Allaha qulluqdan sonrakı vəzifəmiz nədir?

 
Allaha qulluqdan sonrakı vəzifəmiz nədir?

“Biz insana ata-anasına (gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. Dünya işlərində onlarla gözəl keçin. Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra Mənim hüzuruma qayıdacaqsınız. Mən də nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman, 31/14-15)

Bu ayələr ata-anaya yaxşılıqdan bəhs edir. Bu mövzu insanların diqqət göstərəcəyi ən əhəmiyyətli məsələlərdən biridir. Çünki həm böyükləri yəni, ata-ananı, həm də övladları yaxından maraqlandırır. Bu əhəmiyyətinə görə də Qurani-Kərimdə bir çox yerdə ata-ana haqqından, onlara yaxşılıq etməkdən danışılır. Məhz bunlardan biri də mövzu başlığını təşkil edən Loğman surəsinin 14-cü və 15-ci ayələridir.

Bu ayələrdən aydın olduğu kimi ata-anaya yaxşı davranmaq Allahın əmridir. Təbii ki, ata-ana hər cür yaxşılığa layiqdir. Çünki onlar bizlərin bu dünyaya gəlməyimizə səbəb olublar. Onlar olmasaydı, biz də olmazdıq. Əlbəttə, bizi Allah yaratdı,

amma onlar səbəbilə bədən əldə etdik, dünyaya gəldik. Allah bizə ruzi verdi, amma onların əlləriylə bizə çatdı. Onlar bizim üçün çalışdılar, bizi yedirdib içirtdilər, saxladılar, qorudular və himayə etdilər. Allah bizə necə qarşılıq gözləmədən nemət verdisə, onlar da bu xidməti bizə göstərdilər. Sevgiləri, qayğıları tamamilə səmimi və təbii olur, heç bir kənar təsir olmadan seviblər, himayə ediblər, qayğı göstəriblər.

Bu səbəblə onlara yaxşılıq etməli, onlan heç incitməməliliyik. Onlara yaxşılıq etmək, yalnız ehtiyaclarım qarşılamaq məqsədilə onlara maddi kömək göstərmək demək deyil. Bəli, bu da çox əhəmiyyətlidir, amma onlara ediləcək əsl yaxşılıq onların ehtiyaclarını qarşılamaqla yanaşı, onlan məmnun etmək, xoşbəxt olmaları üçün səy göstərməkdir. Hətta onlara ediləcək yaxşılıqların ürəkdən gəldiyini, səmimi olduğunu hiss etdirmək surətilə qəlblərini fərəhləndirən davranışlar göstərməkdir. Onlan incitməmək, bezdirmə mənasına gələn heç bir söz işlətməmək və hərəkət etməmək lazımdır. Onların əzabını çəkəcək olsqaq, yorulmaq, bezmək mənasına gələn “uf” deməyin belə bizə qadağan olduğu “İsra” surəsinin 23-cü ayəsində açıqlanmaqdadır. Onları kədərləndirən hərəkətlərdən uzaq durmaq, xəbər tutacaqları təqdirdə kədərlənəcəkləri məlumatları lazım olduğunda gizləmək, onların yanında ədəb qaydalarına riayət etmək, onları söhbətə daxil etmək də onları məmnun etməyin bir başqa yoludur. Bunlara da riayət etmək lazımdır.

Ata-anaya yaxşılıq etmək bəzi ayələrdə Allaha qulluqdan dərhal sonra yer alır. Bu vəziyyət mövzunun nə qədər əhəmiyyətli olduğunun açıq bir dəlilidir.

Ayələrdə və hədislərdə ata-anaya yaxşılıq birlikdə əmr edilsə də, anaya ediləcək yaxşılıq, ona göstəriləcək həssaslıq ayrıca vurğulanmaqdadır. Məhz bu ayədə də eyni şəkildə vurğulanmış, ananın vəziyyəti, uşaq ilə olan ünsiyyəti və yaxınlığı açıqca ifadə edilmişdir. Ana yalnız uşaq dünyaya gəldiyində deyil, dünyaya gəlməzdən əvvəl də çətinliklərlə qarşılaşmışdır. Hamiləliyin ilk dövrü ana üçün çətinliklərin başlanğıcı olduğu kimi, gedərək çətinləşən mərhələlər halında davam edir. Ananın uşağını daşıdığı, hər keçən gün daşımağın çətinləşdiyi, bu səbəblə də bir çox çətinlik çəkdiyi ayədə açıqca qeyd edilmişdir.

