Ən böyük cihad

 
Ən böyük cihad

Nəfs ilə cihad etmək o qədər mühümdür ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) onu “ən böyük cihad” (“cihadi-əkbər”) adlandırmışdır və hətta silahlı cihadlardan da böyük və əhəmiyyətli bir məsələ kimi təqdim etmişdir.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) nəql edir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) böyük bir ordunu düşmənlə müharibəyə göndərdi. Onlar (qələbə çalıb) müharibədən qayıtdıqda buyurdu: “Əhsən o kəslərə ki, kiçik cihadı yerinə yetirdilər, lakin onların qarşısında daha böyük bir cihad da durur.” Soruşdular: «Ya Rəsuləllah! Ən böyük cihad hansıdır?» Buyurdu: “Nəfs ilə olan cihad.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: “Cihadların ən yaxşısı o kəsin cihadıdır ki, iki böyrü arasında yerləşən nəfsi ilə etmiş olsun.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Həzrət Əliyə (ə) vəsiyyət edərkən buyurdu: “Ya Əli! cihadların ən yaxşısı o kəsin cihadıdır ki, gecəni bir kəsə zülm etmək qəsdi olmadan sübh etmiş olsun.”

Bu hədislərdə nəfs ilə cihad ən böyük və ən fəzilətli cihad kimi təqdim olunur. Bu, hətta Allah yolunda aparılan cihadlardan belə fəzilətli və üstündür. Allah yolunda aparılan cihadın ən yaxşı ibadət və son dərəcə böyük fəzilətə malik olmasına diqqət yetirməklə nəfs ilə aparılan cihadın əhəmiyyət və dəyəri aydın olur. Nəfs ilə cihadın ən üstün cihad olmasını üç yöndən araşdırırıq:
Birinci. Hər bir ibadətdə, hətta Allah yolunda aparılan silahlı mübarizədə belə, nəfs ilə cihada iki yöndən ehtiyac vardır. Əvvəla, ibadətin özünün kamil şəkildə və bütün şərtləri ilə yerinə yetirilməsində nəfs ilə cihada ehtiyac vardır. Görəsən, namazı «mö’minin me’racı» olacaq və «insanı çirkin işlərdən çəkindirəcək» dərəcədə hüzuri-qəlb ilə, bütün şəraitlərinə riayət etməklə qılmaq cihad və sə’y olmadan mümkün ola bilərmi?
Görəsən, «orucun cəhənnəm odundan bir sipər olacağı» dərəcədə kamil bir şəkildə tutulması nəfs ilə cihad olmadan mümkündürmü? Görəsən, nəfs ilə cihad olmadan mücahid bir insan müharibə meydanında öz canından keçərək islam düşmənlərilə yaxşı mübarizə apara bilərmi? Sair ibadətlərdə də məsələ eynilə belədir.
İkincisi, hər bir ibadət Allah tərəfindən yalnız o zaman qəbul olunur və bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olur ki, yalnız Allahın razılığı üçün yerinə yetirilsin, hər növ şirkdən, riyadan, xudbinlikdən və s. kimi nəfsani məqsədlərdən pak və xalis olsun. Belə bir iş də nəfslə cihad olmadan əsla mümkün deyildir. Hətta silahlı mübarizə və şəhadət də o zaman dəyərə malik olur və insanın Allah dərgahına yaxınlaşıb təkamülə çatmasına səbəb olur ki, tam mə’nada Allahın razılığı və tövhid kəlməsinin yüksəldilməsi məqsədilə olsun. Lakin əgər bu böyük ibadət şan-şöhrət qazanmaq, düşməndən intiqam almaq, yaxud insanın adının tarixdə əbədi qalması, özünü göstərmək, riyakarlıq, məqam kəsb etmək, həyat çətinliklərindən xilas olmaq, yaxud sair nəfsani qərəz və məqsədlər xatirinə olsa heç bir mə’nəvi dəyərə malik olmayacaq, insanın Allah dərgahına yaxınlaşması amili sayılmayacaqdır. Deməli, nəfs ilə aparılan cihad bütün ibadət və xeyir əməllərdən, hətta Allah yolunda aparılan cihaddan belə üstündür, çünki onların hamısının düzgünlüyü və kamilliyi nəfs ilə aparılan cihada bağlıdır. Məhz buna görə də nəfs ilə aparılan cihad “ən böyük cihad” adlandırılmışdır.
İkinci. Silahlı cihad xüsusi zaman və şəraitlərlə vacib olur. Bundan əlavə o vacibi-eyni deyil, kifaidir. Yə’ni, bə’zilərinin bu cihada getməsi ilə başqalarının öhdəsindən götürülür. Bə’zi dövrlərdə bu kimi cihad, ümumiyyətlə vacib deyildir. Vacib olduğu təqdirdə də vacibi-kifaidir. Yə’ni əgər lazımi qədər əsgər iştirak edərsə və başqalarına ehtiyac olmazsa onların üzərində olan öhdəçilik götürülür. Bundan əlavə qadınlara, qocalara, acizlərə və xəstələrə də vacib deyildir. Amma nəfs ilə aparılan cihadda məsələ belə deyildir. Bütün dövrlərdə, bütün şərait və zamanlarda hər bir şəxsə vacibi-eynidir və həyatın axır anlarına qədər davam etdirilməlidir. Mə’sumlardan başqa heç kəs heç vaxt ondan ehtiyacsız deyildir.
Üçüncü. Nəfs ilə aparılan cihad bütün ibadətlərdən, hətta mücahidlərin öz canlarını təhlükəyə qoyub şəhadət məqamına çatmaq istədikləri silahlı mübarizədən belə üstündür. Çünki haqqın qarşısında qeydsiz-şərtsiz təslim olmaq və bir ömür nəfsani istəklərlə mübarizə apararaq təkamülün düzgün yolunda irəliləmək insanın bir neçə gün cihad meydanında islam düşmənləri ilə döyüşərək axırda şəhadət məqamına çatmasından qat-qat çətindir. Nəfs ilə mübarizə o qədər çətindir ki, nəfs ilə ağır, davamlı döyüş aparmadan, ağır çətinliklərə sinə gərmədən və Allah tərəfindən inayət və kömək olmadan mümkün deyildir. Buna görə də namazlarda təkrar deyirik: “İhdinəssiratəl-mustəqim” («Pərvərdigara, bizi düzgün yola hidayət et.») Düzgün təkamül yolunu ötmək o qədər çətin və zərifdir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) də daim belə dua edərdi: “İlahi bir göz qırpımı belə, məni öz nəfsimə həvalə etmə!”


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 17:43
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 10 sentyabr 2014 09:26
  • Məqalə: 5
  • Şərh: 516
  • Bal:
{awards}
Teshekkurler.ALLAH razi olsun.

✰ღMouRnfuL GirLღ✰

  • 7 sentyabr 2014 01:38
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
Tewekkurler

--------------------

2-ci kurs telebesi

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2014 20:33
  • Məqalə: 789
  • Şərh: 20233
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_leka_the_one_

  • 6 sentyabr 2014 16:57
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Təşəkkürlər..

.::Fidaw::.

  • 6 sentyabr 2014 15:56
  • Məqalə: 3
  • Şərh: 1062
  • Bal:
{awards}
Allah razi olsun

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 6 sentyabr 2014 14:52
  • Məqalə: 670
  • Şərh: 18392
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
คşк łคfтคɴ คɴłคмคz

^^YeRaZKa MeLeK^^

  • 6 sentyabr 2014 14:07
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mrs.mickey

  • 6 sentyabr 2014 13:44
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
Tesekkurler...ilk serh mendenn

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 23
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}