Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq

 
Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Yeni vəsiqələr həyatımızı asanlaşdıracaq...

Prezident İlham Əliyev Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzaladı. Sərəncamın əsas məğzi ondan ibarətdir ki, üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikası və nümunəsi hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir. Bu, o deməkdir ki, yaxın dövrdə bizdə də biometrik texnologiyalardan istifadə ediləcək.

Biometrik texnologiya nədir?

Biometrik texnologiyalar insanların avtomatik sistemlər tərəfindən avtomatik tanınması üsullarından biridir. İnsanların davranışı və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyəti müəyyən edilir. Bu üsullar fərqlidir. Müxtəlif biometrik xarakteristikalardan istifadə etmək olar: barmaq izləri, səs, sifətin cizgisi, gözün qüzehli qişası, dnt və s. Hətta bu yaxınlarda burundan da biometrik texnologiyalarda istifadə edilməsi təklifi irəli sürülmüşdür. Böyük Britaniya alimləri bu fikirdədirlər ki, insan burnu barmaq izləri və gözün əlvan qişası ilə müqayisədə daha etibarlı informasiya mənbəyidir. İngiltərənin cənubunda yerləşən Bata Universitetinin alimi tədqiqatçı alim doktor Edrian Evansa görə gözün əlvan qişası mühüm biometrik məlumatdır, lakin kipriklər və eynəklər gözü gizlətdiyinə görə dəqiq məlumat əldə etmək mümkün deyildir. İnsan burnunun gizlədilməsi mümkün olmadığına görə isə onun şəklini çəkmək daha asandır.

Nəyə görə biometrik eyniləşdirmə sistemi yaradılır?

Biometrik eyniləşdirmə sisteminin yaradılmasının məqsədləri çoxdur. Bu sistem ən əsası təhlükəsizlik baxımından insan üçün yararlıdır. Bura həm də, insanların, cəmiyyətin və dövlətin maraqları arasında balansın saxlanmasının təmin edilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi və digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsi daxildir.

Biometrik texnologiyalar bürokratik əngəlləri dağıdır

Biometrik texnologiyalar sayəsində insanların parolu unutması, şəxsiyyət vəsiqəsinin lazım olan vaxtda üstündə olmaması, gərəkli bir zamanda pulsuz olması kimi problemləri həll edilir. Biometrik texnologiyaların geniş tətbiqinin arxasında bilavasitə şəxsiyyəti təsdiq edən pasport, viza, əsas etibarilə elektron hökumətin elektron xidmətlərindən avtomatik istifadə etmək durur. Burada müxtəlif arayışların alınmasından tutmuş müxtəlif sənədlərin, sürücülük vəsiqəsi, pasport və digər sənədlərin əldə edilməsi nəzərdə tutulur.

İnsanların günlərlə qəbula düşüb sənədlərini təqdim etmələri, hər hansı bir sənəd almaları arxada qalır. İnformasiya texnologiyalarının sürətli inkişafı insanların işlərini asanlaşdırır.
Bu texnologiya məsafədən olaraq onları əldə etmək imkanı yaradır. Müəyyən ödənişlər, bank hesabları, əməliyyatları, kommunal xərclərin ödənilməsi zamanı öz şəxsiyyətimizi biometrik texnologiyaların vasitəsilə sistemə sübut edə bilərik.

Yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq?

Bu vəsiqədə mikroçip olacaq, mikroçipə biometrik məlumatlar daxil ediləcək və bütün məlumatlar şəxsiyyət vəsiqəsini verən orqanın səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanacaq. Yeni nəsil şəxsiyyət vəsiqəsinə daxil ediləcək biometrik məlumatların tərkibi vəsiqənin hazırlanacaq spesifikasiyasında konkretləşdiriləcək.

Yeni şəxsiyyət vəsiqəsi bizə nə verəcək?

