Bənövşəni kim sevmir ki?

 
Bənövşəni kim sevmir ki?

Baharın müjdəçisi bənövşəni incə ətrinə görə, aşiqanə görünüşünə görə kim sevmir? Bu gül neçə-neçə şerin, neçə-neçə əfsanənin mövzusu olmuşdur. Deyirlər ki, cənnətdən qovulandan sonra, Yerə sürgün edilən Adəm peyğəmbərə Seylon adasında cənab - Cəbrayıl əvf olunması barədə xəbəri yetirərkən, o, sevindiyindən ağlamış, göz yaşları bənövşəyə dönmüşdür.

Yunan əsatirlərində isə deyilir ki. Günəş allahı Apollon nəhəng Atlasın qızlarından birini yandırıcı şüaları ilə izləyirmiş. Atlas Zevsə müraciət edir ki, qızı şüalardan qorusun. Zevs onu çiçəyə döndərib kölgəlikdə əkdirir. Səmavi meşədə, kolluqda onu birinci dəfə görüb dərərkən Zevsin qızı Prozerpina və Serera onları oğurlamaq istəyən Plutondan qorxaraq, çiçəkləri əllərindən salmışlar. Bənövşələr onların əlindən yerə düşmüşdür. Ona görə də, Yerdə bənövşə bitir.

Yunanlar bu çiçəklə bahar bayramı zamanı, üç yaşa çatmış uşaqlarını və özlərini bəzəyirdilər. Uşaqlar ona görə bənövşə ilə bəzənirdi ki, onlar artıq ölkənin kiçik vətəndaşları sayılırdı. Siciliyadakı Henna şəhərində kəsilmiş pullarda bənövşə şəkli olardı. Homer bu gülü poemalarında sevə-sevə təsvir etmişdir. Orta əsrlər Almaniyasında ilk bənövşənin tapılması ilə bahar bayramı keçirilməsi bir günə təsadüf edirdi. Bu gülü tapan şəxsi yaşıl çəməndə bir ağaca bağlar, böyük-kiçik - bütün adamlar onun başına fırlanıb rəqs edər, mahnı oxuyardı. Cansıxıcı qışdan çıxdıqları üçün deyib-gülüb əylənərdilər.

Almanca bənövşəyə "bauernfeind" - "kəndlilərin düşməni" deyirlər. Bu ad bir əfsanə ilə bağlıdır: "Cəngavər Nitqardt meşədə bənövşə tapır. Papağını üstünə qoyur ki, onu heç kəs dərib götürməsin. Özü hersoq Otton və əshabələrini bayram eləməyə çağırmaq üçün saraya tələsir. Bu vaxt bir kəndli meşədə cəngavər papağı görür, qaldıranda bənövşələri tapır. Onları bütünlüklə dərib, yerinə bir qədər çör-çöp qoyur. Hersoq əshabələri ilə gəlib çıxır, papağı qaldıranda bənövşələri görməyən qəzəbli hersoqdan cəngavər canını güclə qurtarır. Cəngavər meşədə başına bənövşə taxmış kəndliləri görəndə qəzəblə qılıncını siyirərək rəqs edib şadlanan kəndlilərin üzərinə cumur..."

Qallarda bənövşə bəkarətin rəmzi idi, toy vaxtı gəlin otağı bu güllə bəzənərdi. Qallardan fransızlara bu çiçəyə böyük məhəbbət keçmişdir. Günahsızlıq və ciddilik simvolu kimi, fransız şairləri bənövşəni tərifləmişlər.
XVIII əsrdə yaşamış fransız aktrisası madmuazel Kleron 30 il müddətində otağında bənövşə becərmiş və hər gecə bir ləçəyini çay kimi qaynadıb içərək onda məhəbbət iksiri axtarmışdır. XVII Lüdovik körpə ikən zindana salınmış və ona nəsə göndərmək yasaqlanmışdı. Yasağı pozanlar ölümlə cəzalanacaqdı. Gələcək imperator arvadı Jozefinaya da bu qadağa aid idi, ancaq o, həyatı ilə risqə gedərək dibçəkdə bitən bənövşələri körpə şahzadəyə ötürə bilir. Deyirlər ki, körpə şahzadə bənövşəni oxşaya-oxşaya dünyadan köçür. O, son dəqiqələrində belə incə ləçəkləri oxşayaraq deyirdi: "Əziz çiçəklərim, sizinlə baharda yenidən görüşərik". Həmin dibçəkdəki bənövşələr sonra XVII Lüdovikin məzarını bəzədi. Jozefinanın özü dustağa salınarkən ona da bir dibçək bənövşə ötürülür. Hər saniyə gilyotində ölüm cəzasını gözləməsinə baxmayaraq, bənövşələri görərkən xilas olmağa onda dəli bir inam baş qaldırır və həqiqətən onu xilas edə bilirlər. O gündən sonra Jozefina bütün paltarlarında bənövşə şəkli çəkdirib onlara bənövşə cövhərli ətir vurur, darda olanlara, köməyə möhtaclara bənövşə verib inamlarını artırır. 9 mart 1796-cı ildə, XVII Lüdovikə çiçəkləri ötürdüyündən düz bir il sonra onun Napoleonla izdivacı olur. Paltarlarına bənövşə taxmış, sinəsini və əllərini bənövşə ilə örtmüşdü. Napoleon harada olmasından asılı olmayaraq, hər il toyun ildönü-mündə arvadına bir dəstə bənövşə göndərirdi.