Ayədə Allaha şükr etmək və ata-anaya təşəkkür etmək də əmr edilməkdədir. Allaha bizi yaratdığı, müxtəlif nemətlər verdiyi üçün şükr etməyimiz lazımdır. Biz yox idik, O var etdi, bizi varlıq aləminə O göndərdi. Bizim həyatda qalmağımızı təmin edən, bizə ruzi verən Odur. Onun vermədiyini kimsə verə bilməz, Onun verdiyinə kimsə mane ola bilməz. O, hər şeyə gücü çatandır. Ana və atamıza də təşəkkür etməliyik. Bizim dünyaya gəlməyimizə səbəb olduqları, bizi öz canları qədər qoruduqları, heç bir fədakarlıqdan çəkinmədən həmişə bizim yaxşılığımız üçün səy göstərdikləri üçün təşəkkür etməliyik. Bu yalnız sözdə deyil, davranışlarla da göstərilməlidir.

Valideynə yaxşılıq və itaət hər vəsilə ilə əmr edilir. Ancaq məşru və məqbul olmayan hallarda onlara itaət etmək olmaz. Mövzu başlığı olaraq qeyd edilən ayələrin ikincisində bu məsələ dilə gətirilərək Allaha şərik qoşma tələbinə əsla itaət edilməyəcəyi açıqlanmışdır.

Bu da göstərir ki, ana və ataya itaət dini ölçülərə uyğun olması və ağlın qəbul etməsi şərtilə bir əmrdir. Onlarla yaxşı rəftar etmək, incitmədən xidmət etmək, məşru ölçülər daxilində onlarla münasibəti ən yaxşı səviyyədə davam etdirmək lazımdır.

Hədisi-şərif

Xızır Peyğəmbərlə Musa Peyğəmbər gəmidə səfər edərkən dor ağacına qonmuş bir quş görürlər. Quşun dimdiyində bir damla su var. Xızır (ə.s.) o quşu göstərib deyir:

- Ey Musa, quşun dimdiyindəki o bir damla su sənin elmindir, üstəlik mənim elmimdir, üstəlik də bütün bəşəriyyətin elmidir. Allahın elmi isə sonsuzdur, bu dəryalar onun yanında çox bəsit, çox kiçikdir.

"Zaman Azərbaycan"


Geri dön

qirilmis qelb

  • 2 oktyabr 2014 11:07
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

^^YeRaZKa MeLeK^^

  • 11 sentyabr 2014 19:06
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
✰ღTəşəkkürlərღ✰Allah razı qalsın✰ღ

--------------------

Fatmanur

  • 10 sentyabr 2014 16:29
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

qirilmis qelb

  • 9 sentyabr 2014 19:25
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Tewekkurlerrrr

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

вคɴค iкiмizi คɴlคт ❤

  • 9 sentyabr 2014 17:40
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

✰ღMouRnfuL GirLღ✰

  • 9 sentyabr 2014 17:24
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•.♥.•°.Təşəkkürlər.°•.♥.•°

--------------------

2-ci kurs telebesi

_leka_the_one_

  • 9 sentyabr 2014 15:39
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

^^FiDaNKa^^

  • 9 sentyabr 2014 12:28
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

__AzEkO__

  • 9 sentyabr 2014 12:16
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------

★★ Pessimistka ★★

  • 9 sentyabr 2014 10:46
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
{awards}
Allah razi olsun

Abuzer_el_Gafari

  • 9 sentyabr 2014 10:12
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
Allah razi qalsin

awka-patnowka

  • 9 sentyabr 2014 09:42
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

ヅ Bad Girl ヅ

  • 9 sentyabr 2014 09:30
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}