İmanın əsasları-5

 
İmanın əsasları-5

Üluhiyyə Tövhidi

Üluhiyyə sözü ilah kəlməsindən əmələ gəlmişdir və itaətə layiq məbud deməkdir. İlah Allahın gözəl adlarından biridir. Üluhiyyə isə

Allahın Əzəmətli sifətlərindən biridir. Bütün nöqsanlardan uzaq olan Allah ilahiləşdirilməyə və ibadət olunmağa haqqı olan yeganə varlıqdır. Qəlblər onu ilahiləşdirməli, Ona itaət etməli, Onun qarşısında zəlil olmalı və Ona boyun əyməlidir. Çünki Allah bu kainatı yaradan, kainatdakı işləri idarə edən, kamil sifətlərlə vəsf olunan və hər bir nöqsandan uzaq olan Əzəmətli Rəbdir. Odur ki, yalnız Onun qarşısında əyilmək və yalnız Ona itaət etmək gərəkdir. Tək yaradan, yoxdan var edən və öldükdən sonra dirildən yalnız Odur və Onun heç bir şəriki yoxdur. Bu da o deməkdir ki, ibadət olunmağa haqqı olan da başqası deyil, yalnız Odur və ibadətdə Onun heç bir şəriki yoxdur.

Üluhiyyə tövhidi Allahı ibadətdə təkləşdirməyə deyilir. Yəni insan tam yəqinliklə bilməlidir ki, həqiqi ilah və məbud yalnız Allahdır, Üluhiyyətin vəsfləri və mənaları heç bir məxluqa yox, məhz Uca Allaha məxsusdur. Bunları bilən və etiraf edən hər kəs həm zahiri,

həm də batini ibadətləri yalnız Allaha yönəldər. Beləliklə, o, İslam şəriətinin buyruqlarını–namaz, zəkat, oruc, həcc, yaxşı işləri əmr etmək, pis işlərdən çəkindirmək, valideyinlərə qayğı göstərmək, qohumluq əlaqələrini möhkəmləndirmək və sair bu kimi bütün zahiri

ibadətləri, habelə Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə iman gətirmək kimi batini

ibadətləri yalnız bir məqsədlə–Allahın rizasını qazanmaq və Onun verdiyi savaba nail olmaq üçün edər. Bu fəsildə tövhidin bu növü ilə bağlı bəzi mühüm mövzulara toxunacağıq.
Onun dəlilləri və əhəmiyyətinin bəyan edilməsi.

Birinci məsələ. Dəlilləri.

Allahı Üluhiyyətdə təkləşdirməyin vacib olması barədə bir çox (müqəddəs) mətnlər və açıq-aydın dəlillər mövcuddur. Bunlar müxtəlif yollarla Üluhiyyətdə təkləşdirməyin vacib olmasına dəlalət edir:

1. Bəzən buna əmr olunur. Uca Allah buyurur: “Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız” (əl-Bəqərə, 21); “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!” (ən-Nisa, 36); “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur...” (əl-İsra, 23). Buna bənzər digər ayələr də mövcuddur.

2. Bəzən yaradılışın qayəsini–insanların və cinlərin yaradılmasında əsas məqsədin məhz ibadət olmasını bəyan edir. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zariyat, 56).

3. Bəzən peyğəmbərlərin məhz bunu etmək üçün göndərildiklərini bəyan edir. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik” (ən-Nəhl, 36); “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç

bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək
” (əl-Ənbiya, 25).

4. Bəzən ilahi kitabların məhz buna görə nazil olduğunu bəyan edir. Uca Allah buyurur: “Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!” (ən-Nəhl, 2).

5. Bəzən, ona əməl edənlərin savab qazanacaqlarını, onlar üçün həm bu dünyada, həm də axirətdə böyük mükafatlar və bol-bol nemətlər hazırlandığını bəyan edir. Uca Allah buyurur: “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğrua yola yönəlmişlər də məhz onlardır” (əl-Ənam, 82).

6. Bəzən də buna qarşı çıxanların qarşılaşacaqları təhlükə və onu tərk edənlərin düçar olacaqları ağrılı-acılı əzab barədə xəbər verir. Uca Allah buyurur: “Həqiqətən, Allaha şərik qoşan kimsəyə Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək

edən olmayacaqdır” (əl-Maidə, 72). O həmçinin buyurur: “Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş

halda Cəhənnəmə atılarsan
”. (əl-İsra, 39).