Avropanın dahi şairləri bənövşəyə biganə olmamışlar. Şekspir bənövşəni "əzizim" deyə tərifləyirdi. Şelli, Tomas Mur, Hete əsərlərində bənövşəyə məhəbbətli sətirlər həsr etmişlər. Hete doğma şəhəri Veymarı Afinaya bənzətmək üçün ətrafında bənövşə çəmənliyi salmağa çalışmışdı. İndi də bu şəhərdə yol kənarında, çöllükdə, ictimai parklarda bənövşəyə rast gəlinir. Yerlilər bu güllərə "Hetenin bənövşələri" deyir. Böyük şair hər dəfə gəzintiyə çıxanda özü ilə bənövşə toxumları götürərdi, gəzdiyi hər yerə bu toxumları atardı. 180 ilə yaxındır ki, Hete həyatdan köçüb, ancaq onun bənövşələri Veymarın ətrafında yenə də hər bahar çiçəkləyir. Sanki hər çiçək şairin yeni yazdığı şer kimi, indi də hamını heyran edir.

Şərq ölkələrində bənövşə gözəlin xalı ilə daha çox müqayisə edilib. Kol dibində büzüşüb qalan bənövşələrə münasibət həmişə birmənalı olmamışdır. Onun adı ilə rəng adlandırılmış, ətriyyatda, kosmetikada, tətbiqi sənətdə istifadə olunmuşdu. Bənövşə bizim xalqın ən sevimli çiçəklərindəndir. Novruzgülü, nərgiz kimi, bənövşə də baharın nəfəsini öz ətri ilə hamıya çatdırır. Bahar bayramının gəlişindən xəbər verir. Gülün özünəməxsus görünüşü, zərif ətri, rəngi onun haqqında çoxsaylı şerlərin yaranmasına səbəb olmuşdu. Hələ laylalardan uşaqların qulaqlarına ananın səsi ilə bənövşənin adı dəyir:

Dağda meşəlik, Gül bənövşəlik, Mən həmişəlik Bu balama qurban.

Şah İsmayıl Xətainin "ovc ilə doldur bənövşə, saç bu gülçin üstünə" misrasında nə qədər həyat enerjisi, nə qədər böyük ruh gizlənmişdir.
Qurbaninin və Molla Cümənin "bənövşə" rədifli gözəl qoşmaları xalq içərisində məşhurdur.

Qurbani der, könlüm bundan sayrudur, Nə etmişəm, yarım məndən ayrıdır. Ayrılıqmı çəkib, boynu əyridir? Heç yerdə görmədim düz, bənövşəni - deyən Qurbani,

"Bənövşə qız iylər, qız bənövşəni" - rəsmini çəkən Molla Cümə çiçəyi bizə sevdirməyi bacarmışlar. Xurşudbanu Natəvan albomuna çəkdiyi şəkillə yanaşı, "Bənövşə" rədifli qəzəl də yazmışdı. Şerin həzin ahəngi, həsrət dolu ruhu bu zərif şairənin böyük ürəyindən xəbər verir. nBənövşə boynubükük halda çəmənlikdən uzaq daşların arasında bitir. Bir irfani rəmz olaraq, bənövşə gülü - incidilmiş, əzablara qatlaşan məzlum obrazı kimi təqdim olunur. İslam qaydalarına görə məzlum olmaq məqbul sayılmır. Bənövşənin boynu büküklüyü onun islamın küfr saydığı yad dinlərlə əlaqələndirilməsinə əsas səbəb olmuşdu. Türk şairi Sami bənövşəni görərkən bir ayağı üstə durub dua edən hindlini xatırlamışdı:

Sər fürubürdə bənövşə bir ayaq üstə durub Atəşi-bərgi-gülə səcdə edər hinduvar.

Hərb tarixində məğlub qoşun bayraqlarının endirilməsi, ayaqlar altına salınması geniş yer tutmuşdur. Bəzən məğlub qoşunun bayraqları qara ipəyə bükülü şəkildə, ya da qara rəngə boyanaraq başıaşağı şəkildə qalib qoşun komandanının qarşısında yerə atılardı. Bənövşənin tünd rəngdə olması, başıaşağı qalması bəzən məğlub qoşunun bayrağına bənzədilmişdir. XVI yüzillikdə (hicri 900-cu ildə) türk şairi Nicati bir beytində deyir:

Düşmən ələmi kimi gəlir şah eşqinə Başı aşağı münkəsirü qara bənövşə.

Bənövşə, fəlakətlərin xəbərçisi kimi, talesizlik, ümidsizlik gətirən əlamət kimi şairlərin təsvirlərində yer almışdır. Türk şairi Baki bir beytində deyir:

Bir qönçə bənövşə qoparıb tacına taxmış, Dağlarda külüng atdığı dəm başına Fərhad.

