Aşura haqqında hədislər

 
Aşura haqqında hədislər

1.Hz. Əlidən rəvayət olunmuş bir hədisdə belə deyilir: “Bir nəfər ondan (hz. Əlidən) Ramazandan sonra hansı ayda oruc tutmağımı buyurarsan? soruşdu. Hz. Əli də belə cavab verdi: “Mən Rəsulullahın (s) yanında oturarkən bir nəfərin bu sualı verdiyini eşitdim. Rəsulullah (s) buyurdu: “Ramazandan sonra oruc tutacaqsansa Məhərrəmdə tut. Çünki o Allahın ayıdır (şəhrullah)” (Tirmizi. Sövm 40 (741) Həsən-qərib).
2. “Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı (şəhrullah) Məhərrəmdəkidir” (Tirmizi. Sövm 40 (740); Müslim. Siyam 202 (1163); Əbu Davud. Sövm 55).

3. İbn Abbas rəvayət edir ki: “Rəsulullah (s) Mədinəyə gəldiyi zaman yəhudilərin aşura günü oruc tutduqlarını gördü və onlara: “Bu nədir?” - deyə sual etdi. Dedilər ki: “Bu, saleh gündür. Bu gün Allah İsrail oğullarını düşmənlərindən xilas etdi. Musa peyğəmbər də bu gün (şükür əlaməti olaraq) oruc tutdu”. Peyğəmbər də: “Mən Musaya sizdən daha çox layiqəm”, - deyə buyurdu, o gün oruc tutdu və müsəlmanlara da tutmağı əmr etdi” (Buxari. Sövm, 69; Müslim. Siyam, 127 (1130).
4. Buxari və Müslim Hz. Aişənin (r) belə dediyini rəvayət edirlər: “Qureyşlilər Aşura gününü cahiliyyə dövründə oruc tutardılar. Rəsulullah (s) da bu günü oruclu keçirərdi. Mədinəyə gəldiyi zaman da bu orucu tutdu və tutulmasını əmr etdi. Ramazan orucu fərz qılınanda səhabələrinə dedi: “Kim istəyər o orucu tutar, kim də istəyər tutmaz”.
5. Müslim İbn Abbasdan (r) rəvayət edir ki, Rəsulullah (s) Aşura gününü oruc tutub və səhabələrinə də əmr etdiyi zaman dedilər ki, “Ya Rəsulullah bu günə yəhudilər və nəsranilər ehtiram edir.” Bu zaman Rəsulullah (s) buyurdu: “Gələn il olarsa inşallah doqquzuncu günü də tutarıq.” Ancaq gələn il gəlmədən Rəsulullah vəfat etdi.
Əhməd ibn Hənbəlin rəvayətində isə “Yəhudilərə müxalif olun bir gün qabaq, bir gün sonra oruc tutun” deyilir.
6. Rəsulullah (s) buyurmuşdur: “Aşura orucunun keçmiş ilin günahına kəffarət olmasını umuram” (Tirmzi. Sovm 48 (752)
6. İmam Əhmədin Hz. Ənəs yolu ilə etdiyi rəvayətdə deyilir:
“Yağış mələyi Rəsulullahın (s) yanına girmək üçün izin istədi. Ona izin verildi. Mələk içəri girdiyi zaman Allahın rəsulu (s) Ümmü Sələməyə (r): “Qapını bağla və qapıda dur ki, heç kəs yanımıza gəlməsin!” - deyə buyurdu. Ancaq Əlinin oğlu Hüseyn (r) gəldi və qaçaraq içəri girdi, Rəsulullahın (s) çiyninə dırmaşdı. Mələk Rəsulullahdan (s) soruşdu:
- Sən onu sevirsənmi?
- Bəli.
- Ümmətin onu öldürəcək. İstəyirsən öldürəcəkləri yeridə sənə göstərim.
Bunuə dedikdən sonra mələk əllərini çırparaq Rəsulullaha (s) qırmızı rənglir torpaq göstərdi. Bu zaman Ümmü Sələmə (r) o torpağı götürərək paltarının bir ucuna yığıb düyünlədi. Ümmü Sələmə (r) deyirdi: “Biz Hüseynin (r) Kərbəlada öldürüləcəyini daha əvvəllər eşitmişdik”.
7. Həmçinin, Əhməd bin Hənbəl Abdullahın atasından bunu rəvayət edib:
“Mən Əli (r) ilə birlikdə yola çıxmışdım. Neynəvaya gəlib çatdıqda mənə: “Səbir et, ey Əbu Abdullah! Firat quyusuna çatdığın zaman səbir et!”- deyə səsləndi.
Mən ondan bununla nə demək istədiyini soruşdum. O da belə cavab verdi:
“Bir gün Rəsulullahın (s) yanına getmişdim. Gözlərindən yaşlar axırdı. Soruşdum ki, “Ey Allahın rəsulu, niyə ağlayırsan?” Cavab verdi:
-Bir az bundan qabaq Cəbrayıl yanımda idi. Mənə Hüseynin Firat quyusu yanında öldürüləcəyini bildirdi və istəsəm öldürüləcəyi yerin torpağını mənə iylədə biləcəyini söylədi. Əlini uzatdı və mənə bir ovuc torpaq verdi. Mən də o torpağı gördükdə dözə bilmədim, ağlamağa başladım”.
Hz. Hüseynin (r) kəsilmiş mübarək başı Küfəyə gətirildiyi zaman vali Übeydullah ibn Ziyad əlindəki əsa ilə onun dodaqlarına toxunmağa başladı. Buna tab gətirə bilməyən Rəsulullahın yaşlı səhabəsi Zeyd ibn Ərqam: “Çək o əsanı! Özündən başqa ilah olmayan Allaha and olsun ki, mən Rəsulullahı (s) o dodaqlardan öpərkən gördüm” deyərək özünü ağlamaqdan saxlaya bilməmişdi. Sonra saraydan çıxıb gedərkən toplanmış camaata yönələrək belə buyurdu: “Ey ərəb toplumu! Siz Fatimənin oğlunu öldürüb fahişənin oğlunu başınıza gətirdiz. Bundan sonra sizin şərəfliləriniz qılıncdan keçiriləcək, adilləriniz də kölələşdiriləcək. Bundan sonra köləsiz ey ərəb toplumu, kölə!!!”
İbn Teymiyyə demişdir: “ Aşura günü Allah Hüseynə şəhid olmağı nəsib etməklə hz. Hüseynin hörmətini ucaltmış, onu qətlə yetirənləri, habelə bu işdə onlara köməklik göstərənləri və bundan məmnun qalanları isə alçaltmışdır... Hüseynin qətlə yetirilməsi, həqiqətən də, böyük bir müsibətdir. Rəsulullahın (s.) əhli-beytini sevib onları gözətmək hər müsəlmanın borcudur”.
Hər şeyin doğrusunu Allah bilir.