Azərbaycan Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin sözlərinə görə yeni nəsil şəxsiyyət vəsiqələri ölkə vətəndaşlarının daha etibarlı eyniləşdirilməsinə (tanınmasına, identifikasiyasına) imkan verəcək. “Şəxsiyyət vəsiqələri ilə bağlı bir sıra təhdidlərin aradan qaldırılması mümkün olacaq. Məsələn, saxta şəxsiyyət vəsiqələrinin hazırlanması, eyni şəxsin müxtəlif adlarla bir neçə şəxsiyyət vəsiqəsi alması, şəxsiyyət vəsiqəsində olan informasiyaya düzəlişlər, dəyişiklər edilməsi və s. halların qarşısı alınacaq” - deyə, mütəxəssis Milli.Az xəbər portalının sorğusuna cavabında bildirdi.

Şəxsiyyət vəsiqəsinin digər üstünlüklərini aşkarlamaq üçün onun tətbiq olunacağı sahələri nəzərdən keçirmək lazımdır. Ən əsas sual ondan ibarətdir ki, yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə biz e-hökumətin hər hansı xidmətlərindən yararlana biləcəyikmi? Mütəxəssisin fikrincə, bu tip şəxsiyyət vəsiqəsi kimliyi etibarlı müəyyən etməyə şərait yaradır və bu addım elektron-xidmətlərdən istifadə etməyə imkan verməlidir: “Bəzi ölkələrdə çoxməqsədli identifikasiya kartları buraxırlar ki, şəxsiyyət vəsiqəsi ilə digər kartlar bir yerdə olur. Buna görə də yeni nəsil şəxsiyyət vəsiqəsinə e-dövlətin identifikasiya sisteminin ən vacib komponenti kimi baxmaq və onu digər dövlət proqramları ilə bir kompleks halında nəzərdən keçirmək lazımdır”.

İnsanın bütün gündəlik həyatını izləmək mümkün olacaq

Ümumiyyətlə, informasiya texnologiyaları inkişaf etdikcə insanların fərdi məlumatlarının qorunması daha da çətinləşir. Yeni nəsil şəxsiyyət vəsiqəsində də ən əsas problemlərdən biri fərdi məlumatların təhlükəsizliyi ilə bağlıdır. Y.İmamverdiyev bunu belə ifadə edir: “Şəxsiyyətin tanınması getdikcə şəffaflaşır. İnsanın bütün gündəlik həyatını izləmək mümkün olacaq. İkinci bir problem e-xidmətlər ilə yeni nəsil şəxsiyyət vəsiqəsi sisteminin inteqrasiyasıdır”.

Biometrik miflər hansılardır?

İnsanlar hər dəfə yeni texnologiya icad etdikdə bunun ən təhlükəsiz bir üsul olduğunu fikirləşirlər. Dünyanın qabaqcıl ölkələrində bu sistemlərdən istifadə edilib və təkmilləşdirilərək edilməkdədir. Biometrik texnologiyalar haqqında miflər də yaranmışdır.

Məsələn:
- Biometrik texnologiyalar 100% təhlükəsizdir.
- Biometrik texnologiyalar universaldır.
- Biometrik texnologiyalar istənilən tətbiq üçün yararlıdır.
- Hazırda heç bir biometrik parametr elektron tranzaksiyalar üçün uzunmüddәtli imza tәmin etmir.
- Biometrik texnologiyalar ciddi tәhlükәsizlik qayğılarından әziyyәt çәkir.
- Biometrik texnologiyalar mәhsuldarlıq cәhәtdәn xeyli narahatlıq doğurur.
- Yetkin biometrik texnologiya yoxdur


Biometrik texnologiyaların Azərbaycanda tətbiqi ilə kimlər məşğul olur?

Biometrik texnologiyaların tətbiq edilməsi ilə elektron hökumət anlayışı gerçəkləşməyə başlayır.
Bu sistemin tətbiq edilməsində dövlət orqanları birlikdə iş görürlər. Azərbaycan Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu Dövlət Proqramı (DP) çərçivəsində görülən işlərə hərtərəfli elmi və praktiki dəstək verir. Çünki bu DP icrası gedişində həm elmi tədqiqatlar, həm də praktiki işlər, maarifləndirmə, elmi kadr hazırlığı istiqamətində xeyli iş görülmüş və yaxşı təcrübə toplanmışdır.


"Parolumu unutdum", "vəsiqəm evdə qalıb", "pul yadımdan çıxıb" erasına son qoyulur

Azərbaycanda şəxsiyyət vəsiqəsi biometrik kartlarla əvəzlənəcəkmi?


