Hacı Şahin Həsənli yazır: "Allah insanı ovlamaq istəmir"

 
Hacı Şahin Həsənli yazır: "Allah insanı ovlamaq istəmir"


Mübarək Ramzan ayını yaşamaqdayıq. Artıq günlərdir ki, möminlər oruc tutmaqla öz ibtidai hisslərinə “yox” deyirlər. Təbii, və buna görə də son dərəcə adi görünən işlərin yasaqlandığı bir ayda oruc hikməti barədə bəhs açmaq yerinə düşərdi. Bu, ibadətin daha dərin və daha mühüm fəlsəfəsini başa düşmək üçün nadir fürsətdir. Yox, biz orucun insan orqanizminə xeyri, orucun ehkamı, sosial əhəmiyyətləri barədə söz açmaq istəmirik. Bu barədə çox deyilib və deyilməyə də yeni bir söz qalmayıb. Bizim müraciət etmək istədiyimiz mövzu oruc və onun qadağaları prizmasından insan kimliyinin tanınmasıdır. Yəni orucun insaniyyətlə əlaqəsi. Düşünürük ki, hazırda böyük kataklizmlər və inqilabi dəyişikliklər ərəfəsində olan bəşəriyyətin də qarşılaşdığı ən fundamental və ən aktual sual insan kimliyi ilə əlaqədardır. İnsan kimliyi barədə çoxsaylı mülahizələr irəli sürülüb, neçə-neçə nəzəriyyələr bir birini əvəz edib, hətta fərqli yanaşmalar savaşlara belə səbəb olub tarix boyunca. Çünki bu sual olduqca mühümdür – həyata baxış, yaşam proqramı, münasibətlər, davranışlar, məqsədlər, əməllər – hamısı bu sualın cavabından qaynaqlanır. Bu sualın cavabı əsrlər boyu axtarılıb və əsrlər boyu bəşəriyyət verilən cavablara uyğun olaraq tarixini, gələcəyini dəyişib. Müasir dönəmdə belədir – köhnə cavablar insanı qane etmir, yeni cavablar isə hələ tapılmayıb.

Keçmişin cahil, mürtəce, lakin ilahilik iddiasında olan insanıyla, indinin savadlı, inkarçı, əxlaqı allahsızlıqda axtaran insanı arasında çox oxşarlıq var. Bunlardan biri səbəb, digəri nəticədir. Biri digərinə olan əks-reaksiyadır, lakin bununla belə eyni mexanizm, eyni sistemə malikdirlər. Keçmişin təkəbbürü mənanı təsdiq edən cəhalətdə idisə, indinin təkəbbürü mənanı inkar edən elmdə. Keçmişdə alternativ düşüncəni ruhaniyyət təkfir edirdisə, indi - elm xadimləri. Keçmişin ləzzəti uzaq Axirətdə vəd olunurdusa, indinin ləzzəti yaxın Dünyada, lakin hər iki halda ləzzət keçici illüziyadan başqa bir şey deyil. Keçmişin insanı instinktiv istəklərinə çatmaq üçün Allaha bir vasitə kimi baxırdısa, indinin insanı vasitəyə ehtiyac duymur. Lakin, hər iki halda, insanı maraqlandıran instinktlərin ödənilməsidir. Odur ki, keçmişlə indi arasında elə də ciddi fərq yoxdur, formadan başqa. Formalar dəyişir, məzmun isə dəyişilməz olaraq qalır. Heç kəs də bu məzmunu dəyişmək istəmir, daha doğrusu məzmunu görmək istəmir. Axı neçə-neçə elmi, fəlsəfi, siyasi, iqtisadi məktəblər dünyanın həqiqətini görməməzliyə vurmaq üzərində qurulub. Həqiqətin üzünə baxsaq, özümüz üçün uydurduğumuz çəhrayi dünya ilğımı bir anda itəcək.

