İmanın əsasları-Giriş (1)

 
İmanın əsasları-Giriş (1)

Əziz Legend.azlılar, bu gün dünya elə bir hala gəlibdir ki, hər kəs
öz bildiyi doğrusunu camaata çatdırmağa çalışır, amma əsl doğru bir kənarda qalaraq öz zamanını gözləyir. İslam
ı parçalamaq üçün o qədər bilgilər saxtalaşdırır ki, adamların çoxu müəmma içində qalır və kimə, nəyə inanacağını artıq bilmir.
Ona görə də belə qərara gəldim ki, Dinimiz barədə təməl bilikləri sizinlə paylaşım. Unutmayın, hər birimizin əqidəsi İslam olmalı və Allahın qoyduğu,
Muhamməd Peyğəmbərin (s.a.s) göstərdiyi yol ilə getməyə çalışmalıyır. Allah bizə bu yolu tapmağı və daim bu
yolu izləməyi nəsib etsin. Bu gün sizlərlə İslamın əsasları barədə-iman və onun əsasları barədə məlumatlar paylaşacağam
. Ümid edirəm ki, xəbərləri mütəmadi olaraq izləyəcək və birlikdə müəyyən məlumatlar mənimsəyəcəyik. Elə isə keçək əsas mövzuya.
Quran və sünnə əsasında imanın əsasları

Bu dini bizim üçün kamil edən, bizə olan nemətini tamamlayan, bizim müsəlman
ümmətimizi ən xeyirli ümmət edən və bizə öz içimizdən Allahın ayələrini bizə oxuyan, bizi
günahlardan təmizləyən, Kitabı və hikməti bizə öyrədən bir elçi göndərən Allaha həmd olsun!

Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və
səhabələrinə Allahın salavatı və salamı olsun! Sonrasına gəlincə, həqiqətən, cinlərin və insanların yaradılışında
hikmət Tək Allaha ibadət etməkdir. Bu xüsusda Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım

(əz-Zariyat, 56). Elə bu səbəbdən də əsas və mübarək mənbələrdən– Allahın Kitabı və Onun elçisinin (s.a.s)
Sünnəsindən götürülmüş tövhid və düzgün əqidə həmin o ibadətin yerinə yetirilməsi üçün qayədir. Tövhid bu
kainatın qurulmasına rəvac verən bünövrədir. Odur ki, tövhidin aradan qaldırılacağı təqdirdə bu kainatda fəsad,
qarmaqarışıqlıq və hərc-mərclik meydana gələr. Bu xüsusda Uca Allah buyurur: “Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların

hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!” (əl-Ənbiya, 22).

Pak və müqəddəs Allah həmçinin buyurur: “Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır.
Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini
biləsiniz
” (ət-Talaq, 12). Bu (mövzuya dair) başqa ayələr də mövcuddur.

İnsan ağlı bu əqidəni təfsilatı ilə dərk edə bilmədiyinə görə, Allah Öz elçilərini göndərmiş və Öz kitablarını
nazil etmişdir ki, bunu insanlara müfəssəl şəkildə izah etsin və onlar da elmə və mötəbər dəlillərə əsaslanaraq,
həmçinin açıq-aydın əsaslara və düzgün etiqada istinad edərək Allaha ibadət etsinlər. Odur ki, Allahın
elçiləri bir birinin ardınca göndərilərək bu əqidəni (insanlara) təbliğ etmiş və onu (müfəssəl şəkildə) bəyan
etmişlər. Pak və müqəddəs Allah bu xüsusda belə buyurur: “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir
peyğəmbər gəlmiş olmasın” (Fatir, 24). Allah həmçinin buyurur: “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (əl-Muminun,