Fərhadın aldanaraq özünü öldürməsini şair bənövşənin çələngə taxılması ilə əlaqələndirir. O, bənövşəni taxdığı yerə külüng zərbəsi vuraraq ölmüşdü.
Nicatinin bu beytində də həmin fikir ifadə edilmişdir:

Gönmüş belinə dənli yerə kidə siyasət, Neylədi əcəb çərxi-sitəm-qarə bənövşə.

Siyasətin adamları gah qönçə, gah çiçək, gah da solğun ləçəyə döndərməsi bu bir beytdə necə də gözəl verilmişdir. Dağların ətəyində bitməsini, səhər küləyini öz zərif qoxusuna bürüməsini Səbri-Şakir bir beytdə belə ifadə edir:

Damani-kuhi etdi müəttər nəsimi-sübh Yaxdı bənövşənin yenə məngir buxurunu.

Güllərin bazarda satılması, onun gözəllərlə müqayisədə təqdir olunmamasının əsas səbəbidir. Bu hal divan şerində qızıl xətt kimi keçir. Gül satılır, alınır. İnsanın sevgisi var, o nə satılır, nə də alınır. Deməli, gözəl, güldən həm də bu səbəbə görə üstündür.
Bakinin bir beyti bu fikri açıqlayır.

Bənövşə kəndüyi-zülfünə nisbət etsə, incinmə, Ki, ol bir şahidi-kaşanədir, bazara düşmüşdür.

O vaxtlar cariyələri də qul bazarında satırdılar. Cariyə xanımla müqayisə olunmadığı üçün gül də müqayisəyə gəlməz. nRənginin qaraya çalan bənövşəyi olması, dağ-daşda bitməsi üzündən bəzən bu gülü şərabxorlarla, səfillərlə də müqayisəyə çalışırdılar. Xumar gözə oxşaması, xəstə görünüşü ilə bu gül çox vaxt kədərli ovqatı, ümidsizliyi, sonucun qəza olacağını bildirməkdən ötrü nəzərə çarpdırılırdı.
Şərq təbabətində bu bitkidən geniş istifadə olunmuşdur. Bənövşənin toxumlarından, gövdəsindən, kökündən, yarpaq və çiçəklərindən müxtəlif məlhəmlər, şərab və şərbətlər hazırlanırdı. Şairlər bunu şerlərində göstərmişlər. Nicati:

Yarın bənövşə zeyn olalı lə`li-nabına, Can verir oldu xəlq bənövşə şərabına.

Qastamonlu Sədi:

Bənövşə şərbətin bir lüləyi-lə`lindən çəkmiş Sanır o şuxun ağzında görənlər tazə tənbəki.

Bənövşə irfani şerdə, əsasən, köləliyin, qara qul olmağın rəmzi kimi açıqlanır. Nə qədər gözəl və faydalı olsa da, bənövşə gülü bu xoşa gəlməyən xüsusiyyətinə görə şairlərin vəsflərində ehtiyatla görünməkdədir.

Bənövşəni kim sevmir ki?


Geri dön

✰ღMouRnfuL GirLღ✰

  • 8 sentyabr 2014 21:53
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
°•.♥.•°.Təşəkkürlər canik.°•.♥.•°

--------------------

2-ci kurs telebesi

Awk bir hayal

  • 2 sentyabr 2014 17:43
  • Məqalə: 137
  • Şərh: 2791
  • Bal:
{awards}
Məqaləyə görə çox sağ olun

Manoliya

  • 2 sentyabr 2014 16:33
  • Məqalə: 46
  • Şərh: 2945
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

^^YeRaZKa MeLeK^^

  • 2 sentyabr 2014 11:55
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Supperrrrr

--------------------

★★ Pessimistka ★★

  • 2 sentyabr 2014 10:56
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
{awards}
tewekurler

ヅ Bad Girl ヅ

  • 2 sentyabr 2014 09:54
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

♫ мєl๏dyคм ♫

  • 2 sentyabr 2014 00:13
  • Məqalə: 163
  • Şərh: 4827
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_leka_the_one_

  • 1 sentyabr 2014 23:56
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Tewekkurler..

Yokka_

  • 1 sentyabr 2014 23:34
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
Tewekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 1 sentyabr 2014 22:18
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
PoZitiV Kaa=)
qiz deli olma hahay lol

AySenKa

  • 1 sentyabr 2014 22:03
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Təşəkkürlər

✰ღMouRnfuL GirLღ✰

  • 1 sentyabr 2014 21:22
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
tesekkurler

--------------------

2-ci kurs telebesi

Biqeyrət....

  • 1 sentyabr 2014 20:56
  • Məqalə: 196
  • Şərh: 8733
  • Bal:
{awards}
megaleye gore twk)

Mrs.mickey

  • 1 sentyabr 2014 20:47
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
tesekkurler...mennn

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

PoZitiV Kaa=)

  • 1 sentyabr 2014 20:40
  • Məqalə: 309
  • Şərh: 8844
  • Bal:
{awards}
Kim sevir daw bawina wink
Tewekkurler GLamurkam:*

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 24
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}