İmanın əsasları-3

 
İmanın əsasları-3

[Quran və sünnə işığında imanın əsasları

RÜBUBİYYƏ TÖVHİDİ

1. Tərifi: a) Lüğəti mənası: Rübubiyyə sözü rabəbə felindən
əmələ gəlmiş məsdərdir. Rəbb sözü də bu feildən əmələ gəlmişdir. Rübubiyyə
Allahın sifətidir. Bu, Allahın Rəbb adından götürülmüşdür. Rəbb sözü ərəb dilində
müxtəlif mənalar daşıyır: bunlardan bəziləri hökm-
dar, itaət olunması gərəkən rəhbər, islah edəndir.
b) İstilahi mənası: Rübubiyyə tövhidi–Allahı Onun gördüyü işlərdə təkləşdirməyə deyilir.
Bu işlərə yaratmaq, ruzi vermək, hökmranlıq etmək, nemət vermək, mülk sahibi olmaq
, surət vermək, əta etmək və məhrum etmək, fayda vermək və zərər yetirmək, öldürüb-
diriltmək, dəqiq idarə etmək, hökm vermək və təqdir etməyi misal göstərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər
bir bəndə bunlara iman gətirməlidir.

2. Dəlilləri a) Qurandan dəlillər: Uca Allah buyurur: “O, göyləri görə biləcəyiniz bir
dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar
qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın
azğınlıq içindədirlər
” (Loğman, 10-11). Uca Allah həmçinin buyurur: “Bəlkə onla
r öz-özünə (yaxud əbəs yerə) yaranıblar? Yaxud onlar yaradanlardır?
” (ət-Tur, 35).

b) Sünnədən dəlillər: İmam Əhməd və Əbu Davud Abdullah ibn Şixxirdən (r.a)
Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Seyyid, Uca və Ulu Allahdır...
” Tirmizinin "Sünən" əsərində və başqa rəvayətlərdə Peyğəmbər (s.a.s) İbn Abbasa
vəsiyyət edərək demişdir: “Bil ki, bütün ümmət yığışıb sənə fayda vermək istəsə, Allahın sənin üçün
yazdığından başqa sənə heç bir fayda verə bilməzlər. Həmçinin əgər onlar yığışıb sənə bir zərər
yetirmək istəsələr, Allahın sənin üçün yazdığından başqa sənə heç bir zərər yetirə bilməzlər. Artıq qələmlər qaldırılmış, mürəkkəblər də qurumuşdur.” (“Sünən Tirmizi”, 2516; “Müsnəd Əhməd”, 1/307. Bu hədisi Tirmizi “həsən”, Hakim isə “səhih” hesab etmişdir.)
c) Əqli dəlillər: Ağıl Allahın möcüzələrinə baxıb onlar haqda düşünməklə Allahın varlığına və onun
rübubiyyətdə tək olmağına, Onun kamil qüdrət sahibi olmasına və insanlar üzərində nəzarət etməsinə dəlalət edir.
Belə ki, Allahın yaratdıqlarına baxıb onunla Allahın rübubiyyətdə tək olmasına müxtəlif yollarla dəlil gətirmək olar. Həmin yolların ən məşhuru ikidir:
Birinci yol: İnsanın yaradılışı barədə düşünməklə Allahın möcüzələrinə nəzər salmaqdır ki, bu da nəfsi dəlalət adlanır. İnsan
Allahın ən böyük möcüzələrindən biridir ki, bununla Allahın tək şəriksiz olmasına dəlil gətirmək olar. Uca Allah buyurur: “Qəti inananlar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?” (əz-Zariyat, 20-21). Uca Allah həmçinin
buyurur: “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” (əş-Şəms, 7). Əgər insan özü haqda, habelə
Allahın onu qəribə biçimdə
yaratdığı barədə dərindən düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik və (hər şeydən) Xəbərdar olan Rəbbi var. Axı insan özünün
yaranmış olduğu nütfəni yarada bilməz, yaxud bu nütfəni laxtalanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti sümüklərə çevirə bilməz, yaxud bu sümükləri ət ilə örtə bilməz.

