Susqun (Bölüm 15)

 
Susqun (Bölüm 15)

Darıxmışdım sənin üçün balacam.

Bənövşə ürəyini titrədən bu sözlərinin sehrinə qapılıb Muradın gözlərinə baxırdı. Aralarında onsuzda az olan məsafə getdikcə qısalırdı. Kənardan baxdıqda hündürboy, bədənli Muradla, onun yanında qısa və cılız görünən Bənövşənin arasında neçə illik, bəlkə də əsrlik sevginin, həsrətin olduğu hiss olunurdu...

Murad əlini qaldırıb Bənövşənin onu dəli edən saçlarını sığalmaq istəyirdiki, əli havada qaldı. Çünki Bənövşə ani bir hərəkətlə geri çevrilmişdi. Masanın üzərindəki jurnalı götürüb, Murada baxmadan dedi:
-Mən çox məşğulam, belə mənasız söhbətlərə ayıracaq vaxtım yoxdur.
Murad eşitdiklərinə inanmırmış kimi gözlərini Bənövşəyə dikdi. Amma o Murada inadına baxmırdı sanki. Murad ümidini üzüb sinifdən çıxmaq istəyirdiki Bənövşənin son sözləri yenə onu gülümsətdi:
-Həm mən balaca deyiləm.


Murad sinifdən çıxdığı anda Bənövşə əlini tutub, ağrıdan ufuldadı. Bayaq Murada qapılmamaq üçün biraz uzun olan dırnaqlarını ovucuna batırmışdı. İndi də ovcuna baxanda
qanadığını görüb, uşaq kimi çiynini çəkdi. Jurnalıda götürüb dəhlizə çıxanda bir qızın pəncərinin kənarında ağladığını gördü. Ürəyi ağrıdı. O ağlayanda heç kəs onun dərdi ilə maraqlanmazdı, amma o elə olmayacaqdı. Qıza yaxınlaşıb gülümsəyərək soruşdu:
-Niyə ağlayırsan?
Qız başını qaldırıb mehribanlıqla gülümsəyən üz görüb daha da kövrələrək hönkürməyə başladı. Bənövşə bundan heç çəkinmədən qızın qolundan tutub məktəbin həyətinə çıxartdı. Özünün həmişə ağlamaq üçün getdiyi küncə aparıb, quru götüyə oturaraq əmranə bir şəkildə dedi:
-Danış.
Qız gözünü silib danışmağa başladıqda Bənövşə təəccübdən donub qaldı. Qaynanası neçə ildi Rusiyada tüfeyli həyatı keçirən 36 yaşlı oğluna, hələ 1 ay əvvəl 15 yaşı tamam olan bu qızcığazı-Rənanı
"almaq" istəyirdi. Həmdə 2 həftə sonra toy olmalı imiş, çünki Muradın qardaşı Ruslan 1 aya Rusiyaya qayıtmalı idi. Rəna bütün bunları danışarkən ata-anasına haqq qazandırırdı. Çünki onun ailəsinin işlətdiyi dükanlar Alagöz xanımın rəhmətə gedən ərinin idi və
Alagöz xanım istəsə 1 günə onları müflis edə bilərdi. Bənövşə bütün bunları dinlədikcə gülməyini güclə saxlayırdı, çünki butun bunlar ona təzəlikcə baxdığı "O olmasın, bu olsun" filmini xatırladırdı.
"Demək hənalı saqqalı olan Məşədi İbad əvəzinə, Alagöz xanım. Yox, mənim kimi bu qızın da həyatını məhv etməyinizə icazə verməyəcəm!"-deyə düşünüb Rənaya baxıb dedi:
-Deməli valideynlərin səni vermək istəmirdi?
-Bəli müəllimə.
-Hmm... Bundan sonra nə sənin dərsin var, nə mənim. Apar məni evinizə.
-Müəllimə axı...
-Qorxma, mən nə etdiyimi bilirəm...


