
Sən bəlkə bir arzusan, əvvəl axır yetəcəm mən,
Sən bəlkə bir günahsan, nə zamansa edəcəm mən.
Sən gəl tut əllərimdən səninlə yol gedəcəm mən,
Bəxtim mənim,məhəbbətim.
Sən mənim bəxtimə acı bir ürək,
Bu eşqi səninlə böləcəyəm mən.
Sən hələ ünvansız qərib bir külək,
Bir şirin yuxusan görəcəyəm mən.
Hardasan, qarşıda gözləyir bizi,
Sevdalı bir aylı,ulduzlu gecə.
Çıx qoşa görəndə hisslərimizi
Bəxtəvər olacaq,bir daha keçə.
Sən bəlkə bir günahsan, nə zamansa edəcəm mən.
Sən gəl tut əllərimdən səninlə yol gedəcəm mən,
Bəxtim mənim,məhəbbətim.
Sən mənim bəxtimə acı bir ürək,
Bu eşqi səninlə böləcəyəm mən.
Sən hələ ünvansız qərib bir külək,
Bir şirin yuxusan görəcəyəm mən.
Hardasan, qarşıda gözləyir bizi,
Sevdalı bir aylı,ulduzlu gecə.
Çıx qoşa görəndə hisslərimizi
Bəxtəvər olacaq,bir daha keçə.
