Hər kəs əxlaqını saflaşdıra bilmirsə

 
Hər kəs əxlaqını saflaşdıra bilmirsə


Əziz uşaqlar!

Siz yəqin ki, yer üzündə çoxlu dillərin və əlifbaların olduğunu bilirsiniz. Dillər kimi əlifbalar da bir-birindən fərqlidir. Bunların bəziləri çox qədimdir, bəziləri isə nisbətən daha yaxın zamanlarda yaranıb. Elə əlifba var ki, yalnız bir millətə məxsusdir. Elə əlifba da var ki, bir neçə xalq ondan istifadə edir. Yəqin ki, ilk əlifbanın və yazının kim tərəfindən yaradıldığını bilmək sizin üçün maraqlı olar. Elə isə, növbəti dərsimizə keçək.


Yer üzündə ilk insan və ilk peyğəmbər olan Həzrət Adəm uzun ömür yaşadıqdan sonra vəfat etdi və Məkkə şəhərinin yaxınlığında basdırıldı. Ondan sonra oğlu Şeys peyğəmbər camaatı haqq yola dəvət etdi. Həzrət Şeysin başladığı işi onun övladları davam etdirdilər. İdris də Şeysin beşinci nəsildən nəvəsi idi.

İdris peyğəmbər çox qədim tarixə malik olan Babilistan torpağında doğuldu. O hələ peyğəmbərliyə seçilməzdən də əvvəl Allaha ibadət edirdi və öz qəbiləsi içində gözəl əxlaqı ilə fərqlənirdi. Allah Həzrət İdrisə tapşırdı ki, Qabilin nəslindən olan insanları düzgün yola çağırsın.


Qabil öz qardaşını öldürdükdən sonra qohumlarından ayrılıb ailəsi ilə tənha yaşamağa başlamışdı. İblis Qabili və onun övladlarını aldadıb öz tərəfinə çəkdi. Onları inandırdı ki, daşdan, ağacdan büt yonub ona ibadət etsinlər. Beləcə, Qabilin nəsli Allahdan üz çevirib bütpərəst oldu. Qabilin övladları insanlığa ya-raşmayan hərəkətlər edir, bir-birini incidir, aldadırdılar. Onların arasında yalançılıq, əxlaqsızlıq, qatillik geniş yayılmışdı.

Həzrət İdris həmin insanlara peyğəmbər göndərildi. Allah-təala ona 30 səhifəlik dini qayda-qanunlar vəhy etdi. Həzrət İdris həmin qanunları camaata öyrətməyə başladı. Xelki adam ona iman gətirib haqq yola gəldi.


İdris peyğəmbər çox savadlı, elmpərvər idi. O, xeyli elmi ixtiralar etmiş, bəzi peşələri camaata öyrətmişdi. O zamana kimi insanlar özlərinə paltar tikmir, yarpaqla ya da heyvan dərisi ilə bədənlərini örtürdülər. İdris peyğəmbər dərzilik sənətinin əsasını qoydu. O, ilk dəfə iynə düzəltdi, sap əyirdi, dəridən paltar tikdi. Camaat dərziliyi ondan öyrəndi.

Həzrət İdris yerin təkindən dəmir və başqa metalları çıxarmağı, onları təmizləyib istifadə etməyi insanlara başa saldı. O, astronomiya elmi ilə məşğul olur, Günəşin, Yerin və ulduzların hərəkətini öyrənirdi. İnsanlara astronomiya, fizika və kimya sahələrində ilk bilgiləri verən də İdris peyğəmbər olub.


Həzrət İdrisin ən böyük ixtirası əlifba idi. O, ilk əlifbanı yaratdı, yazıb-oxumağın əsasını qoydu. Həzrət İdris dərslər təşkil edir, camaata savad öyrədirdi. Elə onun adı da “dərs” sözündən götürülüb.

İdris peyğəmbərin aşağıdakı sözlərini oxuyub əzbərləyin və bunlara əməl edin:

“Ağıllı adamın mövqeyi yüksəldikcə, təvazökarlığı da artar”.

“Ağıllı adam başqasının eyiblərini güdməz, səhvini üzə vurmaz“.

“Hər kəs əxlaqını saflaşdıra bilmirsə, ağılsızdır”.

Uşaqlar!


İdris peyğəmbər bütün ömrünü insanların savadlanmasına və saflaşmasına həsr etmişdi. Biz də həmişə savadlı olmağa çalışmalıyıq, elmləri yorulmadan öyrənməliyik. Elə İslam dini də bizdən bunu tələb edir. Müqəddəs kitabımız Quranda elm və biliyə yüksək qiymət verilir. Quranın ilk nazil olmuş ayəsi “Oxu!” sözü ilə başlayır.

Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd həmişə insanları biliklənməyə doğru çağırır və deyirdi: “Elm öyrənmək hər bir müsəlmana vacibdir”. “Beşikdən qəbrə kimi (yəni bütün ömrünüz boyu) elm oxuyun”.

İmam Əli biliyi həyata, savadsızlığı isə ölümə bənzədirdi. O, xüsusilə uşaq yaşlarından elm oxumağı vacib sayırdı. Çünki uşağın hafizəsi böyüyə nisbətən güclü olur. İmam Əli buyururdu: “Uşaq vaxtı öyrənilən elm daş üzərində oyulan yazı kimi möhkəm olar”.

Unutmayın: Vətənimizin gələcəyi və xalqımızın taleyi sizin əlinizdədir! Siz nə qədər çox savadlı olsanız, Vətənimizə və xalqımıza daha artıq xeyir verərsiniz.


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 18:28
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Ellerinize sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 10 sentyabr 2014 12:06
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur ALLAH razi olsun.

__AzEkO__

  • 8 sentyabr 2014 13:51
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------

✰ღMouRnfuL GirLღ✰

  • 6 sentyabr 2014 22:48
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ✰ღTəşəkkürlər Allah razi olsunღ✰ღ

--------------------

2-ci kurs telebesi

^^YeRaZKa MeLeK^^

  • 6 sentyabr 2014 20:14
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2014 20:13
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Воровская

  • 6 sentyabr 2014 20:04
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah razi olsun dosi )

--------------------




Səssiz

  • 6 sentyabr 2014 19:45
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Səssiz'liyim

awka-patnowka

  • 6 sentyabr 2014 19:07
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Təşəkkürlər....

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

_leka_the_one_

  • 6 sentyabr 2014 18:29
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

вคɴค iкiмizi คɴlคт ❤

  • 6 sentyabr 2014 18:29
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Cox sagol.....

Mrs.mickey

  • 6 sentyabr 2014 18:15
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər....

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

♫ мєl๏dyคм ♫

  • 6 sentyabr 2014 17:52
  • Məqalə: 163
  • Şərh: 4830
  • Bal:
{awards}
İlk Şərh Məndən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}