İkinci yol: Allahın kainatı yaratmasındakı möcüzələrə nəzər salmaqdır ki, buna da kainat dəlilləri deyilir.
Bu da Allahın rübubiyyətinə dəlalət edən ən böyük möcüzələrdən hesab olunur. Uca Allah buyurur: “Quranın haqq olduğu onlara aydın olana qədər Biz
dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?

(Fussilət, 53). Hər kim kainata, yerə, göyə, ulduzlara və planetlərə, günəşə və aya, yer üzərindəki dağlara, ağaclara,

dənizlərə və çaylara, gecə ilə gündüzün bir-birini əvəz etməsinə, kainatın tam dəqiqliklə hərəkət etməsinə nəzər salarsa, bütün bunları yaradan, yoxdan var edən və sahmana salan bir varlığın olmasına əmin olur. Ağıllı adam hər dəfə bu məxluqatlar barədə düşündükdə, kainatın bu ecazkarlığına nəzər saldıqda, onların həqiqətən haqq üçün və haqq ilə yaradıldığını, habelə bu kainatın, Allahın Özü haqda verdiyi xəbərləri təsdiq edən möcüzələrlə dolu səhifələr və dəlil-sübutla dolu kitablar, həmçinin, Onun Təkliyini sübut edən dəlillər olduğunu dərk edir.
Rəvayət olunur ki, bir dəfə bir qrup şəxs Allahın Rübubiyyəti barəsində
İmam Əbu Hənifə ilə mübahisə etmək istəyir. İmam da onlara belə deyir:
Söhbətimizə başlamazdan əvvəl, bir mənə deyin görüm, Dəclə çayında öz-özünə gedib (göyərtəsini)
ərzaq və sairə ilə dolduran, öz-özünə gedib-gələn, heç kəsin idarə etmədiyi bir gəmi haqda nə düşünürsüz?
” Onlar dedilər: “Belə bir şeyin olması əsla mümkün deyil.” İmam dedi: “Əgər bunun gəmiyə aid edilməsi mümkün deyilsə, bu aləmdə–göydə və yerdə baş verməsi necə mümkün ola bilər?” Bununla da o bildirmişdir ki, bu aləmdə olanlar arasındakı bağlılıq, habelə bu aləmin dəqiq və kamil biçimdə yaradılması, onun tək olan Xaliq tərəfindən yaradıldığına dəlalət edir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"/font]


Geri dön

qeyretsizlere duwmen

  • 13 oktyabr 2014 17:03
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
2. Dəlilləri a) Qurandan dəlillər: Uca Allah buyurur: “O, göyləri görə biləcəyiniz bir
dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar
qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın
azğınlıq içindədirlər” (Loğman, 10-11). Uca Allah həmçinin buyurur: “Bəlkə onla
r öz-özünə (yaxud əbəs yerə) yaranıblar? Yaxud onlar yaradanlardır?” (ət-Tur, 35

Mrs.mickey

  • 16 sentyabr 2014 09:55
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

✰ღMouRnfuL GirLღ✰

  • 16 sentyabr 2014 00:46
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

вคɴค iкiмizi คɴlคт ❤

  • 15 sentyabr 2014 20:36
  • Məqalə: 665
  • Şərh: 18430
  • Bal:
{awards}
Alah razi olsun

_leka_the_one_

  • 15 sentyabr 2014 17:52
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Rəylərə görə təşəkkür winked

.::Fidaw::.

  • 15 sentyabr 2014 16:48
  • Məqalə: 3
  • Şərh: 1068
  • Bal:
{awards}
_TəşəkkürLər_

(ړײ) Narkuwa(ړײ)

  • 15 sentyabr 2014 16:46
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

awka-patnowka

  • 15 sentyabr 2014 16:35
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

ヅ Bad Girl ヅ

  • 15 sentyabr 2014 15:27
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Tek ve Son

  • 15 sentyabr 2014 14:40
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun.

Abuzer_el_Gafari

  • 15 sentyabr 2014 13:51
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
Həmd olsun Allaha. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 446
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}