Zəmzəm suyu

 
Zəmzəm suyu


Zəmzəm suyu
Qadın və cəmiyyət » Qadın və din
Zəmzəm suyu
İbrahim (ə) Allahın əmri üzərinə bugünkü Zəmzəm quyusunun tapıldığı yerə xanımı Həcər və oğlu İsmayılı buraxaraq gedir. Onlara bir az su ilə bir miqdar da xurma verir. Bir müddət sonra su bitincə körpə (İsmayıl) ağlamağa və qışqırmağa başlayır. Anası təlaş içində ətrafda su axtarmağa başlayır və Səfaya çatıb ətrafı araşdırdıqdan sonra su tapa bilməyincə təkrar körpənin yanına, onu gördükdən sonra təkrar Səfa təpəsinə qaçır. Yeddi dəfə gedib gəldikdən sonra uşağın yanında kiçik bir qaynaqdan su çıxdığını gördü. Dərhal "Zəm Zəm" (Dayan, dayan) deyərək suyun axıb getməməsi üçün torpaqdan sərhəd çəkərək hovuz halına gətirər. Qabını suyla doldurmağa başlayınca götürdüyü suyun yerinə təkrar torpaqdan su qaynadığını görər. Sudan həm özü içir, həm də uşağa içirir.

Hz. Məhəmməd (s.ə.s) bir hədisdə bu mövzuyla əlaqədar olaraq belə demişdir: "Allah İsmayılın anası Həcərə rəhmət etsin. O, Zəmzəmi öz halına buraxsaydı, şübhəsiz Zəmzəm axar, çay olardı."
İslama görə Zəmzəm:
- Allahın İbrahimə (ə) hədiyyəsidir.
- Cənnət sularındandır.
- Yer üzünün ən xeyirli suyudur.
- Yer üzündəki ən müqəddəs torpaqdan çıxmaqdadır.
- Ac və susuzları doyurar.
- Bədənə qüvvət verər.
- Xəstəliklərə şəfadır.
- Ondan içmək günahlara kəffarədir.
- İçilməsi, kiməsə verilməsi sünnətir.
- İstehsal edilməklə bitməz.
Səhranın ortasında, suyun çox qıt və olanların da keyfiyyətsiz olduğun bir bölgədə işlədilməklə bitməyən belə sağlam bir suyun tapılması
İslam ətraflarının xaricində də maraq mövzusu olmuş və araşdırmalar aparılmış və aparılmaqda da davam edilməkdədir. Bəzi araşdırma nəticələri belədir:

- Dünya sağlamlıq təşkilatı (WHO) raporlarına görə, dünyanın ən sağlam sularındandır.
- Avropalı elm adamlarının etdiyi təcrübələrdə müəyyən edilmişdir ki, tərkibində digər sulara görə daha az kükürd var, bəsləyici minerallar baxımından isə çox daha zəngindir.
- Kalsium və maqnezium nisbətləri yüksəkdir.
- Amerikada aparılan təcrübə nəticələrinə görə, içində mikroorqanizm və bakteriya tapılmayan tək sudur.
Zəmzəmin mayalama xüsusiyyəti var. Bir stəkan zəmzəm bir vedrə normal suyu təmizləyir. Bir damla zəmzəm min damla suya qarışdırıldığı zaman onların hamısını zəmzəmə çevririr.
Su üzrə mütəxəssislər zəmzəm suyunun molekulyar (kristal) nizamın dəyişən tezliklərə görə fərqliləşdiyini, Zəmzəm kristallarının zəng səsində qaraldığını, azan səsində isə parlaqlaşdığını təcrübələrlə sübut etmişdir.


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 14:58
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Twk Allah razi olsun

Twk Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

✰ღMouRnfuL GirLღ✰

  • 8 sentyabr 2014 20:40
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
.Təşəkkürlər Allah Razı olsun.

--------------------

2-ci kurs telebesi

Prosta FaN

  • 4 sentyabr 2014 19:36
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Allah Razı oolsun təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 409
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1136
 
 
{slinks}