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi necə olacaq


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 09:04
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLI XEBERDI

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

G.Ceyhun

  • 4 fevral 2012 14:39
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
guya deyisende nolur eeee hamisi eyni seydi bilmirler neynesinler

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 22:24
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

Niqul

  • 4 noyabr 2011 22:41
  • Məqalə: 5
  • Şərh: 687
  • Bal:
{awards}
tesekkur smile

--------------------
Bir neche muddet burda deyildim,her shey deyishib...:/

L115A1

  • 10 sentyabr 2011 11:40
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
menim fikrimce biometrik olmasa daha yaxwi olar cunki deqiqede xarab olacag

--------------------

mirkamal97

  • 11 iyul 2011 17:59
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
Maraqlidir.xebere gore tsk

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

KRiPToS

  • 9 iyun 2011 10:14
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR!!!

--------------------

_RONALDO_

  • 27 may 2011 14:23
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
hmm maraqli olacaq tşk xebere gore

hmm maraqli olacaq tşk xebere gore

--------------------

jalicka

  • 5 may 2011 17:29
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
GOREKDE NE OLUR

deli qiz

  • 1 may 2011 21:46
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
Mene maraqli deyil nece olacaq

Nurlan_253

  • 14 aprel 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
tesekkur ...

xedice27

  • 20 fevral 2011 00:12
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
{awards}
Prezidentin verdiyi qerari oldugu kimi yerine yetirseler,superdi,

-=EFSANE-XANIM=-

  • 19 fevral 2011 21:34
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
DEYILENE GORE QIYMETI 2-3 MANAT OLMALIDIR,BIZE ISE ZI 30-40A BAWA GELECEK

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

_Pretty_Girl_

  • 19 fevral 2011 20:14
  • Məqalə: 25
  • Şərh: 135
  • Bal:
{awards}
Cox sag ol dosi maraqli melumat ucun

--------------------
Həzrəti İmam Əli (ə):«Öz günahından başqa heç nədən qorxma, öz Rəbbindən başqa heç kəsə ümid bağlama.»

GUNAHKAR MELEK

  • 19 fevral 2011 20:00
  • Məqalə: 0
  • Şərh: 242
  • Bal:
{awards}
MARAQLIDIR.TESEKKUR

--------------------
ALDANMA INSANIN GOZELLİYİNE,
GOZELLIK INSANIN DAXILINDEDIR.
XARICI OLSA DA PARLAQ BIR GUNES,
DAXILI BELKE DE ZULMET GECEDIR

::..ONSLAUGHT::..

  • 19 fevral 2011 19:56
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Sitat: MAGNOLIYA
Tşk xəbər üçün yaşayarıq görərik


--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 19 fevral 2011 11:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli

,,kepenek,,

  • 19 fevral 2011 01:35
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
aaa necede qesengdir

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Made_In_Bakinka

  • 19 fevral 2011 01:00
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
cox tesekkurler melumat ucun

Lexikon

  • 19 fevral 2011 00:47
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
hamisini oxudum yaxsi tewebusdu yaxsi olarda tewekur

Orxan Nagiyev

  • 19 fevral 2011 00:26
  • Məqalə: 200
  • Şərh: 344
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR!!!

--------------------

winner...

  • 18 fevral 2011 23:36
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
tewekkurlerr))

ILuVia

  • 18 fevral 2011 23:16
  • Məqalə: 11
  • Şərh: 236
  • Bal:
{awards}
cox sag ol,dosi. smile ama hamisini oxumaga sebrim catmadi wink

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Asya

  • 18 fevral 2011 23:16
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
Oxu-oxu bitmedi ki :)))))))))))) Əlaaaaa metoddu.Cox super olar

sevgim

  • 18 fevral 2011 23:12
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
halaldi vallah dosi bele etrafli melumata gore

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Nur_Ay

  • 18 fevral 2011 23:05
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
MARAQLIDIR...TWK

--------------------

nilayka

  • 18 fevral 2011 23:03
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
hmm maraqli olacaq tşk xebere gore winked

--------------------

gunka__87

  • 18 fevral 2011 23:00
  • Məqalə: 0
  • Şərh: 181
  • Bal:
{awards}
aaa chox maraqlidi wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 62
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}