Əlvida sevgilim!

 
Əlvida sevgilim!

Bir zamanlar bir gənc varmış. Bu gəncin sevdiyi və aşiq olduğu dünyalar gözəli bir qız varmış. Onunla ilk dəfə radioda eşitdiyi qan axtarılır elanı üçün getdiyi xəstəxanada qarşılaşmışdı. Qan verdiyi adam qızın əmisi idi. Qız ona təşəkkür etmək üçün getdiyində oğlan yataqdan yeni qalxmış və getmək üçün hazırlanırdı. Birdən otağının qapısı açıldı və qız içəri girdi. Oglan ağır ağır qapıya baxdı Yenə tibb bacılarıdan biri gəldi hərhalda deyə düşündü, amma gələn tibb bacısı deyildi. Qız ona doğru yaxınlaşdı çox təşəkkür edirəm sayənizdə əmim yaşayacaq dedi. Gənc məğrur bir şəkildə mən olmasaydım bir başqası da gələr kömək edərdi. Dəyməz dedi. Lakin qız onu dinləmədi. Sizə bir yeməyə dəvət edə bilərəmmi dedi. Oglan rədd etmədi içindən bu qədər gözəl bir qız rədd edilə bilərmi deyə keçirdi.
Oglan-Əlbəttə nə vaxt istəsəniz.
Oglan-Bəlkə indi??
Qız-İndi??
Əlbətdə həm mən gözləyərkən acmışdım...
İkisi birlikdə yeməyə getdilər. Yeməkdə söhbətləri davam etdi. Ancaq bir-birləri haqqında danışdılar. Oğlan qızdan ilk gördüyü anda xoşlanmışdı. Qız isə yalnız təşəkkür etmək istədiyi bir tanimadığı insandan bu qədər çox xoşlanacağını düşünməmişdi belə. Danışa danışa məlum olduki, ikisi də eyni növ filmlərdən xoşlanır, eyni növ musiqisni dinləyir, hətta son zamanlarda eyni kitabları oxumuşlar. Yeməkdən sonra qız telefonunu verdi.Arada zəngləşərik danışarıq dedi. Bu oğlanın çox xoşuna gəlmişdi. Axşam olduğunda qız telefonunda bir mesaj gördü "Dünyanın ən gözəl xanımına. Axşamınız xeyır yazırdı". Qız birdən çaşdı. Bu qədər tez bir cavab. Demək ki oğlaninda ondan xoşu gəlirmiş. Buna çox sevindi və dərhal o da cavab göndərdi. Bu mesajlaşmaları bir neçə gün belə davam etdi. Sonunda oğlan ona görüşməyi təklif etdi. Qız dərhal qəbul etdi. Həyatlarının ən gözəl günlərini yaşayırdılar. İki sevgili , iki aşiq. Eşqləri o qədər böyük idi ki sevgiləri o qədər içdən idi ki bu sevgiləri ətrafındakı insanlara da əks olunurdu. Lakin oğlanın ailəsinin bu eşqdən heç xəbəri olmamışdı. Həmişə onunla sevilisi olmadığı üçün lağ edirdilər, indi də sevgilisi olduğu üçün lağ edəcəklərini heç istəmirdi. Amma qız ailəsi ilə tanış olmağı çox istəyirdi , halbuki hər səfərində bir bəhanə uydurub təxirə salırdı. Oğlan qızın ailəsini bir dəfə görmüşdü. Amma heç tanış olmamışdı. Qızın ailəsi Sumqayıtda qalırdır özü isə əmisini yanında Bakıda qalır və məktəbinə gedirdi.