“Həqiqətən biz insanı çətinlikər içində yaratdıq” – deyə Allah-Təala buyurur. Allah insanı aldadıb onu yalan toruna salıb, ovlamaq istəmir. Başqalarından fərqli olaraq, Yaradanın buna ehtiyacı yoxdur. Odur ki, İslam sadə həqiqəti bəyan edir – həyat çətinliklərlə mübarizə meydanıdır. İstəyirsən keyf üçün yaşa, istəyirsən Allah üçün, fərq etməz, daim və hər an nəyisə nəyəsə qurban verməli, itki ağrısı yaşamalısan. Daha böyük istəyinə nail olmaq üçün, xırda istəkləri qurban verməlisən. Özünə yox demədən həyatda heç zaman və heç nəyə nail olmayacaqsan. İstər Hollivudun ekranlarda təbliğ etdiyi həyatı yaşamaq arzusunda ol, istərsə də “New Age” fəlsəfəsinin təlqin ediyi möcüzəvi və asketik həyat tərzini. Fərq etməz, istək varsa, başqa istəkləri qurban vermək, özünə yox demək də olmalıdır. Orucun insana verdiyi ən mühüm dərs budur – hər hansı bir məqsədə çatmaq istəyirsənsə - nədənsə keçməyi bacarmalısan. Azadlıq – qurban tələb edir, ədalət – qurban tələb edir, firəvanlıq – qurban tələb edir, şəxsiyyətin təkmilləşməsi – qurban tələb edir, izzət və ləyaqət – qurban tələb edir, bir sözlə həyat kiçik istəklərin böyük istəklər yolunda qurban verilməsindən ibarətdir. İnsan ömrü sanki bir orucdur - halal-haramından asılı olmayaraq, özünə yox deməlisən. Qazanmaq istəyən, imtina etməyi, itirməyi bacarmalıdır. Enişli-yoxuşlu yolla (başqa yol zatən mövcud da deyil) məqsədə çatmaq istəyən, yıxılıb-qalxmağa hazır olmalıdır.

Gələcəyin insanı, yəqin ki, keçmişin və indinin insanından xeyli fərqlənəcək. Onu yalançı vədlərlə, illüziyalarla aldatmaq mümkün olmayacaq. Elm gələcəyin insanını indinin uşaq inadkarlığından çıxarıb yetkinlik dönəminə aparacaq, həyata realist baxış verəcək və real yollar axtarışına imkan yaradacaq. İnsan daim yaşatdığı və nədənsə çata bilmədiyi məqsədlərə aparan yolları açıq-aşkar görəcək. Azadlıq. ədalət, xoşbəxtlik – hər bir insanın acı və könüllü itkiləri, qurbanları, imtinaları sayəsində qazanılan xəzinələrdir. Bu itkilərə hazır olmaq üçün illüziyalardan qurtulub, reallıqları qəbul etmək zorundayıq. Oruc tutan bu zorluğu könüllü şəkildə qəbul edir, real həyata qovuşur. Oruc aldadılan insanın aldanışa qarşı üsyanı, həqiqətə qayıdışının başlanğıcıdır.


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 17:36
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

✰ღMouRnfuL GirLღ✰

  • 7 sentyabr 2014 01:44
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
Tewekkurler

--------------------

2-ci kurs telebesi

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2014 20:38
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_leka_the_one_

  • 6 sentyabr 2014 17:24
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

.::Fidaw::.

  • 6 sentyabr 2014 16:06
  • Məqalə: 3
  • Şərh: 1068
  • Bal:
{awards}
Allah razi olsun

вคɴค iкiмizi คɴlคт ❤

  • 6 sentyabr 2014 13:27
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun

(ړײ) Narkuwa(ړײ)

  • 6 sentyabr 2014 13:24
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
ღ✰ღ°•.♥.•°Təşəkkürlər°•.♥.•°ღ✰ღ

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

Mrs.mickey

  • 6 sentyabr 2014 13:20
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

awka-patnowka

  • 6 sentyabr 2014 12:18
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

^^YeRaZKa MeLeK^^

  • 6 sentyabr 2014 12:16
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

SLATKAYA weytanka

  • 6 sentyabr 2014 11:47
  • Məqalə: 1
  • Şərh: 633
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX GOZEL XEBERDI

--------------------
qeyretli olan oglan her qiza namsuuz demez bacsini arada fikirlewsin ki menimde bacim var

★Love World★

  • 6 sentyabr 2014 11:38
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}