Tövhidin bu növünü təsdiqləyən, ona dəvət edən, fəzilətinin fərqli olduğunu, ona riayət edənlərin böyük savaba nail olacaqlarını, müxalif olanların isə təhlükəyə giriftar olacaqlarını bəyan edən neçə-neçə başqa dəlillər də mövcuddur. Peyğəmbərimizin (s.a.s) sünnəsi də tövhidin bu növünü və onun əhəmiyyətini göstərən dəlillərlə doludur:

1. İmam Buxari "Səhih" əsərində Müaz ibn Cəbəldən (r.a) Peyğəmbərin (s.a.s) ona belə dediyini rəvayət etmişdir: “Ey Müaz, bilirsən

Allahın qulları üzərindəki haqqı nədir?” O dedi: “Allah və Onun rəsulu daha yaxşı bilir.” O buyurdu: “Qulların Ona ibadət edib heç kəsi

Ona şərik qoşmamalarıdır. Bəs bilirsənmi qulların Allah üzərindəki haqqı nədir?
” O dedi: “Allah və Onun rəsulu daha yaxşı bilir.” Peyğəmbər (s.a.s) buyurdu: “Ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir.” (“Səhih əl-Buxari”, 7373.)

2. İbn Abbas (r.a) rəvayət etmişdiir ki, Peyğəmbər (s.a.s) Müazı Yəmənə göndərərkən ona belə buyurmuşdur: “Sən Kitab əhlindən

olan bir qövmün yanına gedirsən. Elə isə ilk əvvəl onları Allahı təkləşdirməyə dəvət et. Əgər bunu qəbul etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur....” Hədisi Buxari rəvayət etmişdir. (“Səhih əl-Buxari”, 7372.)

3. İbn Məsud (r.a) rəvayət etmişdir ki, Rəsulullah (s.a.s) demişdir: “Kim başqasını Allaha şərik qoşduğu halda ölərsə, Cəhənnəmə daxil

olar.
” Hədisi Buxari rəvayət etmişdir. (“Səhih əl-Buxari”, 4497.)

4. Cabir ibn Abdullah (r.a) rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) demişdir: “Kim Allaha şərik qoşmadığı halda Ona qovuşarsa, Cən-

nətə girər. Kim də Allaha şərik qoşduğu halda Ona qovuşarsa, Cəhənnəmə girər.” Hədisi Muslim rəvayət etmişdir. (“Səhih Muslim”, 93.)

Bu barədə digər hədislər də mövcuddur.
İkinci məsələ

Tövhidin bu növünün əhəmiyyəti və Peyğəmbərlərin dəvətinin əsasını məhz bunun təşkil etməsi barədə

Şəkk yoxdur ki, Üluhiyyə tövhidi bəşəriyyəti islah etmək üçün

ən əzəmətli, ən kamil, ən əfzəl və ən vacib əsaslardandır. Uca Allah

cinləri və insanları yalnız bunun üçün yaratmış, məhz buna görə

məxluqatı xəlq etmiş və qayda-qanunlar qoymuşdur. Bu tovhid olduğu yerdə düzgünlük hökm sürür, aradan qaldırıldıqda isə şər və fitnə-fəsad meydana gəlir. Məhz buna görə də bu tövhid bütün rəsulların dəvətinin məğzini, peyğəmbərlik missiyasının qayəsini və onların

dəvətinin əsasını təşkil etmişdir. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik”

(ən-Nəhl, 36). O həmçinin buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə

ibadət edin!
”– deyə vəhy etməyək” (əl-Ənbiya, 25).

Qurani Kərim bir çox yerlərdə bildirir ki, üluhiyyə tövhidi elçilərin dəvətinin açarı hesab edilir. Həmçinin onu da xəbər verir ki,

Allahın göndərdiyi elçilərin hər biri öz qövmünü əvvəl təkAllahlığa və ixlasla Ona ibadət etməyə çağırmışlar. Uca Allah buyurur:

“Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: –Ey qövmüm!

Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur” (əl-

Əraf, 65). Uca Allah həmçinin buyurur: “Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: –Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur” (əl-Əraf, 73). O həmçinin

buyurur: “Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur” (əl-Əraf, 85).
Üçüncü məsələ

Üluhiyyə tövhidinin Peyğəmbərlərlə onların qövmləri arasında ədavətə səbəb olmasının bəyan edilməsi

Yuxarıda qeyd etdik ki, yalnız Allaha ibadət etmək Peyğəmbərlərin hamısının dəvətinin əsasını təşkil etmiş və bu elçilərin hər biri öz qövmünü ilk əvvəl təkAllahlığa dəvət etmişlər. Elə bu səbəbdən də peyğəmbərlərlə onların qövmləri arasına ədavət düşmüşdür. Peyğəmbərlər onları təkAllahlığa və ixlasla Allaha ibadət etməyə çağırır, qövmləri isə Allaha şərik qoşmaqda və bütlərə ibadət etməkdə israr edirdilər. Yalnız Allahın hidayət verdiyi kəslərdən başqa. Uca Allah Nuhun qövmü barəsində buyurur: “Onlar özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma” (Nuh, 23-24).

Hudun qövmü barəsində isə Uca Allah belə buyurur: “Onlar isə dedilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!” (əl-Əhqaf, 22); “Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq” (Hud, 53).

Salehin qövmü barəsində də Uca Allah belə buyurur: “Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik” (Hud, 62).

Şüeybin camaatı barəsində Uca Allah buyurur: “Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan” (Hud, 87). Qureyş kafirləri barəsində isə Uca Allah belə buyurur: “Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbrlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil” (Sad, 4-7). Həmçinin buyurur: “Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs? Əgər biz məbudlarımıza tapınmaqda səbrli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar” (əl-Furqan, 41-44). Bu ayələr açıq-aşkar onu göstərir ki, Peyğəmbərlərlə qövmləri arasındakı qarşıdurmanın səbəbi onların qövmlərini tək Allaha ibadət etməyə və bu dini ixlasla Ona yönəltməyə dəvət etmələri olmuşdur. (İmam Buxari və Muslimin)

“Səhih” əsərlərində rəvayət edilir ki, Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “İnsanlar Allahdan başqa haqq məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə, onlarla vuruşmaq mənə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr–İslam haqqı istisna olmaqla–canlarını və mallarını məndən qorumuş olarlar. Onların gizli əməllərinin haqq-hesabı isə Allaha aiddir.” ( "Səhih əl-Buxari", 25; "Səhih Muslim", 22.)

Həmçinin (imam Muslimin) “Səhih”-ində rəvayət edilir ki, Peyğəmbər (s.a.s) demişdir: “Kim “Lə ilahə illəllah”–desə və Allahdan savayı ibadət olunanları inkar etsə, onun malı və canı haram, toxunulmaz olar. Gizli əməllərinin haqq-hesabı isə Allaha aiddir.” ( "Səhih Muslim", 23.)

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"


Geri dön

qeyretsizlere duwmen

  • 13 oktyabr 2014 17:25
  • Məqalə: 3
  • Şərh: 265
  • Bal:
Allah razi olsun

-Kralica-

  • 17 sentyabr 2014 21:54
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
Tewekkur Edirem

--------------------




Mrs.mickey

  • 16 sentyabr 2014 09:43
  • Məqalə: 21
  • Şərh: 1488
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

Sıla Rəsulova

  • 15 sentyabr 2014 22:41
  • Məqalə: 307
  • Şərh: 4961
  • Bal:
{awards}
Allah razi olsun bacim....

Tek ve Son

  • 15 sentyabr 2014 21:56
  • Məqalə: 5
  • Şərh: 516
  • Bal:
{awards}
Teshekkur.ALLAH razi olsun. smile

✰ღMouRnfuL GirLღ✰

  • 15 sentyabr 2014 21:18
  • Məqalə: 129
  • Şərh: 5052
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

.::Fidaw::.

  • 15 sentyabr 2014 20:26
  • Məqalə: 3
  • Şərh: 1062
  • Bal:
{awards}
Təşəkkürlər

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 15 sentyabr 2014 20:23
  • Məqalə: 694
  • Şərh: 18825
  • Bal:
{awards}
Allah 4azi olsun

(ړײ) Narkuwa(ړײ)

  • 15 sentyabr 2014 19:12
  • Məqalə: 6
  • Şərh: 608
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

ヅ Bad Girl ヅ

  • 15 sentyabr 2014 18:23
  • Məqalə: 790
  • Şərh: 20236
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_leka_the_one_

  • 15 sentyabr 2014 17:57
  • Məqalə: 65
  • Şərh: 1468
  • Bal:
{awards}
Buyuruuuuuun))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 56
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}