Düşüncə

 
Düşüncə

Dünya sən düşündüyün qədər bəsit, ucuz, mənasız deyil, intihar etmək istəyən qardaşım.

Problemlərin var, işlərin qaydasında getmir, sevdiyin qız səndən ayrılıb, nə bilim, bəlkə, canın bərk ağrıyır. Hədəfin intihar etməkdirsə, şeytan sənə o qədər səbəblər göstərəcək ki. Heç nə, çıxdın dama, özünü atdın, 15-20 saniyəlik dəhşətli ağrıdan sonra guya sənə görə hər şey bitəcək. Ay kişi, hər şey bundan sonra bitmir ey, bundan sonra başlayır. Əvvəla, özündən sonra qoyub getdiyin problemlər başqalarına yük olacaq. İkincisi, problemlər məngənəsində sıxılan əzizlərin, doğmaların əvvəl sənin nazını çəkirdilərsə, indi dərdini çəkəcəklər, bununla da bitmir, hələ yükünü də çəkəcəklər - kiməsə borcun var idisə, borc sahibi pulu yaxınlarından tələb edəcək və s.

Bundan başqa, dinimizə görə, intihar edən adam cəhənnəmlikdir. Əgər kitab oxumusansa, məlumatın varsa, bilərsən cəhənnəm əzabı nə deməkdir. İndi səni depressiyaya salan sıxıntılar cəhənnəm əzabının qarşısında damladır. Yeri gəlmişkən, həmişə mənə maraqlı olub, tutaq ki, bəziləri bu dünyadakı problemlərdən bezib, intihar ediblər və düşüblər cəhənnəmə. Cəhənnəm əzabını dadandan sonra anlayıblar ki, böyük səhv ediblər. Amma geri dönüş yoxdur. Görəsən, indi cəhənnəmdə bu dünyadakı problemlərdən guya xilas olmaq üçün intihar edib, cəhənnəm əzabını dadandan sonra peşman olan neçə insan-ruh var?

Çətin sualdır, bilirəm...

Dediyim odur, nə qədər ki, intihar etməmisən, deməli, hələ o insanların sırasına qoşulmamaq şansın qalır. Düşün, daşın, nə qədər ağrısa da başın.

Həyatını dəyiş, hər şeyə yenidən başla

Məncə, insanı həyata bağlayan əsas bağlardan biridir yaxşılıq etmək. İnanmıram ki, yaxşılıq etməyi həyat prinsiplərindən birinə çevirən, xoş danışıb, xoş dinən adam intihar etmək barədə düşünsün. Yaxşılıq kiməsə pul vermək demək deyil ki. Xəstə bir insanı ziyarət eləmək, dərdli bir insana həmdəm olmaq, elm öyrətmək, bir uşağın başını sığallamaq, üzündən öpmək, yükünə gücü çatmayan nənəyə kömək eləmək, maşını saxlayıb, yolu keçmək istəyən piyadaya yol verməkdir yaxşılıq...

Silkələn, oyan, dərdə əyilmə, dərdi əy. Allaha sığınandan sonra, iradəni işə salandan sonra, zəhmətə qatlaşandan sonra, hər şeyə təmkinlə, soyuq başla yanaşandan sonra insanın bacarmadığı, həll edə bilməyəcəyi sosial problem yoxdur. Həyatını dəyiş, hər şeyə yenidən başla; inan, bir gün sən deyən olacaq...

Ölüm mesajı

Qeyd edək ki, bu ilin 4 ayı ərzində ölkəmizdə 122 nəfər intihar edib (mənbə “modern.az” saytı). İntihar hallarının artmasında sosial problemlər, maddi sıxıntılar, stress və depressiya, boşanmalar az rol oynamır. Amma bu acı statistikada intihar edənlərlə yanaşı, onların yaxınlarının da məsuliyyəti az deyil. Türkiyədə bu mövzuda aparılan araşdırmada maraqlı nəticələr ortaya çıxıb. Araşdırmada iştirak edən mütəxəssislərin fikrincə, intihar pisxoloji bir problem kimi görünsə də, statistikanın artmasında sosial problemlər də az rol oynamır. İqtisadi təməlli sıxıntılar, işsizlik, ailələrin dağılması kimi səbəblərdən qaynaqlanan bu cür hadisələr intihar edən şəxs tərəfindən “mesaj vermə” məqsədi daşıyır. Mütəxəssislərə görə, ölmək istəmək artıq başqa çarə qalmadığı mesajı verməkdir və hər intihar bir imdad çağırışıdır. İnsanın həyata dair ümidinin qalmamasının başlıca səbəbi isə dini-əxlaqi dəyərlərin azalması, mənəvi bir mexanizmin olmamasıdır.

