QaraQan - "A" romanı ( Bölüm 4 )

 
QaraQan - "A" romanı ( Bölüm 4 )

-Yox, onun günahı yoxdu. Mən onu öpdüm. Həm də özüm bilərəm. İstəyirəm öpürəm. Sizin aktyor gecikib. Siz onun dərdini çəkin.
Kişi ikimizə də baxıb dedi:
- Yaxşı, yaxşı o biri hissəni çəkək hələlik. İşıq qaçır. Sən də zəhmət olmasa çıx meydançadan.
Mən kənara çəkildim. Amma getmək fikirim yox idi. Şahzadə ya Aysel, fərqi yoxdu. Mən həyatımın mənasını tapmışdım. Möcüzə ya reallıq... Amma nə isə baş vermişdi. Mən təsadüflərə inanmırdım. Bu qədər gözəl və qeyri-adi təsadüf ola bilməzdi. Gözümü qıza zilləyib qıraqdan baxırdım. Operator da yanımdaydı. O gülümsəyib dedi:
- Çaşıb vurulub eləyərsən haa, özünü zibilə salma, bu qızı bilirsən kim saxlayır?
Mən fikirləşmədən cavab verdim:
-Hər kim saxlayır. Hər bir şahzadənin dizində yatan div olur.
Operator da qəhqəhə çəkib dedi :
- He-he-he, şahzadə, div. Bəs sən kimsən, Məlikməmməd? He-he ..Allah səni güldürsün.. Lap yerinə düşdü. Səhərdən bir zibili çəkə bilmirik bezmişəm lap.
Operatorun yanındakı daşda oturdum. Çəkiliş meydançasına uzaqdan bir ağ atlı gəldi. Qıza yaxınlaşdı və qucaqlaşdılar. Yenə də kök rejissor bağırmağa başladı:
-Aysel, nə olub sənə? Qucaqlamaq yox, öpmək lazımdır, öpmək.
Aysel rejissora yaxınlaşıb:
-Mən onu öpməyəcəyəm,- dedi.
Rejissorun gözləri kəlləsinə çıxdı:
- Necə yəni öpməyəcəksən?
- Görmürsən nə gündədi? Necə öpüm ee onu..Sifəti gör nə iyrəncdi.
- Ay qız, sən onun sifətini nəyləyirsən. Kameraya düşmür sifəti. Heç kəs görməyəcək.
- Nə olsun ki, heç kəs görməyəcək. Mən ki görürəm. Sonra hər klipə baxanda bu sifət yadıma düşəcək.
Şahzadənin bu danışıqlarından niyəsə xoşum gəlirdi. Həm də məni öpmüşdü axı. Deməli məndən xoşu gəlmişdi. Mənə tərəf işarə edib sakitcə rejissora nə isə dedi. Sonra çəkilib kölgəlikdə oturdu. Rejissor ona baxdı, mənə baxdı, dərindən “fufff “ eləyib atlı oğlana yaxınlaşdı. Sonra məni çağırdı.
- Oğlum, sənin adın nə oldu?
- Anar.
- Anar, hmmm...Anar sən klipə çəkilmək istəmirsən? Bu qız deyir ki, səninlə çəkilmək istəyir. Əlavə heç nə eləmək lazım deyil. Elə bayaqkı kimi gəlib öpəcəksən.
Sözsüz ki, mən də razılaşdım. Kim razılaşmaz ki? Bu dəfə mənə təmiz paltar və ağ at verdilər. Artıq şahzadə ilə şahzadə görüşürdü. Yenə də eyni şey təkrar olundu. Mən atla yaxınlaşdım. Sonra onu öpdüm. Bu dəfə daha möhkəm və uzun öpüş oldu. Elə bil hiss etmişdim ki, onunla çox uzun müddətə ayrılacağıq. Öpüşümüz bitmişdi. Amma gözlərimiz ayrıla bilmirdi. Mən dəqiq bilirdim ki, o oynamır. İçimdən bir səs deyirdi ki, o da ilk baxışdan mənə vurulub. Ola bilməz? Ola bilərdi. Sadəcə çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq. Amma bu ola bilərdi, olmuşdu. Rejissor uzaqdan əli ilə işarə etdi ki, əl-ələ tutub çəmənlikdə gəzişək. Onun incə, yumşaq, isti əllərindən yapışdım. Bu mənim şahzadəm idi. Mən 21-ci əsrin ortasında şəhzadə axtardım, nağıl axtardım. Allah da mənim arzularımı ürəyimdə qoymadı. Həyatda hər şey olur. Mənə maraqlı deyildi ki, o hansı ailədəndir, pozğundu yoxsa tərbiyəli, onun yaşı, bürcü, xasiyyəti – heç bir şey maraqlı deyildi. Mən sadəcə həmişə onun yanında olmaq istəyirdim - mənim Ayselimin, mənim şahzadəmin.
Çəmənliyin qırağında mənim qara atımın yanında dayandıq. Çəkiliş qurtardı. Rejissor gəlməyimizi işarə etdi. Amma Aysel gözünü məndən ayırmırdı. Nə isə soruşmaq istəyirdi. Yəqin ki, adımı soruşacaqdı. Mən də hazırlaşdım. Gözlərini gözlərimə zilləyib soruşdu:
-Sən məni sevirsən?
Bunu heç gözləmirdim. Amma çox da fikirləşməyə dəyməzdi. Cavabım qəti idi.
-Hə. Bəs sən?
-Mən də.
Onda vəziyyətin çətinliyini başa düşdüm. Bu baş vermişdi. İlk baxışdan məhəbbət.
Amma bayaqkı operatorun sözü də ağlımdan çıxmırdı. Onu kimsə saxlayır. Kim ola bilərdi? Bəlkə hansısa varlı bir kişi? Bəlkə hansısa vəzifəli adam? Bəlkə hansısa cinayətkar, bankir, ya narkobaron? Mən xoşbəxtliyimin əlindən tutmuşdum. Onu buraxmaq istəmirdim. Sağ tərəfə baxdım. Rejissorun başı operatorla söhbətə qarışmışdı. Sonra sola baxdım. Mənim qara atım məni gözləyirdi. Sonra düz baxdım. Uzun bir yol vardı. Cığır dağların arasından keçib gözdən itirdi. Bu mənim yolumun davamı idi. Ayselə baxıb dedim:
-Gəl gedək.
- Hara?
Dedim:
-Düz.
Sonra atın belinə qalxdım. Əlimi uzatdım, o da oyan-buyana baxıb əlimdən yapışdı. Rejissor hələ də söhbət edirdi. Biz isə atın belində yaşıl təpələrin arasıyla get-gedə gözdən itirdik.
[/center]