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 19:00
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Allah razu olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 10 sentyabr 2014 12:24
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
ALLAH butun namazlari, oruclari qebul etsin.Bizlerede qismet etsin inshALLAH.Teshekkur meqaleye gore.ALLAH razi olsun.

__AzEkO__

  • 8 sentyabr 2014 13:47
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------

AySenKa

  • 6 sentyabr 2014 22:19
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Allah razi olsun

✰ღMouRnfuL GirLღ✰

  • 6 sentyabr 2014 21:23
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ღ✰ღTəşəkkürlərღ✰ღ

--------------------

2-ci kurs telebesi

^^YeRaZKa MeLeK^^

  • 6 sentyabr 2014 20:54
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
Allah sizden razi qalsin bele meqale hazirladigiviza gore smile

--------------------

Воровская

  • 6 sentyabr 2014 19:50
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
Allah razi olsun tewekkur edirem ))

--------------------




ヅ Bad Girl ヅ

  • 6 sentyabr 2014 19:20
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

awka-patnowka

  • 6 sentyabr 2014 19:13
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Təşəkkürlər..

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

вคɴค iкiмizi คɴlคт ❤

  • 6 sentyabr 2014 18:22
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Allah razi olsun can

_leka_the_one_

  • 6 sentyabr 2014 18:17
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

Mrs.mickey

  • 6 sentyabr 2014 18:05
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər....

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

♫ мєl๏dyคм ♫

  • 6 sentyabr 2014 17:43
  • Məqalə: 163
  • Şərh: 4827
  • Bal:
{awards}
İlk Şərh Məndən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}