Ayrılıq

 
Ayrılıq

Yaman, yaxşı. Bu iki məfhumdan biri sevilir, sorağlanır, birindən isə qaçılır həmişə.
Nəsə yaxşı, nəsə yaman, kimsə yaxşı, kimsə yaman olur bu aləmdə. Insanlar adətən yaman olmaqdan qaçır, yaxşı görsənməyə çalışırlar. Amma bəzən əksinə olur. Yaman ifadəsi bəzən “yaxşıların yaxşısı” mənasında işlənir. Deyirlər filankəs yaman oğlandır. Yəni çox yaxşı oğlandır.
Beləliklə bəzi yamanlar yaxşılardan da yaxşı olurlar bəzi məqamlarda. Elə Behbudov rəhmətlik demişkən “Hər bir dərddən olan yaman, ayrılıq!”
Bəli, ayrılıq həmin dediyimiz yamanlardandır. Görəsən nə üçün?!

Insan həyatı başdan – başa bir sıra ayrılıqlardan ibərətdir. Sadəcə onlar biri – birindən böyüklüyü və kiçikliyi ilə fərqlənirlər. Böyük ayrılıqlar, kiçik ayrılıqlar.
Aldığımız hər nəfəsdə keçmiş nəfəsdən ayrılıb yeni nəfəslə qovuşuruq. Atdığımız hər addımda köhnə yerimizlə vidalaşır yeni məkanla salamlaşırıq.
Açılan hər səhər dünənimizlə xudahafizləşir, sabahımıza başlayırıq.
Hər bir tərəqqinin təməlində ayrılıq dayanır əslində. İnsan ayrıla-ayrıla birləşir, bütövləşir və kamilləşir.
Ayrılmağı bacarmırsansa heçnəyi bacarmırsan demək ki.
Evdən ayrılıb təhsil dalınca gedə bilmirsənsə, bu ayrılığa dayana bilmirsənsə nadan qalırsan sonuna kimi.
Isti yuvandan ayrılıb ruzi-qazanc dalıyca gedə bilmirsənsə, bu ayrılığa qatlaşmırsansa ac – yalavac qalmalı olursan.
Hər bir ayrılıq vüsala doğru ilk addımdır.
Ayrılıq bir hicranın başlanğıcı başqa birinin isə sonu deməkdir.
Ən güclü insanlar ən çox ayrılan insanlardırlar bu məntiqlə.

Ayrılıq əslində nə zaman gözəl olur, bilirsinizmi?!
Bu insanın məqsədinə bağlıdır.
Qovuşduğunuz ayrıldığınızdan daha sevimli, daha lazımlı və daha mühüm olduğunda ayrılıq daha da şirin olur.

Əsl bəndə olmağın yolu da elə məhz ayrılıqdan keçir. Nəfsdən, mənlikdən, günahdan, haramdan ayrılıq. Bəndə mənbəydən ayrıldıqca məqsədə yaxınlaşır. Bir – bir ayrılır hər şeydən, zahirən onlarların içində olmağına baxmayaraq. Rahatlıqdan ayrılır, lazımsız ləzətlərdən ayrılır, nəfsani istəklərindən ayrılır ki, şərəfə, izzətə və hörmətə çata bilsin. Tuta bilsin yerini öz ülvi məqamında. Yata bilsin ilahinin rəhmət qucağında.
Inanın ki, bütün bunlar ayrılıqsız mümkün deyildir əsla.

Elə ona görə də dinimizin bütün düsturlarının kökündə bir növ ayrılıq dayanır. Bu düsturlara əməl etdikcə bəndə yavaş – yavaş ayrılmağı bacarmağa başlayır.
Axı insan sonda, ölüm ayağında bunu bacarmasa biyabırçılıq olar. Dad – şivən edər, ah – nalə çəkər.
Bu düsturlar insana hələ getməmiş getməyi bacarmağı öyrədir. Bir ola – ola ayrılmağı aşılayır ona. Bəndə dünyada ikən bütün bu ayrılası olacağı şeylərdən o qədər ayrılır ki, sonda bu ayrılıq ona qüssə vermir. Gülə - gülə, təbəssümlə ayrılır hər şeyindən.

Dinin ən mühüm əməllərindən sayılan namaz, oruc, xüms, zəkat və s. Bunlar nə deməkdir?!
Bu əməllər zahirən biri – birilərindən fərqli olmaqlarına baxmayaraq müştərək hədəflərə xidmət edirlər.
“Namaz möminin meracıdır!” - buyurub məsumlar. “Merac” və “oruc” eyni kökənli ərəb kəlmələridir ki, oxşar mənalar daşıyırlar.
Namaz qılarkən bəndə merac edir. Merac etmək isə pərvaz etmək deməkdir. Bəndə ramazan ayında da oruc tutmaqla “uruc” yəni pərvaz edir. “Oruc və Merac” hər ikisi pərvaz etmək mənasınadır.
Pərvaz ifadəsində isə ayrılıq məfhumu yatdığı kimi həm də göylərə doğru ayrılıq anlayışı var.
Quş pərvaz edərkən ayrılmaq zorundadır. Amma o göylərə - səmalara doğru ayılır. Ona görə də quş pərvaz etdi, deyirlər.
Namaz möminin pərvazıdır, yəni bəndə namaz qılarkən göylərə doğru, ülviyyətə doğru pərvaz edir, bütün alçaqlıqları geridə qoyaraq, hər şeydən üz döndərərək Onun dərgahına qovuşur. Bu ayrılıq hər ayrılıqdan deyil, üzü yuxarı, əbədiyyətə doğru olan ayrılıqdır.
Ona görə də bu ayrılığın şərti – şürutu var.