44
). Bu o deməkdir ki, peyğəmbərlər bir-birinin ardınca göndərilmiş və nəhayət, bu ardıcıllıq onların ən hörmətlis
i, ən fəzilətlisi və imamları sayılan Peyğəmbərimiz Muhəmməd (s.a.s) ilə tamamlanmışdır. O, Allahın risalətini
təbliğ etmiş, öhdəsinə düşən vəzifəni yerinə yetirmiş, ümmətə öyüd-nəsihət vermiş, Allah yolunda səmimi-
qəlbdən (canı və malı ilə) vuruşmuş və (insanları) gizlində və aşkarda Allaha dəvət etmişdir. O, boynuna düşən peyğəmbərlik yükünü layiqincə daşımış, Allah
yolunda ən ağır əziyyətlərə məruz qalmış və bütün bunlara, digər ulul-əzm (Ulul-əzm peyğəmbərləri deyildikdə xüsusi əzmkar və səbirli olanlar nəzərdə tutulur. Bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir (s.a.s)) peyğəmbərlərin səbir etdiyi kimi, səbir etmişdir.
O, (bəşəriyyəti) o vaxta qədər Allaha tərəf çağırmış və Onun doğru yoluna yönəltmişdir ki, nəhayət, Allah onun əli ilə bu dinə bu dinə zəfər qazandırmış və Öz nemətini tamamlamışdır. Məhz onun dəvəti sayəsində insanlar dəstə-dəstə Allahın dininə daxil olmuşlar.
Allah Öz peyğəmbərinin əli ilə bu dini kamilləşdirməyincə və Öz nemətini tamamlamayınca Peyğəmbər
(s.a.s) bu dünyadan köçməmişdir. Bu xüsusda pak və müqəddəs Allah bu ayəni nazil etmişdir: “Bu gün
dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.
” (əl-Maidə, 3).

Peyğəmbər (s.a.s) bu dini tamamilə–bütün əsasları və ikinci dərəcəli ayinləri ilə bəyan etmişdir. Bu
xüsusda hicrət diyarının (Burada "hicrət diyarı" deyildikdə, Peyğəmbərimizin (s.a.s) və onun səhabələrinin
hicrət etdiyi Mədinə şəhəri nəzərdə tutulur.) imamı Malik ibn Ənəs (r.a) demişdir: “Peyğəmbər (s.a.s) öz
ümmətinə ayaqyolunda təmizlənməyi öyrətmiş, amma tövhidi öyrətməmişdir
”– deyə
onun haqqında pis zənn etmək ağlasığmazdır.

Peyğəmbər (s.a.s) (bəşəriyyəti) tövhidə və səmimi qəlbdən
Allaha ibadət etməyə, habelə şirkdən tamamilə–həm böyüyündən, həm də

kiçiyindən üz çevirməyə çağırmışdır. Elçilərin hamısının vəzifəsi də məhz bu
olmuşdur. Belə ki, onların hamısı tövhidə dəvət xüsusunda

həmrəy olmuş və yekdilliklə buna dəvət etmişlər. Üstəlik, bu onların dəvətinin çıxış nöqtəsi,
peyğəmbərlik missiyasının məğzi və onların

göndərilməsinin əsas məramı olmuşdur. Bu xüsusda Uca Allah buyurur: “Biz hər ümmətə:
“Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmi
ş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu
!” (ən-Nəhl, 36). O, həmçinin buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir
məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (əl-Ənbiya, 25). O, həmçinin buyurur: “Səndən əvvəl
göndərdiyimiz elçilərdən – onların davamçılarından soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı
icad etmişik?” (əz-Zuxruf, 45). O həmçinin buyurur: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə,
Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi:–Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” (əş-Şura, 13).

İmam Buxari və Muslimin “Səhih” əsərlərində Əbu
Hureyradan (r.a) rəvayət edilmiş hədisdə Peyğəmbər r demişdir: “Peyğəmbərlər

ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri
birdir”(“Səhih əl-Buxari”, 3443; “Səhih Muslim”, 2365.).

Peyğəmbərlərin dini və əqidəsi eyni, şəriət qayda-qanunlar
ı isə başqa-başqa olmuşdur. Bu haqda Uca Allah buyurur: “Sizlərdən hər

biriniz üçün bir şəriət və bir yol təyin etdik” (əl-Maidə, 48).
Elə buna görə də hər bir müsəlman yəqin bilməli və hər bir
möminə aydın olmalıdır ki, dini məsələlərdə mülahizə yürütmək
və ağıla istinad edərək hökm vermək olmaz. Odur ki, yer üzündə olan
hər bir müsəlman, peyğəmbərlərin və elçilərin etiqadı üzərində olmalı, onların iman gətirdikləri, üstəlik heç bir şəkk və tərəddüd etmədən dəvət etdikləri əsaslara iman gətirməlidir.

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi,
möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə,
kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər:–Biz Onun
elçiləri arasında fərq qoymuruq! Onlar dedilər:–Eşitdik və itaət etdik!
Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!
” (əl-Bəqərə, 285).

