Rafael Dadaşov: "Qızıma qadağa qoymamışdım"

 
Rafael Dadaşov: "Qızıma qadağa qoymamışdım"

Akademik Milli Dram Teatrının tanınmış aktyoru, xalq artisti Rafael Dadaşovun musahibesi

- Rafael müəllim, necəsiniz, yay istirahətiniz necə keçdi?

- Yaxşıyam. Yay istirahəti deyəndə ki, bu yay xüsusi olaraq istirahət etmədim. Demək olar ki, Bakıda olmuşam. Ailəmin yanındaydım. Bir-iki günlük harasa getməyi saymasaq, evdəydim.

- Teatra gedib-gəlirsiniz?

- Hə, teatra gedib-gəlirəm.

- Bir neçə gün əvvəl Yaşar Nuriyə həsr olunmuş kitabın təqdimatı keçirildi. Orada yox idiniz.

- Çünki mən indi Naxçıvandayam. Anam bir az nasazdır. Ona baş çəkməyə gəlmişəm.

- Niyə Sofa xanımı Bakıya gətirmirsiniz?

- Anam doxsan yaşı haqlayıb. Onun Bakıya gəlməyə halı var? (gülür) Əvvəllər çox gəlib-gedirdi. İndi yaş imkan vermir.

- Mənə verdiyiniz müsahibələrin birində gündəlik qonorarınızın minimum 500 manat olduğunu bildirmişdiniz. Yenə də həmin qiymətə çəkilirsiniz?

- İndi elə də çəkiliş yoxdur. Bizim seriallarda yüksək səviyyədə pul da verilmir axı.

- Amma son zamanlarda sizi bir-iki serialda görmüşdüm...

- Hə, bəzi xırda rollarda çəkildim. İndi çəkilmirəm.

- İmtina etmisiniz, yoxsa dəvətlər yoxdur?

- Hələ ki, dəvət yoxdur, gözləyirəm.

- Ötən il "Qoca kloun tələb olunur" tamaşasını təhvil verdiniz. Bu il hansı yeniliklər olacaq?

- Teatrda yaradıcı proses başlamayıb deyə xəbərim yoxdur. Bəlkə də oldu.

- Efirdən də uzaq düşmüsünüz elə bil.

- Yaydır axı. Yəqin ki, havalar sərinləşəndən sonra efirlərdə olacağam. Amma ara-sıra çəkilişlərə gedirəm. Məsələn, dünən “Ovqat” verilişində idim. İki həftə əvvəl çəkilmişəm.

- Sizə aktyorlar arasında fikir ayrılığı yaradan bir məsələ haqda sual vermək istəyirəm. Bir qisim həmkarlarınız hesab edirlər ki, aktyor toya tamada qismində getməməlidir, başqa bir qismi isə düşünür ki, burada qəbahət yoxdur. Siz necə düşünürsünüz?

- Hələ sovet vaxtında bu barədə ilk fikrini bildirən sənətkarlardan olmuşam. 90-cı illərin əvvəlindən də demişəm ki, tamadalıqda qəbahət yoxdur. Əgər sənətkarın gücü çatırsa, niyə tamadalığa getməsin ki? Burada qəbahət yoxdur. İndi tamadalığa heç ehtiyac da yoxdur. Sənətkarın danışıq qabiliyyəti, şeir demək bacarığı, böyük-kiçik yeri bilmək cəhəti məclisdə lazımdır. Toyu, nişanı idarə etmək elə də asan iş deyil.

- Özünüz toylara tamada kimi gedirdiniz?

- Cavan vaxtı getmişəm. Amma son iyirmi ildə getmirəm. Bəlkə də yaşla əlaqədardır.

- Yaşdan söz düşmüşkən, səhhətiniz, sağlamlığınız necədir?

- Şükür Allaha, yaxşıdır.

- Bir ara çəki probleminiz var idi.

- Hə, bir az kökəlmişəm. Amma ümumən özümü yaxşı hiss edirəm. Artıq çəki heç kimə rahatlıq gətirmir.

- Artıq 70 yaşı haqlamısınız. Bəlkə, memuar yazasınız? Ümumiyyətlə, bu barədə düşünmüsünüz?

- Hələ o dərəcəyə yetişməmişəm (gülür). Amma yəqin ki, nə vaxtsa yazacağam.

- Çoxları bilirlər ki, cavanlıqda sizə çoxlu sayda sevgi məktubları gəlirdi. Hətta bu barədə özünüz də demisiniz. Bəs indi necə, o məktublar gəlirmi?