Geri dön

qirilmis qelb

  • 4 oktyabr 2014 12:01
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Sagolun ellerivize sagluq evvelkilernen birlikde oxuyacam

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 2 oktyabr 2014 22:28
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
cox saqolun

--------------------




Is_OnLy_OnE_GoD

  • 14 sentyabr 2014 15:56
  • Məqalə: 11
  • Şərh: 106
  • Bal:
{awards}
qaraqanin eserleri cox gozeldi.A romani superdi.elxan zeynallidi esil adi qarqan leqebilie taniyiriq.

--------------------
"Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir."”

senli ele

  • 14 sentyabr 2014 15:43
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
cox maraqlidi amma cox yazsaniz daha yaxsi olar

__AzEkO__

  • 14 sentyabr 2014 14:55
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
Tewekurler

--------------------

awka-patnowka

  • 14 sentyabr 2014 14:46
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
Təşəkkürlər..

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...

_leka_the_one_

  • 14 sentyabr 2014 13:49
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

^^YeRaZKa MeLeK^^

  • 14 sentyabr 2014 12:59
  • Məqalə: 190
  • Şərh: 4278
  • Bal:
{awards}
★Təşəkkürlər★Canik★



--------------------

Fatmanur

  • 14 sentyabr 2014 12:49
  • Məqalə: 30
  • Şərh: 791
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Awk bir hayal

  • 14 sentyabr 2014 12:27
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

ヅ Bad Girl ヅ

  • 14 sentyabr 2014 10:25
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
ѕαğσℓυη мəqαℓəуə göяə...!!!

--------------------

Tek ve Son

  • 14 sentyabr 2014 10:16
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.

^^FiDaNKa^^

  • 14 sentyabr 2014 10:05
  • Məqalə: 48
  • Şərh: 5829
  • Bal:
{awards}

Təşəkkür edirəm




POZİTİVKAMMM....canim cox teşekkur men bu kitabin 3 hissəsin oxumuşam 4 cusu qismet olsa inşALLAH oxuyacam

qeyretsizlere duwmen

  • 14 sentyabr 2014 09:19
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
{awards}
Tewekjurler

(ړײ) Narkuwa(ړײ)

  • 14 sentyabr 2014 08:44
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 58
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}