Anlaşılmazlığa düşən ərlə arvadı barışdıraq

 
Anlaşılmazlığa düşən ərlə arvadı barışdıraq


Ailə dini baxımdan evlənmələri üçün heç bir maneə olmayan bir qadın və bir kişinin qurduqları sosial, ictimai müəssisədir. Başqa bir ifadə ilə ailə kiçik bir cəmiyyət, cəmiyyət isə böyük bir ailədir. Müqəddəs Kitabımız Quran cəmiyyətin nüvəsini təşkil edən ailənin sağlam bünövrələr üstündə qurulmasını və qorunmasını istəyir. Ailənin hər bir fərdi haqq və məsuliyyət sahibidir. Həyat yoldaşları öz aralarında qarşılıqlı hörmət və sevgi ilə, bundan başqa bir-birlərinin haqq və məsuliyyətlərinə riayət edərək öz yuvalarının davamlı və xoşbəxt olmasına çalışarlar. Xoşbəxt və rahat bir ailə həyatı yaşamaq üçün həyat yoldaşları qarşılıqlı şəkildə bir-birini başa düşməli və bir-birinin sözünü dinləməlidir.

Ayə və hədislərdə qarşılıqlı haqq və vəzifələr göstərilmişdir. Kişilərin qadınlar üzərində məşru haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır (əl-Bəqərə, 2/228). Nisa surəsinin 19-cu ayəsində həyat yoldaşlarının bir-birini başa düşmələri və yaxşı yola getmələri tələb olunur:

”Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə onlara verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin. Əgər

onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sözdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun” (ən-Nisa 4/19).


Həyat yoldaşları bir-birinə qarşı yaxşı davranmağa və qarşılıqlı hüquqa riayət etməyə böyük səy göstərməlidirlər. Bu məsələdə möminlərə ən yaxşı nümunə sevimli Peyğəmbərimizdir. O, ömründə bir dəfə də olsa, heç bir qadına əl qaldırmamış və belə buyurmuşdur:

”Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olanınızdır. Mən də ailəsinə qarşı ən xeyirli olanınızam”.


Rəsulullah (s.ə.s.) öz həyat yoldaşını incidən kişilərin cəmiyyətdə yaxşı insanlar olmadığını da açıqlamış, ailə münasibətlərinin sevgiyə əsaslanmasının vacibliyini bildirərək qadınların haqlarına riayət edilməsini və bu işdə Allahdan qorxulmasını istəmişdir. Həyat yoldaşları arasında ixtilaf ola bilər. Nisa surəsinin 128-ci ayəsində narazılıq hallarında nə ediləcəyi haqda belə deyilir:

“Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqançlıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (kobud rəftardan) çəkinsəniz, şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!”.

Ər-arvad arasında narazılıq halı uzanarsa, onların ayrılacağından narahatlıq hiss edilərsə, həmin ailənin dağılmaması üçün “hakimə müraciət” metodu məsləhət görülür. Belə ki, kişinin və ya qadının öz haqlarından sui-istifadə edərək həyat yoldaşını çətin vəziyyətə salması halında hər iki tərəfin ailəsindən seçilmiş, dünyagörüşünə, mədəniyyətinə etimad edilən insanlardan ibarət hakimlər vasitəsi ilə baş verən problemlər həll edilir.

Göründüyü kimi, ailədə iki tərəf arasında baş verən qarşılıqlı hüquqların pozulması və anlaşmazlıq hallarının həll edilməsi üçün “hakimlərə müraciət” etməyi bizə Qurani-Kərim təklif edir. Onları daha yaxşı tanımaları və yola getməzliyin səbəbini daha yaxşı bilmələri üçün də təyin edilən hakimdən biri kişinin, digəri qadının ailəsindən olmalıdır. Çünki onlar hər iki tərəfin uşaqlığını, böyümə şərait və tərzlərini, istəklərini, ümid və umacaqlarını bilirlər. Qan bir, can bir olduqlarına görə də onlara dəyər verirlər. Qohum-əqrəba içərisində hakimliyə münasib, uyğun şəxslər varsa, yadların hakim təyin edilməsi düzgün olmaz.

Hakim hər iki tərəfin razılıq və təsdiqi ilə anlaşmazlıq problemini həll etməyə çalışaraq bunu bir nəticəyə bağlayan şəxsdir. Hakimlərin vəzifələri tərəfləri barışdırmağa çalışmaq, nöqsanı aradan qaldırmaq üçün bir metod təyin edib lazımi işi görməkdir. Ər-arvadı barışdırmaq istəyən hakimlər hər iki tərəfin düşüncələrinə, sözlərinə qulaq asar, aralarındakı narazılığın səbəblərini öyrənib onu həll etməyə çalışar. Əgər ər haqsızlıq etmişsə, hakim ona məsləhət verər və yaxşı yola getmələri üçün əlindən gələni edər. Əgər qadın haqsızdırsa, təyin edilən hakim ona öyüd-nəsihət verərək Allahın əmrlərini xatırladar və əri ilə xoş davranmağa dəvət edər. Ayənin də açıq şəkildə ifadə etdiyinə görə hakimi təyin edən ər-arvad, yaxud onlann ailələri deyil, dövlətin rəsmi qurumudur. Evlilik hüquq və ədəbinə riayət edilmədiyi hallarda rəsmi qurum hakim təyin etməklə məsuliyyətli orqandır. Ancaq bu məsuliyyət ər-arvadın da hakim təyin edilməsinə mane təşkil etmir.

Hakimlər həqiqətən barışdırmaq istəsələr, həyat yoldaşları barışmaq istəsələr, Allah ər-arvad arasındaki küsülülüyü yox edir və onlara rahatlıq verir. Şübhəsiz ki, Uca Allah alimdir, ər-arvadın hallarını çox yaxşı bilir və O, hər şeydən xəbərdardır.


Geri dön

qirilmis qelb

  • 2 oktyabr 2014 11:47
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Allah razi olsun

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 1 oktyabr 2014 18:39
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------




(ړײ) Narkuwa(ړײ)

  • 12 sentyabr 2014 14:50
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

✰ღMouRnfuL GirLღ✰

  • 10 sentyabr 2014 22:37
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

Payız qoxulu

  • 10 sentyabr 2014 20:04
  • Məqalə: 485
  • Şərh: 6443
  • Bal:
{awards}
Tewekkur qaqammm

--------------------

ヅ Bad Girl ヅ

  • 10 sentyabr 2014 19:49
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Prosta FaN

  • 10 sentyabr 2014 17:05
  • Məqalə: 0
  • Şərh: 1214
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
SəN "BaKı" Ol MəNDə SəNDəN AyRıLMaYaN "KüLəK"

^^FiDaNKa^^

  • 10 sentyabr 2014 16:47
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}
tewekkur edirem

Fatmanur

  • 10 sentyabr 2014 16:02
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

awka-patnowka

  • 10 sentyabr 2014 14:18
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
ilk werh menden

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}