- Yox, yox, indi məktublar gəlmir. Amma xoş sözlər eşidirəm. Düzdür, o məktublarda da xoş sözlər yazılırdı.

- Ümumiyyətlə, populyar olmaq necə bir hissdir?

- Əvvəla, populyarlıq hər kəsə nəsib olan şey deyil. İkincisi, populyar olan hər adam o populyarlığı saxlaya bilmir. Artıq uzun illərdir ki, insanların xoş münasibətini hiss edirəm, gözəl sözlərini eşidirəm. Bu, mənimçün xoşbəxtlikdir. Sağ olsunlar, qiymət verirlər, sevgilərini bildirirlər.

- Cavanlıqda sizə yazılan sevgi məktublarını saxlayırsınızmı?

- Yox, o məktubları kim saxlayır ki?

- Saxlayan aktyorlar var axı.

- Mən saxlamamışam.

- Bəlkə, həyat yoldaşınız qısqandığı üçün saxlamamısınız?

- Pis çıxmasın, makulatura yığmıram ki. Vaxtında göndərilib, ünvana çatıb və lazımi cavablar da verilib.

- Sizcə, niyə səhnə adamlarının - aktyorların, aktrisaların, müğənnilərin şəxsi həyatları əksər hallarda uğurlu alınmır?

- Özgə həyat, özgə tale qaranlıq məsələdir. Allah hərəyə bir tale, bir qismət yazır. Yəni belə şeylər insanın özündən asılı deyil. Nə yazılıbsa, onu da yaşayırsan.

- Bir müddət öncə qızınız Səidə Dadaşovanın mətbuata açıqlama verməyinə qadağa qoyduğunuzu bildirmişdiniz. Həmin qadağa yenə də davam edir?

- Mən qızıma qadağa qoymamışdım. Sadəcə demişdim ki, harayasa müsahibə verəndə mənimlə məsləhətləşsin.

- Yəqin ki, qızınızın şəxsi həyatının gündəmə gəlməməsi üçün belə etmişdiniz.

- Ümumiyyətlə, mən belə düşünürəm ki, böyük məsləhəti heç kimə ziyan gətirməz. Əksinə, böyüyün sözünə qulaq asmağın xeyri var. Hər halda daha təcrübəliyəm, necə cavab verməyi bilirəm. Sadəcə, bunu qadağan etmək kimi təqdim etmişdilər.

- Son bir ayda bu müsahibənin vaxtını məcburən bir neçə dəfə dəyişmişik. Sanki mətbuatdan qaçırsınız. Niyə?

- Xarakter etibarilə yenilik etməyi xoşlayan insanam. Müsahibə verəndə də etdiyim yeniliklərdən, gördüyüm işlərdən danışmağı sevirəm. Belə olanda müsahibə həm oxucuya, həm jurnalistə, həm də mənə maraqlı olur. Yoxsa gəl köhnədən danışaq, sandığın dibini qurdalayaq - bunu istəmirəm (gülür).


Geri dön

qirilmis qelb

  • 2 oktyabr 2014 12:01
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Hmm tewekkurrr

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

вคɴค iкiмizi คɴlคт ❤

  • 27 sentyabr 2014 21:54
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
{awards}
Tesekkur edieem...

__AzEkO__

  • 14 sentyabr 2014 00:06
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
Tewekurler

--------------------

(ړײ) Narkuwa(ړײ)

  • 12 sentyabr 2014 14:39
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

✰ღMouRnfuL GirLღ✰

  • 10 sentyabr 2014 22:18
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

вคɴค iкiмizi คɴlคт ❤

  • 10 sentyabr 2014 20:00
  • Məqalə: 665
  • Şərh: 18461
  • Bal:
{awards}
Melumata gore tsk...

Payız qoxulu

  • 10 sentyabr 2014 19:52
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------

ヅ Bad Girl ヅ

  • 10 sentyabr 2014 19:33
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

^^FiDaNKa^^

  • 10 sentyabr 2014 16:45
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

Prosta FaN

  • 10 sentyabr 2014 16:30
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

AySenKa

  • 10 sentyabr 2014 16:05
  • Məqalə: 27
  • Şərh: 2156
  • Bal:
{awards}
Təşəkkürlər..

Awk bir hayal

  • 10 sentyabr 2014 15:53
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Təşəkkürlər..

Fatmanur

  • 10 sentyabr 2014 15:43
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

qirilmis qelb

  • 10 sentyabr 2014 15:13
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
qadaga neye lazimdiki guya esas nezaret olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

awka-patnowka

  • 10 sentyabr 2014 15:11
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
ilk werh menden

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 23
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}