Bənövşə Rənagilin evindən üzündə böyük bir təbəssümlə çıxmışdı. Elə bir plan qurmuşduki həm Rənanın həyatı qurtulacaqdı, həm də Alagöz xanıma böyük zərbə vuracaqdı. Bunun sevinci ilə gedirdiki, birdən bu yolu xatırladı. Qabaqda Böyük Çinar var idi. Özü səbəbini bilmədən ürəyi sürətlə döyünməyə başladı. Başını aşağı salıb çinarın yanından keçmək istəyəndə, köhnəki vərdişlə dönüb baxdı. Yenə "o", yenə eyni
gülümsəmə və yenə eyni qulaqlarını batıran ürək döyüntüsü. Bu hisslərdən qurtulmaq üçün yoluna dəvam etmək istəyirdiki bir səs onu saxladı:
-Bənövşə...
Ayaqları yerə mıxlanmış kimi tərpənə bilmirdi. Nə yola dəvam etməyə taqəti var idi, nə də geriyə çevrilməyə cəsarəti. Murad bunu anlamış kimi ona yaxınlaşıb gözlərinə baxaraq soruşdu:
-Danışa bilərik?
Bənövşənin başını
"hə" mənasında yellədiyini görüb, onun qolundan tutub Böyük çinarın altına apardı.
Bənövşə itəatkarlıqla Muradın onu aparmasına icazə verərkən, beynində durmadan özünə bu sözləri deyirdi:
"Güclü ol, güclü ol. Təslim olma ona!"
Murad dayanıb Bənövşəni özünə çəkərək gözlərinə baxmağa başladı. Yenə 4 il əvvəlki mənzərə idi. İri Muradın qolları arasında titrəyən cılız Bənövşə. Amma 4 il bundan qabaq onları bağlayan yalnız saf hissləri idi, lakin indi bir-birlərinin çoxdan olmuş iki insan həsrətlə baxırdılar qarşısındakinə. Hələ Murad...çətindir sənin olana bu qədər yaxınkən toxunmamaq. Amma öz güclü iradəsi hesabına özünü toplayıb dedi:
-Dəyişilmisən balaca.
Bənövşə sanki "balaca" sözünə ayılıb, onu özündən itələdi. Uşaq şıltaqlığı ilə ayağını yerə vurub, əsəbiliklə dedi:
-Mən balaca deyiləm!
Murad gulməyini güclə saxlayıb, rişxəndlə dedi:
-Hə, əlbətdə sən balaca deyilsən. Sən böyüksən, lap böyüksən. Az qala div boydasan.
Bənövşə Muradın bu sözlərindən daha da qəzəblənib:
-Div özünsən. Əl çək məndən!-deyib getmək istəyirdiki, ayaqqabısını azca hündür olan dabanı yumşaq torpağa girdi. Müvazinətini itirib, az qala yıxılanda Murad cəld tərpənib onu belindən tutub özünə çəkdi. Bənövşənin gözlərinə baxıb, pıçıltı ilə:
-Sən balacasan. Mənim balacamsan. Bunu yadından çıxarma.-deyib alnından öpüb arxasını dönüb getdi.
Bənövşə bir müddət tərpənmədən yolun ortasında dayandı. Sonra özünə gəlib asta addımlarla evinə tərəf getdi. Köhnə, kasıb görünüşlü evinə çatdıqda qapının ağzında biraz dayandı. Hələ də ona elə gəlirdiki bu qapıdan keçdikdə, yenə atasının dayanmayan zərbələri və təhqirləri
ilə qarşılaşacaq. Amma bilirdiki bu ev artıq boşdu. Atası o getdikdən 1 il sonra paraleç keçirtmiş və bədəninin yarısı iflic olubmuş. Südabə müəllimə nə qədər onu çağırmaq istəsədə, atası inadkarlığından əl çəkməyib
"o pozğun xalasının yanına gedən qız mənə lazım deyil!" deyib icazə vermirmiş. Sonunda baxımsızlıqdan heç 6 ay keçmədən rəhmətə gedibmiş. Bənövşə bütün bunları eşidəndə ağlamışdı. Amma bilmirdi necə də olsa atasının ölməsinə kədərdən ağlayırdı, yoxsa o məcbur olmadan, taleyin ondan əvvəl intiqam almasına sevinib ağlayırdı.
İndi bu düşüncələrdən bezmiş halda başını yelləyib içəri keçdi. Otağına keçib, heç paltarını dəyişməmiş xalasına zəng etdi. 2 həftə sonra edəcəklərini xalasına danışıb, ondan bəzi məsələlərdə kömək istədi. Xalası ona kömək edəcəyinə söz verdikdən sonra rahatlaşıb, sağollaşaraq telefonu söndürdü. Yatağına uzanıb tavana baxaraq edəcəklərini düşündü. Sonunda hiss etdiki nə fikirləşməyə çalışsa, sonu Murada gəlib çıxır. Təəssüflə köks ötürüb,
özünə pıçıldadı:
-İnanmıramki mənim anana etdiklərimdən sonra da mənə
"balacam" deyəsən. Amma səni itirməli olsamda bunu etməliyəm, məndən aldıqlarının intiqamını almalıyam-deyib əlini özüdə hiss etmədən qarnına apardı...


Geri dön

qirilmis qelb

  • 3 oktyabr 2014 16:24
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Yaz and elleroviz dert gormesin atdim secilmiwlere oxuyacam

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 2 oktyabr 2014 22:37
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkur ama oxumadim

--------------------




__AzEkO__

  • 14 sentyabr 2014 16:24
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
tewekurler

--------------------

awka-patnowka

  • 14 sentyabr 2014 14:38
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Təşəkkürlər..

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

ヅ Bad Girl ヅ

  • 14 sentyabr 2014 14:25
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

_leka_the_one_

  • 14 sentyabr 2014 13:39
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

Fatmanur

  • 14 sentyabr 2014 13:04
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

^^YeRaZKa MeLeK^^

  • 14 sentyabr 2014 12:42
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
★Təşəkkürlər★

--------------------

^^FiDaNKa^^

  • 14 sentyabr 2014 10:11
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}

Təşəkkür edirəm


Tek ve Son

  • 14 sentyabr 2014 09:55
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.

(ړײ) Narkuwa(ړײ)

  • 14 sentyabr 2014 09:01
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 39

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}