Bir şeydən ayrılmaq neçə mənaya ola bilər.
Bir şeydən ayrılmaq, yəni onu görməmək qərarına gəlmək.
Bir şeydən ayrılmaq , yəni onun səsini eşitməmək qərarına gəlmək.
Bir şeydən ayrılmaq, yəni hətta onu düşünməmək.
Bir şeydən ayrılmaq, yəni ondan ayrıldığın zaman onu ürəyindən tamami ilə silib atmaq.
Bir şeydən ayrılmaq, yəni artıq onun var olmasını belə unutmaq.
Bunlar ayrılığın mərhələləridir. Mərhələlər nə qədər yuxarı getdikcə yeni qurulmuş vüsal bir o qədər möhkəm olur. İnsan qopduğu şeydən nə qədər möhkəm qopursa hopduğu şeyə bir o qədər möhkəm hopa bilir.
Əsil ayrılıqda onun bütün mərhələləri təkmil olmalıdır.

Bəndə namaz qılarkən gözü ətrafını görmür, səsləri eşitmir, hər şeyi unudur, bütün fikir – xəyalı, problemləri və s... silir çıxarır ürəyindən. Get – gedə o yerə çatır ki, xaliqinin qarşısında durarkən pərvərdigarın əzəməti ona elə hakim kəsilir ki, ondan başqa bir varlıq görmür artıq. Bax, bu sözün əsil mənasında ayrılıq deməkdir.

Bəndə gündə beş vaxt ayrılmağa çalışır hər şeydən. Gündəlik beş vaxt. Çünki o, Ulu Rəbbinə qovuşmalıdır o vaxtlarda. Belə - belə aylar keçir, günlər keçir artıq aləmdən və onun içindəkilərdən ayrılmaq çox asan və eyni zamanda çox şirin olur ona.
Sonralar yavaş yavaş onun təzə qovuşduğu bu diyar ona doğma gəlməyə başlayır. Sanki haçansa bu diyarınkı imiş o. Anlayır ki, onun qurduğu bu vüsal yeni deyilmiş. Çünki o bir zamanlar Xaliqinin dərgahında imiş. Dünyaya qədəm qoyaraq o dərgahdan ayrı düşdüyünü anlayır sonunda.

Beləliklə namaz bəndəni bu diyardan ayıra – ayıra öncədən ayrı düşdüyü diyara geri qaytarır. O, o diyarda seyr edərkən bəzən elə duyğulara dalır ki, onun ayağına batmış oxu o halda dartıb çıxarırlarsa da ayağından, hiss etməz olur olanları, duymaz olur ağrıları.

Nəhayət ölüm vaxtı gəlir. Indi isə o, bir dəfəlik ayrılmalı, doğma diyarına geri dönməlidir. O bu aləmdən və onun içindəkilərdən onun içində ola –ola o qədər ayrılıb ki, və həm də yeni qovuşacağı yerin əslində onun doğma diyarı olduğunu anlayıb deyə ölümü təbəssümlə qarşılayır. Sevincindən hətta göz yaşlarını belə saxlaya bilmir. Ətrafındakılar nə düşünür?! Ölümün qorxusundan ağlayır, deyirlər. Dönür, baxır onlara aram - aram, dilinin ucunda belə pıçıldayır.





Ölərkən ağladım sandın ki, qorxum vardı canımda
Nədən qorxum, canım çıxmaq üçün amadə çoxdandı.

Uçubdur tutiyi – könlüm, bu cansız canı tərk etmiş,
Qırıbdır babi – zindanı, olub azadə çoxdandı.


Geri dön

_RONALDO_

  • 3 may 2011 21:15
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Hər bir ayrılıq vüsala doğru ilk addımdır.

--------------------

::..ONSLAUGHT::..

  • 20 fevral 2011 01:19
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
ehhhhhhh hec istemirem ayriliq olsun

tewekkur..............

tewekkur..............

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Vasif777

  • 19 fevral 2011 21:52
  • Məqalə: 58
  • Şərh: 295
  • Bal:
{awards}
сябрим чатмады ахыраджан охуйум

--------------------
Eline,Diline ve Beline sahib ol !!!
Hezreti Ali

Made_In_Bakinka

  • 18 fevral 2011 21:13
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
cox gozel yazidir tesekkurler

::..ONSLAUGHT::..

  • 18 fevral 2011 18:20
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
twk,,,.....................,.,.,.

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 18 fevral 2011 17:31
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox maraqlidi

nilayka

  • 18 fevral 2011 16:21
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tşk xebere gore winked

--------------------

CandyGirl

  • 18 fevral 2011 16:07
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
gozel movzudur,,,,,,,,

--------------------

MiYasKa KrEoZi

  • 18 fevral 2011 16:04
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
Hər bir ayrılıq vüsala doğru ilk addımdır.

4Ox goZeL mOvZuduR TeshEkkuR...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 23
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}