Ətirimizi özümüz hazırlayaq

 
Ətirimizi özümüz hazırlayaq


Evdə özünüz ətir hazırlayaraq zərərli kimyəvi maddələrdən qoruna bilərsiniz. Bu yolla öz sağlamlığınızı da qorumuş olarsınız. Ətirlərdə işlədilən kimyəvi maddələrin 95 faizi neftdən hasil edilir və çoxu da olduqca zəhərlidir. Sizə elə gələ bilər ki, çiçək ətri verən bir ətri məhz elə həmin çiçəkdən hazırlayırlar. Amma bu, belə deyil. Onlar sintetik aromatizatorlar vasitəsilə ətirləndirilir ki, bunlar da neftdən hazırlanır. Dolayısı yolla da bu, bizim sağlamlığımıza mütləq təsir edir.
Evdə ətir hazırlamaq çox asandır. Aldığınız ətirlərdən fərqli olaraq bunların tərkibini də bilmiş olacaqsınız.

Ətir hazırlamaq üçün bunlara ehtiyacınız olacaq:

- Yağ turşusu

- Təmiz spirt (və ya orqanik araq)

- Saf su.

- Bitki mənşəli qliserin.

30 ml spirti tünd rəngli bir qaba boşaldın. Sevdiyiniz yağ turşusundan 10 damcı onun üzərinə əlavə edin. Amma hamısını birdən əlavə etməyin. Yağın hər damlasını əlavə etdikcə qabı yavaşca silkələyin ki, spirtə qarışsın. Spirtlə yağı ayrı bir qabda qarışdırandan sonra da tünd rəngli qaba əlavə edə bilərsiniz. Şüşənin ağzını bağlayın və 2 gün qaranlıq bir yerdə saxlayın. 2 gündən sonra bu qarışığın üzərinə 2 yemək qaşığı saf su əlavə edin və yaxşıca qarışdırın. Sonra üzərinə bir neçə damcı bitki mənşəli qliserin əlavə edin. Qliserin sayəsində ətir dərinizi qurutmayaqcaq. Qabın ağzını bağlayaraq yenidən qaranlıq bir yerdə 2 gün saxlamalısınız. Bundan sonra isə sprey tipli qabınız varsa, ətiri onun içinə boşalda bilərsiniz.
Yağlar çox olduğuna görə seçiminiz də çox və rahat olacaqdır. Ancaq gül yağları ilə ədviyyat yağlarının qarışdırılması məsləhət deyil. Çünki yağlar bir-biri ilə əks təsirə girə bilər. Məsələn, ola bilsin ki, iki yağı qarışdırasınız və bu yağlardan biri enerji verici, digəri isə sakitəşdirici xüsusiyyətə malik olsun. Yağları bu cür qarışdırmaq üçün müəyyən təcrübəyə və biliyə malik olmaq lazımdır. Ona görə də çalışın ki, haqqında məlumatınız olmayan yağları bir-biri ilə qarışdırmayın. Əgər yağ seçimində qərarsızsınızsa, o zaman istifadə etdiyiniz təbii kosmetik vasitələrinin tərkibinə baxa və oradan bir seçim edə bilərsiniz. Əgər yağı seçmiş, amma ondan nə qədər istifadə edəcəyinizi bilmirsinizsə, o zaman aşağıda yazılanlara nəzər yetirin.
4 damcılıq: berqamot, istiot, limon.

3 damcılıq: sidr ağacı, müşk sürvəsi, bosvelliya, qreypfrut, lavanda, naringi, mərzə.

2 damcılıq: kardamon, şirin çobanyastığı, zəncəfil, neroli, paçuli, istiot, çay ağacı.

1 damcılıq: limon otu, nanə, pelarqoniya, ilanq-ilanq.

Hazırlaya biləcəyiniz bəzi qarışıqlara nəzər salaq:

- 2 damcı zəncəfil, 4 damcı berqamot, 2 damla hil - ədviyyatlı gözəl bir ətir yaranacaq.

- 2 damcı yasəmən, 2 damcı ilanq-ilanq, 1 damcı səndəl ağacı yağı, 1 damcı gül yağı, 2 damcı vanil yağı - xoş bir çiçək ətri yaranacaq.

- 1 damcı pelarqoniya, 4 damcı limon, 4 damcı nanə: xoşbəxtlik gətirən bir yay təravətli ətir yaranacaq.

Bu tərkiblər 30 ml spirtə qatılır. Miqdarlarını iki dəfə artıraraq spirti 60 ml götürə bilərsiniz. Dərinizi qurutmamağı üçün 30 ml spirtə 10 damcədan artıq yağ vurulmamalıdır. Ətrinizi qaranlıq və sərin bir yerdə, mümkündürsə, soyuducuda saxlayın. Daim qaranlıq və sərin yerdə 1 il də xarab olmadan qalar.

Bitki tərkibli olduğuna görə təbii ətirlərin təsiri dəridə daha uzun müddət özünü qoruyub saxlaya bilir. Çoxu da yağ tərkiblidir deyə istifadəsi də xoş olur. Bu ətirləri təmiz dəriyə sprey vasitəsilə fısqırda və ya əlinizlə vura bilərsiniz. Bu ətirlər üçün ən uyğun yer biləklər, sinə arası, dirsəklərin iç hissəsi və boyun nahiyələridir. Bu nahiyələrdə dəri incə olduğuna görə dərinin altındakı damardan qan keçdikcə istiliyi ətrin yayılmasına səbəb olur.

Hər bir xanım evində baxımlı və səliqəli olmalıdır. Bu ətirlər vasitəsilə həm sağlamlığınızı qoruyacaq, həm də evinizdə gözəl əhval-ruhiyyə yaradacaqsınız.


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 21:28
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Tek ve Son

  • 10 sentyabr 2014 14:50
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Hazirlari qane edir meni. winked )))Teshekkur.

AySenKa

  • 8 sentyabr 2014 15:47
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Təşəkkür edirəm

_leka_the_one_

  • 7 sentyabr 2014 23:31
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Rəylər üçün təşəkkür.. winked

✰ღMouRnfuL GirLღ✰

  • 7 sentyabr 2014 20:46
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ஐღ.Təşəkkürlər.ღஐ

--------------------

2-ci kurs telebesi

вคɴค iкiмizi คɴlคт ❤

  • 7 sentyabr 2014 17:24
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkur ediremm

^^YeRaZKa MeLeK^^

  • 7 sentyabr 2014 16:13
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
yaxsi cox sagol

--------------------

Yokka_

  • 7 sentyabr 2014 16:03
  • Məqalə: 166
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekurlerler

★★ Pessimistka ★★

  • 7 sentyabr 2014 11:13
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
{awards}
tewekkurler

__AzEkO__

  • 7 sentyabr 2014 10:41
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------

Воровская

  • 7 sentyabr 2014 10:17
  • Məqalə: 74
  • Şərh: 1356
  • Bal:
{awards}
)) Vay bee ) Necede superdi
Istediyin etiri ozun ala bilersen tewekkur

--------------------




★Love World★

  • 7 sentyabr 2014 09:31
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Tesekkurler.

--------------------

ヅ Bad Girl ヅ

  • 7 sentyabr 2014 09:03
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}