İman gətirmək, Allaha boyun əymək, təvazökar olmaq, itaətkarlıq
göstərmək və qəbul etmək–məhz bunlar möminlərin gördüyü işlər

və onların tutduğu yoldur. Mömin bunları yerinə yetirdiyi təqdirdə
ona salamatlıq nəsib olur və o, əmin-amanlıq içində yaşayır. Üstəlik

onun mənəviyyatı təmizlənir, qəlbi rahatlıq tapır və batil etiqadları üzündən yolunu azmış insanların düşdüyü azğınlıqdan–təzadlı

düşüncələrdən, ziddiyyətli fikirlərdən, şübhəli məsələlərdən,
yanlış qərarlardan, hərc-mərclikdən və qərarsızlıqdan tamamilə uzaq olur.

Dəyişməz əsasları, tutarlı özülləri və möhkəm dayaqları olan düzgün İslam əqidəsi
insanlara həm bu dünyada, həm də Axirətdə xoşbəxtlik, firavanlıq və uğur qazandıran

yeganə əqidədir. Bu ona görədir ki, İslam əqidəsi açıq-aydın əlamətləri, mötəbər dəlilləri, tutarlı əsasları v
ə sübutları olan, habelə qüsursuz fitrətə, sağlam düşüncəyə və saf qəlbə uyğun gələn bir əqidədir. Elə buna
görə də bütün İslam aləminin bu saf əqidəni öyrənməyə böyük ehtiyacı vardır. Belə ki, bu aləmin xoşbəxtliyi
məhz həmin əqidədən asılıdır və onsuz nicat tapmaq mümkün deyildir.

Müsəlman bu yığcam risalədə hər bir müsəlman üçün ən lazımlı sayılan İslam əqidəsinin əsaslarını
və onun ən mühüm dayaqlarını,

habelə bu əqidənin ən bariz xüsusiyyətlərini və əlamətlərini tapa bilər. Üstəlik bunların hər birinin
dəlil-sübutla əsaslandırıldığını da görə bilər. Bu məlumatlar Quran və Sünnə işığında imanın əsaslarını açıqlayır.
Bunlar isə peyğəmbərlərdən miras qalmış, gün kimi aydın

olan, kiçikdən böyüyə qədər hər kəsin ən qısa müddətdə dərk edə biləcəyi əzəmətli əsaslardır.
Hidayətə qovuşdurmaq isə təkcə Allaha

aiddir!

Pak və müqəddəs Allahdan diləyirik ki, bunun sayəsində cəmi müsəlmanlara xeyir nəsib etsin
! Axırda yenə Uca Allahı tərif edib

deyirik: Həmd olsun aləmlərin Rəbbi Allaha!


Geri dön

qirilmis qelb

  • 3 oktyabr 2014 16:27
  • Məqalə: 65
  • Şərh: 2760
  • Bal:
Sagolun atdim secilmiwlere

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 2 oktyabr 2014 22:36
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
Allah razi olsun

--------------------




Mələyimin mələyi

  • 26 sentyabr 2014 23:15
  • Məqalə: 264
  • Şərh: 1831
  • Bal:
{awards}
Təşəʞʞüяləя..

--------------------

_leka_the_one_

  • 15 sentyabr 2014 17:58
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Rəylərə görə təşəkkür winked

awka-patnowka

  • 14 sentyabr 2014 14:38
  • Məqalə: 6
  • Şərh: 389
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

ヅ Bad Girl ヅ

  • 14 sentyabr 2014 14:25
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

Fatmanur

  • 14 sentyabr 2014 13:04
  • Məqalə: 30
  • Şərh: 780
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

^^YeRaZKa MeLeK^^

  • 14 sentyabr 2014 12:44
  • Məqalə: 190
  • Şərh: 4245
  • Bal:
{awards}
★Təşəkkürlər★Allah razı olsun★

--------------------

^^FiDaNKa^^

  • 14 sentyabr 2014 10:13
  • Məqalə: 48
  • Şərh: 5783
  • Bal:
{awards}

Təşəkkür edirəm


Tek ve Son

  • 14 sentyabr 2014 09:56
  • Məqalə: 5
  • Şərh: 516
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun.

(ړײ) Narkuwa(ړײ)

  • 14 sentyabr 2014 09:02
  • Məqalə: 6
  • Şərh: 608
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}