İmam Həsən Əskəri (əleyhissəlam)

 
İmam Həsən Əskəri (əleyhissəlam)



On üçüncü
imam Həsən Əskəri (əleyhissəlam)
İmamın şəxsiyyəti

Adı: Həsən
Ləqəbi: Әskəri
Künyəsi: Әbuməhəmməd
Atası: Həzrət imam Әliyyən Nəqi (ə)
Təvəllüdü: Hicri 232-ci il
Imamlıq müddəti: 7 il
Ömrü: 28 il
Şəhadəti:260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid edildi.
Məzarı: Iraq Samirra şəhəri.

Təvəllüdü

Imamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində
doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış
ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu.
Atasını şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində
Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı
həmin və᾽d olunmuş həzrət imam Mehdidir ki, zühur edərək dünyanıədalətlə dolduracaqdır.
Imam Həsən Әskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə islam
öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı
imamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə Islam ümmətinin rəhbərliyini
öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Әskəri əleyhisslamın oğlu olacaqdı.
Elə buna görə də imamı nəzarət altında saxlayırdılar.
Lakin Allah-taala, Musanı Fir᾽onun sarayında saxladığı
kimi, islam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincədünyaya gətirdi.

İmamın əxlaqi xüsusiyyətləri

Imam Həsən Әskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O,
öz zamanında Qur᾽anın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin
məclisində iştirak edirdi. Iraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o
həzrətin nüfuz dairəsində idi. Imamın elmi və mə᾽nəvi nüfuzu o qədər böyük idi ki, Abbasi
xəlifəsi Əlmö᾽təzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.
Imam (ə) Irana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi.
Әhli-beyt məktəbinin tərəfdarları onu seinclə qarşıladılar. Həzrət (ə) Ləvasanda camaatla
görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. Imamın bu əmri xalqın həyatında o qədər tə᾽siredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlamışdılar.
Peyğəmbər (s) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Әhməd ibni
Xaqan adlı bir şəxs belə demişdir: Mən Samirrada Bəni Haşim xanədanından nəciblik,
böyüklük və fəzilət baxımından imam Həsən Әskəri əleyhisslamdan başqasını görməmişəm.
Әgər xəlifəlik Abbasilərin əlindən çıxsa, heç kim imam Həsən Әskəri əleyhisslamdan başqa
xəlifə olmağa layiq deyildir. Daha sonra demişdir: Bir gün atamın yanında idim. Onun
Peyğəmbər xanədanın düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Әskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və imamı müəllimin qarşısında duran bir şagird kimi dinləyərdi.
Әbu Yusif imamın səxavət və əliaçıqlığı barədə belə deyir: Mən çətin bir vəziyyətdə idim,
belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə
Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan köməklik alım. Lakin onlar
o qədər məğrur idilər ki, sözümə qulaq asmırdılar. Bir gün imam Həsən
Әskəri əleyhisslamın hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan
ibarət pulunun hamısını mənə verib belə buyurdu: «Get, ailəni ağır vəziyyətdən qurtar.»
Bir dəfə həzrət iki yüz min dinar Əli ibni Cə᾽fər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.
Həzrət (ə) altı il davam edən imamlıq müddətində üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı
çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Әn çirkin və qəddar
mə᾽murları zindana keşikçi tə᾽yin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər. Lakin onlar imamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdilər. Bir gün zindan müdiri bu işlərinə görə onlara e᾽tiraz etdikdə belə cavab verdilər: O, bir insandır;
həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?
Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və e᾽tinasız bir adam olmasına baxmayaraq,
imamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, imam (ə) haqqında belə deyib: Həsən Әskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir kişi idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərin
dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşdıqda bütün pulunu ona verərdi.
Bir dəfə xəlifənin əmri ilə imam Həsən Әskərini yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçalasınlar. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yağışıb özlərini onun ayaqlarına sürtdülər. Bu səhnəni görən xəlifə onu azad buraxaraq həzrətə hörmət etmək istədi.
Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı.
O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün imamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: Mən bu kişidə yalnız həzrət Isada mövcud olan nişanələri görmüşəm.



Mənbə: "İmam Həsən Əskəri (ə)" kitabı


Geri dön

qeyretsizlere duwmen

  • 13 oktyabr 2014 17:20
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
Adı: Həsən
Ləqəbi: Әskəri
Künyəsi: Әbuməhəmməd
Atası: Həzrət imam Әliyyən Nəqi (ə)
Təvəllüdü: Hicri 232-ci il
Imamlıq müddəti: 7 il
Ömrü: 28 il
Şəhadəti:260-cı Hicri-qəməri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid edildi.
Məzarı: Iraq Samirra şəhəri.

^^FiDaNKa^^

  • 7 oktyabr 2014 09:13
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}

Imamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində
doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış
ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu.

Səssiz

  • 1 oktyabr 2014 20:29
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
{awards}
Cumleten inwAllah

--------------------
Səssiz'liyim

Mrs.mickey

  • 16 sentyabr 2014 09:48
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

✰ღMouRnfuL GirLღ✰

  • 16 sentyabr 2014 00:05
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər Allah razi olsun.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

Tek ve Son

  • 15 sentyabr 2014 21:47
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun.

.::Fidaw::.

  • 15 sentyabr 2014 20:36
  • Məqalə: 3
  • Şərh: 1068
  • Bal:
{awards}
Təşəkkürlər

вคɴค iкiмizi คɴlคт ❤

  • 15 sentyabr 2014 20:27
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Allah razi olsun

Abuzer_el_Gafari

  • 15 sentyabr 2014 20:19
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
Allah razı olsun

(ړײ) Narkuwa(ړײ)

  • 15 sentyabr 2014 19:08
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

sessiz deniz

  • 15 sentyabr 2014 18:47
  • Məqalə: 410
  • Şərh: 6840
  • Bal:
{awards}
twklerrrrrrrrrr

ヅ Bad Girl ヅ

  • 15 sentyabr 2014 18:27
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_leka_the_one_

  • 15 sentyabr 2014 17:48
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}