Çıxış yolu

Ekspertlərin fikrincə, fərd cəmiyyətdən təcrid olanda, həyatı, dünyanı mənasız hiss edəndə də intihara əl atır. Mərmərə Universitetinin müəllimi, doktor Mehmet Ali Balkanlıoğlu deyib ki, sosial əlaqələrin zəiflədiyi, ailə əlaqələrinin kəsildiyi, fərdiləşmənin geniş yayıldığı toplumlarda hər cür intiharlara rast gəlinir. Onun sözlərinə görə, şəxsin dəyər vermək məsələsində zəifliyi, ailədə fərd olaraq doğru-dürüst yetişdirilməməsi boşluqlara səbəb olur. Həmin şəxslərdən bəziləri bu boşluğu zərərli maddələrlə (narkotik), bəziləri də sevgi və əyləncə ilə doldurmağa çalışırlar. Bu cür insanların özlərini ifadə edə biləcəkləri bilgiləri, mədəniyyətləri, savadları “yox” deyiləcək qədər az olur. Sənət, ədəbiyyat, dil, musiqi və digər mənəvi mövzularda da boşluqlarımız var. Mənəvi duyğulardakı zəiflik intihar saylarının yüksəlməsinə səbəb olur. Ekspertlər intiharların önlənməsi üçün çözüm olaraq dəyər vermək anlayışının aşılanması, ailəvi əlaqələrin güclənməsi, uşaqlara əxlaqi dəyərlərin öyrədilməsinin vacibliyini xüsusi vurğulayırlar.

Mənəvi qida

Hər insanın mənəvi qidaya ehtiyacı var. Bu qida müntəzəm verilməzsə, insanın daxilində boşluqlar meydana gəlir. Bu boşluqlar genişləndikcə insan mənən ölür. Digər tərəfdən, mənəvi boşluqları maddiyyatla doldurmağa çalışmaq əbəsdir. Ən dadlı və faydalı mənəvi qida imandır. Çünki iman hər dərdə dərmandır. İmanlı insanda zərrə qədər ümidsizlik olmaz. İmanlı insanlarda mənəvi boşluq olmadığı üçün onların intihar etmələri də mümkün deyil. Çünki iman Allahın (c.c.) sonsuz xüsusiyyətlərini özündə təcəssüm etdirməkdir.


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 14:42
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Dünya sən düşündüyün qədər bəsit, ucuz, mənasız deyil, intihar etmək istəyən qardaşım

Tewekkurrrrr

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

✰ღMouRnfuL GirLღ✰

  • 8 sentyabr 2014 21:15
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
.Təşəkkürlər.

--------------------

2-ci kurs telebesi

ヅ Bad Girl ヅ

  • 3 sentyabr 2014 19:31
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

♔ Rapuиzel ♔

  • 3 sentyabr 2014 11:25
  • Məqalə: 332
  • Şərh: 7138
  • Bal:
{awards}
Təşəkkürlər.......

--------------------

Awk bir hayal

  • 3 sentyabr 2014 02:30
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər

_leka_the_one_

  • 3 sentyabr 2014 01:55
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

Fatmanur

  • 3 sentyabr 2014 00:42
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Mənəvi qida

Hər insanın mənəvi qidaya ehtiyacı var. Bu qida müntəzəm verilməzsə, insanın daxilində boşluqlar meydana gəlir. Bu boşluqlar genişləndikcə insan mənən ölür. Digər tərəfdən, mənəvi boşluqları maddiyyatla doldurmağa çalışmaq əbəsdir. Ən dadlı və faydalı mənəvi qida imandır. Çünki iman hər dərdə dərmandır. İmanlı insanda zərrə qədər ümidsizlik olmaz. İmanlı insanlarda mənəvi boşluq olmadığı üçün onların intihar etmələri də mümkün deyil. Çünki iman Allahın (c.c.) sonsuz xüsusiyyətlərini özündə təcəssüm etdirməkdir.

--------------------

♫ мєl๏dyคм ♫

  • 3 sentyabr 2014 00:26
  • Məqalə: 163
  • Şərh: 4776
  • Bal:
{awards}
Teşekkürler...

--------------------

★NuTeLLa★

  • 2 sentyabr 2014 23:43
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
sps intresting idi :D

Mrs.mickey

  • 2 sentyabr 2014 23:35
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

^^YeRaZKa MeLeK^^

  • 2 sentyabr 2014 23:26
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Çox sağ olun

--------------------

Prosta FaN

  • 2 sentyabr 2014 22:53
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Hmm...təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

вคɴค iкiмizi คɴlคт ❤

  • 2 sentyabr 2014 21:12
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tskler......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 51
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}