♔ Rapuиzel ♔

  • 3 sentyabr 2014 11:18
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------

Fatmanur

  • 3 sentyabr 2014 01:07
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

★NuTeLLa★

  • 3 sentyabr 2014 00:00
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
ْﻢُﻜِﺴُﻔﻧَﻷ ْﺍﻮُﻣِّﺪَﻗَﻭ ْﻢُﺘْﺌِﺷ ﻰَّﻧَﺃ ْﻢُﻜَﺛْﺮَﺣ ْﺍﻮُﺗْﺄَﻓ ْﻢُﻜَّﻟ ٌﺙْﺮَﺣ ْﻢُﻛُﺅﺂَﺴِﻧ َﻦﻴِﻨِﻣْﺆُﻤْﻟﺍ ِﺮِّﺸَﺑَﻭ ُﻩﻮُﻗَﻼُّﻣ ﻢُﻜَّﻧَﺃ ْﺍﻮُﻤَﻠْﻋﺍَﻭ َﻪّﻠﻟﺍ ْﺍﻮُﻘَّﺗﺍَﻭ.

ヅ Bad Girl ヅ

  • 2 sentyabr 2014 19:12
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 sentyabr 2014 17:08
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

Nadusa

  • 2 sentyabr 2014 16:54
  • Məqalə: 1
  • Şərh: 202
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Ufuqde qan lekesi...
Gunesli goy eteyi maviye calir...
Yol ustunde may cicekleri...

Воровская

  • 2 sentyabr 2014 14:32
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
tewekurler xeber icin

--------------------




Manoliya

  • 2 sentyabr 2014 14:30
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Mrs.mickey

  • 2 sentyabr 2014 14:22
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
TeSeKKurler...ALLAH razi olsun.oxudum

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

^^YeRaZKa MeLeK^^

  • 2 sentyabr 2014 14:14
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

_leka_the_one_

  • 2 sentyabr 2014 13:15
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Tewekkurler..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 48
Cəmi: 73

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}