Cinlər haqqında surə

 
Cinlər haqqında surə

Cinlər - Uca Allahın yer üzərində oddan yaratdığı şüurlu məxluqlardır. İnsanlar kimi cinlərdən də müsəlman və ya kafir olanı vardır. İnsanları doğru yoldan sapdıranları şeytan adlanırlar. İnsanlar bəzən onları görə bilir. Peyğəmbər demişdir: “Dünən cinlərdən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. Lakin Allah mənə onu tutmağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin dirəklərindən birinə bağlayım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz, ancaq qardaşım Suleymanın dediyini xatırladım. O demişdir: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın.” (Sad, 35). (əl-Buxari, 461).
Allahın qadağan etdiyinə baxmayaraq cadugərlər və baxıcılar cinlərlə əlaqəyə girirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mələklərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda sözləri, üstəlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahinlərə təlqin edirlər.” (əl-Buxari, 3210). Kahin gələcəyi bildiyini iddia edən adama deyilir. Uca Allah Qurani Kərimdə bu iddianın əsassız olduğunu bildirərək belə buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır” (Loğman, 34).
Uca Allah insanları yalnız Allaha ibadət etmələri üçün yaratdığı kimi cinləri də bu məqsədlə yaratmışdır. O buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56).

Ona görə də Qurani Kərim həm insanları, həm də cinləri xəbərdar etmək üçün nazil edilmişdir. Qurani Kərimdə cinlər haqqında ayrıca əl-Cinn surəsi vardır. Bu surənin nazil olma səbəbi haqqında rəvayət edilir ki, Peyğəmbər bir dəstə səhabə ilə Ukaz bazarına getdilər. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəhyi) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduzlar təqib etmişdir.
Onlar İblisin yanına qayıtdıqda şikayət edib dedilər: “Biz səmavi xəbəri öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!”
O dedi: “Sizə mane olan baş vermiş yeni hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və bu hadisənin nə olduğunu öyrənin!”
Onlar, səmavi xəbəri öyrənməyə mane olan əsas səbəbi öyrənmək üçün yer üzünü məşriqdən məğribə kimi gəzib dolaşdılar. Onlardan bir dəstə Tihaməyə tərəf getdi. Bu zaman onlar Ukaz bazarına getmək istəyən Peyğəmbərin səhabələri ilə birlikdə xurma ağacının yanında sübh namazını qıldığını gördülər və onun oxuduğu Qurana qulaq asıb dedilər: “Budur bizi səmavi xəbərdən məhrum edən.”

Sonra onlar öz qövmünün yanına qayıdıb dedilər: “Ey camaat! Biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.” Uca Allah da Peyğəmbərinə bu ayələri nazil etdi:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

“De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!” O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq. Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır. Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar. Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.

Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq. Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
Yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.
Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar".

Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.
Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!
Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
De: "Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!"

De: "Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadirəm!"
De: "Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır".
Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
De: "Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.

O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur ki, hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır".


Geri dön

qirilmis qelb

  • 1 oktyabr 2014 22:39
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
Ellerivize sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 1 oktyabr 2014 20:46
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
tewekkurlerr cox saqolun

--------------------




Fatmanur

  • 10 sentyabr 2014 19:49
  • Məqalə: 30
  • Şərh: 780
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

➰__Ýųśíf__➰

  • 9 sentyabr 2014 03:51
  • Məqalə: 298
  • Şərh: 5649
  • Bal:
{awards}
TəŞəKkÜr eDiRəM

^^YeRaZKa MeLeK^^

  • 8 sentyabr 2014 16:23
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

__AzEkO__

  • 8 sentyabr 2014 13:15
  • Məqalə: 61
  • Şərh: 529
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------

AySenKa

  • 8 sentyabr 2014 11:28
  • Məqalə: 27
  • Şərh: 2127
  • Bal:
{awards}
Allah razi olsun

ヅ Bad Girl ヅ

  • 8 sentyabr 2014 11:12
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Abuzer_el_Gafari

  • 8 sentyabr 2014 02:39
  • Məqalə: 8
  • Şərh: 369
  • Bal:
{awards}
Allah razi qalsin

.::Fidaw::.

  • 8 sentyabr 2014 00:42
  • Məqalə: 3
  • Şərh: 1062
  • Bal:
{awards}
Geceynen icimsde qorxu hissi yarandiye

_leka_the_one_

  • 8 sentyabr 2014 00:30
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Təşəkkürlər..

Biqeyrət....

  • 7 sentyabr 2014 23:56
  • Məqalə: 196
  • Şərh: 8694
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✰ღMouRnfuL GirLღ✰

  • 7 sentyabr 2014 22:26
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
ஐღ.Təşəkkürlər Allah razi olsun.ღஐ

--------------------

2-ci kurs telebesi

awka-patnowka

  • 7 sentyabr 2014 21:01
  • Məqalə: 6
  • Şərh: 389
  • Bal:
{awards}
T3sekkur edirem

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 7 sentyabr 2014 20:47
  • Məqalə: 694
  • Şərh: 18829
  • Bal:
{awards}
T3sekkur edirem

aysel1998

  • 7 sentyabr 2014 20:40
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
ilk seh urrrrrra
tvkkkkkkk,super....

--------------------
Yarpaq agacdan dusdukden sonra kuleyin oyuncafina cevrilir.Sen menim gozumden dusdukden sonra kimin oyuncagina cevrileceksen...............
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 44
Cəmi: 63

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 155
 
The Shield
Xəbərləri: 47
Cəmi: 310
 
Darling
Xəbərləri: 45
Cəmi: 930
 
aytc.sza
Xəbərləri: 37
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 21
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 17
Cəmi: 77
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 304
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
CaKoNDa
Xəbərləri: 6
Cəmi: 6
 
 
{slinks}