Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında

 
Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında

Yatmazdan əvvəl dəstəmaz almağın savabları haqqında

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: Dəstəmaz və təyəmmüm alaraq yatağına girən şəxsin savabı məsciddə namaz qılan mö'minlərin savabı ilə bərabər olar.Bu gözəl sünnəti tərk etməyin və Allah-təalanın razılığını qazanmağa çalışın. Allahı hər zaman yad edin ki, O da sizi yad etsin.
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir:
Cünüb halında yatağınıza girməyin. Qüsl və ya dəstəmaz almağa su tapmasanız torpağa təyəmmüm edin. Cünki, mö'min bir şəxs yatdığı zaman ruhu bədənindən ayrılıb Allah-təalanın dərgahına ucalar. Allah onun ruhunu qəbul edib bərəkətləndirər. Əgər onun əcəli çatarsa Allah-təala onun mübarək ruhunu Öz rəhmət dərgahına daxil edər, yox əgər əcəli çatmasa ona yaxın olan mələklərdən bir neçəsi onun ruhunu bədəninə qaytarar.
Günlərin bir günü müsəlmanlar məclis qurup Peyğəmbər (s)-ı da oraya də'vət etdilər. Söhbət əsnasında Peyğəmbər (s) onlardan soruşur:
Sizlərdən hansınız bütün günlər oruc tutur, gecələri ibadət edir və səhər açıldıqda Qur'anı bir dəfə xətm edirsiniz? Salman Farsi ayağa qalxıb deyir: Mən ya Rəsulullah! Ömər onun bu sözünü eşidib qəzəblə deyir: Ey müsəlmanlar, yoxsa fars (İran) əhlindən olan bir kəs özünü biz Qürəyşdən üstünmü tutmaq istəyir? Onun sözlərinə qulaq asmayın, söylədiklərinin hamısı yalandır. O bütün günlər nə oruc tutur, nə gecələr oyaq qalır və nə də gündüzlər Qur'an xətm edir. Peyğəmbər (s) onun dediklərini təmkinlə dinləyib buyurur: Ey Ömər! Salman, Loğman kimidir. Səni maraqlandıran hər nə varsa ondan soruş. O səni cavabsız qoymaz. Ömər, dediklərinin açıqlanmasını istəyir. Salman deyir: Mənim nəzərdə tutduğum bütün ilin orucu hər aya tutduğum üç günlük orucdur. Allah-təala Özü Qur'ani-Kərimdə buyurur: Hər kim bir yaxşılıq etsə mən ona etdiyi yaxşılığın on bərabərini verərəm. Bu da (30 günə), yə'ni bir ildə tutulan oruca bərabərdir. Mən Şə'ban ayından sonra hamı ilə birlikdə vacib olan Ramazan ayının orucunu tuturam. Bütün gecələri oyaq qalıram dedikdə məqsədim budur ki, gecə yatağıma girməzdən əvvəl dəstəmaz alıram. Bunun da dəlili Peyğəmbər (s)-dan eşitdiyim bu hədisdir ki, orada buyurulur: Hər kim dəstəmazlı halda yatarsa ona bütün gecəni ibadət etmiş şəxsin savabı yazılar. O ki qaldı Qur'anı gün ərzində bir dəfə xətm etməyimə, "İxlas"surəsini üç dəfə oxumağımdır. Buna da dəlilim Peyğəmbər (s)-dan eşitdiyim hədisdir. Günlərin bir günü O, Əli (ə)-ı yanına çağırıb buyurdu: Ey Əli! Bil ki,"İxlas"surəsi Qur'ana nümunə olduğu kimi, sən də insanlar üçün bir nümunəsən. Bu surəni hər gün bir dəfə oxuyan, sanki Qur'anın üçdə birini, iki dəfə oxuyan sanki Qur'anın üçdə ikisini, üç dəfə oxuyan şəxs isə sanki Qur'anı bir dəfə xətm etmiş olur. Sənə dili ilə məhəbbət göstərən imanının üçdə birini, dili və qəlbi ilə məhəbbət göstərən imanın üçdə ikisini, dili, qəlbi və əməli ilə məhəbbət göstərən şəxs isə imanını tamamlanmış və onu kamala çatdırmış olar. Ey Əli! And olsun məni haqq olaraq göndərən Allaha! Əgər yer sakinləri səni səma əhli kimi (mələklər kimi) sevsəydi Allah cəhənnəmi yaratmazdı.
Bundan sonra Ömər heç bir söz demədi.


Mənbə:"Möminlərin zinəti" kitabı


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 17:56
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
Allah razi olsun3

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 10 sentyabr 2014 09:54
  • Məqalə: 5
  • Şərh: 516
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

✰ღMouRnfuL GirLღ✰

  • 7 sentyabr 2014 01:29
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

2-ci kurs telebesi

Воровская

  • 6 sentyabr 2014 20:30
  • Məqalə: 74
  • Şərh: 1343
  • Bal:
{awards}
Ayy Allah sennen razi olsun bacican Mende teze teze Bawliyiram Namaz qilmaga bunnan evvel 40 gun oyrendim sora uje bilirem qiliram Namazimi
Allah razi olsun bilmiw oldum cox sagol

--------------------




ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2014 20:28
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_leka_the_one_

  • 6 sentyabr 2014 17:48
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Təşəkkürlər..

AySenKa

  • 6 sentyabr 2014 16:49
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Allah razi olshun

.::Fidaw::.

  • 6 sentyabr 2014 15:51
  • Məqalə: 3
  • Şərh: 1062
  • Bal:
{awards}
Allah razi olsun

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 6 sentyabr 2014 14:48
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
Allah razi olsun

^^YeRaZKa MeLeK^^

  • 6 sentyabr 2014 14:19
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Mrs.mickey

  • 6 sentyabr 2014 13:40
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
Tesekkurler...cox gozel melumat idi

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

awka-patnowka

  • 6 sentyabr 2014 13:38
  • Məqalə: 6
  • Şərh: 389
  • Bal:
{awards}
ilk werh menden

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 53

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 549
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}