Sonunda oğlan qızın xahişlərinə son qoyaraq onu ailəsi ilə tanış edəcəyini söylədi. Qız buna çox sevinmişdi lakin əvvəl evə getmək lazım olduğunu geri döndüyündə isə dərhal ailəsi ilə tanış olmaq istədiyini söylədi. Razılaşdılar və qız Sumqayıta yola düşdü. Aradan bir gün keçdi, iki gün keçdi qızdan bir səs yox idi. Halbuki Bakıda bir-birlərini görmədikləri anlarda həmişə telefonda bir-birləri ilə danışardılar. Qiz axı niye msj yazmır.. yoxsa ailəsimi icazə verməmişdi.Niyə zəng etmir((. Oğlan ona zeng edəndə telefonu bağlı idi. İki həftə , üç həftə , bir ay. Oğlan sonunda qızın onu tərk etdiyini və artıq onu istəmədiyini düşünməyə başlamışdı ki bir gün axşam telefonu zəng çaldı. Telefonuna ilk dəfə ona bu qədər acı verirmiş kimi zəng gəlirdi.... Telefonunun ekranına baxdı, zəng edən qiz idi. Telefonunu dərhal açdı "alo alo"- telefonda ki səs qızın səsi deyildi. Onun bacısı olduğunu söylədi. Oğlanın telefonunu qızın telefonunda tapdığını və bir dostu olduğunu təxmin etdiyini söylədi. Oğlan sevgilisiydim deyə bilmədi, bəli bir dostuydum amma ondan uzun zamandır xəbər ala bilmirdim dedi. Bacısı qızın təxminən bir ay əvvəl Sumqayıta gələrkən bir yol qəzası keçirdiyini və üç həftədir komada olduğunu söyləyincə oğlan birdən donur və qızın onu niyə axtarmadığını indi anlamışdı lakin bacısının danışmasından hadisənin belə olmadığını düşündü...Bacımı dünən itirdik deyincə oğlanın əlindəki telefon birdən yerə düşdü. Eşitdiklərinə inanmamışdı sevdiyi , aşiq olduğu qız ölə bilməzdi. Telefondakı səs alo deyə bir neçə dəfə səsləndi lakin oğlanın cavab verəcək halı qalmamışdı.Hələdə inanmırdı.İlk avtobusla sumqayıta getdi. Həqiqətən ölmüşdümü(((. Bunu öyrənməli idi. Ailəsinə getdiyində dünyası bir dəfə daha yıxıldı. Çünki eşitdiklərini hamısı doğru idi. Bu gün sevgilisini torpağa verirdilər. Ürəyi buna artıq dözə bilmədi və gözlərinden damla-damla yaşlar axdı. Onu son bir dəfə daha görməli idi. Bunun üçün cənazəni arxadan izlədi məsciddən qəbiristanlığa qədər arxalarınca getdi. Qəbiristanlıqda görə biləcəyi bir küncdən onları izlədi. Onun üzünü son bir dəfə daha gördü. Alçaq bir səslə ƏLVİDA SEVGİLİM, sən bu dünyada sevdiyim tək adam idin dedi. Arxasını dönüb əlacsiz halda qəbiristanlıqdan çıxmağa qərar verdi. Tam o sırada axarasından bir səs eşitdi. Bu səsi daha əvvəl də eşitmişdi , telefonda ölüm xəbərini verən səsə oxşayırdı. Qızın bacısı ona səsləndi. Oğlan arxasını dönmədən əvvəl gözündəki yaşları sildi. Qız-Görəsən siz o adamsınızmı dedi və əlindəki zərfi göstərdi. Zərfin üzərində CANİM SEVGİLİMƏ yazırlırdı və yanında da oğlanın adı vardı. Oğlan ağlamaqlı bir səslə bəli o mənim dedi. Bacısı ona bunu ölmədən əvvəlki gecə yazmış və sizə verməmi istəmişdi.Qız zərfi verib uzaqlaşdı. Oğlan orada məktubu titrəyən əlləri ilə dərhal açmağa çalışdı.

Əlvida sevgilim!


Məktubda yazılırdı:
"Sevgilim, səni nə qədər çox sevdiyimi indi daha yaxşı anlayıram. Hər kəs yaxşılaşacağımı söyləsə də mən öləcəyəmi bilirəm. Səni son bir dəfə görə bilmək , sənə son bir dəfə toxuna bilməyi nə qədər çox istəyirəm amma mümkün olmadığını çox yaxşı bilirəm. Sənə yalnız tək bir şey söyləmək istəyirəm.
SƏNİ SEVİRƏM VƏ ÖLDÜKDƏN SONRA BELƏ SEVƏCƏYƏM. Səndən tək bir şey istəyirəm. Həyata küsmə. Ona sarıl , mənim üçün sarıl. Mənfiliklərə əsla məğlub olma hər vaxt güclü ol o zaman sevgim hər vaxt yanında olacaq və səni qoruyacaq.

Döyünən ürəyin olmaq
Sonra səni hiss edə bilmək
Bir addımlıq zamanda...

Bunları şeirində sən söyləmişdini mənə indi də mən sənə söyləyirəm bir addımlıq zaman mənim üçün sonsuza qədər sürəcək Əlvida sevgilim((((("

Əlvida sevgilim!

**Oğlan bu yazını oxuyarkən göz yaşlarına hakim ola bilmir. Aradan illər keçdi. O məktub hələdə oğlanın cibində idi. Nə vaxt bir hadisə olsa nə vaxt kədərlənsə məktubu açar və yazılanları oxuyar və kədərlənməmək üçün əlindən gələni edərdi. *

*O zaman sevdiyinin yanında olduğunu düşünərdi… *


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 17:07
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
Ellerivize sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Lalicka^^

  • 9 sentyabr 2014 19:27
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
Bu hekayeni oxuyarken aglamamaq elde deyil(((((

ヅ Bad Girl ヅ

  • 9 sentyabr 2014 10:13
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Elvida sevgilim

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 7 sentyabr 2014 04:14
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
Tewekkurler

--------------------

2-ci kurs telebesi

^^YeRaZKa MeLeK^^

  • 6 sentyabr 2014 11:20
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
thank xebere gore

--------------------

(ړײ) Narkuwa(ړײ)

  • 6 sentyabr 2014 10:20
  • Məqalə: 6
  • Şərh: 608
  • Bal:
{awards}
tewekkurler

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

nuranhuseynov

  • 6 sentyabr 2014 10:07
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Allah sevenleri ayirmasin.Amin.Cox tesirli hekayedi,oxuduqca ureyim cirpinirdi,hec kese ayriliq arzulamiram

_leka_the_one_

  • 6 sentyabr 2014 00:41
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Təşəkkürlər..

Angel-Feride

  • 5 sentyabr 2014 21:23
  • Məqalə: 54
  • Şərh: 1027
  • Bal:
{awards}
Təşəkkür[hide][/hide]

AySenKa

  • 5 sentyabr 2014 21:12
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Təşəkkürlər

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 sentyabr 2014 21:04
  • Məqalə: 694
  • Şərh: 18829
  • Bal:
{awards}
Cox sagol)))

Mrs.mickey

  • 5 sentyabr 2014 20:53
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

ヅ Bad Girl ヅ

  • 5 sentyabr 2014 20:47
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 53
Cəmi: 72

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 54
Cəmi: 155
 
The Shield
Xəbərləri: 50
Cəmi: 310
 
Darling
Xəbərləri: 47
Cəmi: 933
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 18
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 306
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}