Nizami Gəncəvi haralıdı?

 
Nizami Gəncəvi haralıdı?

Nizami Gəncəvinin milliyəti hələ də mübahisəlidir?
Nizami Gəncəvinin etnik türk olması ilə bağlı ilk dəfə Firudin bəy Köçərlinin 1903-cü ildə yazdığı “Azərbaycan tatarlarının ədəbiyyatı” əsərində rast gəlinir. Əsərdə Nizami Yelizavetpol tatarı kimi göstərilir (1930-cu ilə qədər azərbaycanlılar “tatar” adlanırdı). Sovet şərqşünası Afaqangel Krımskinin fikirlərinə görə, Firudin bəyin Nizaminin türk olması barədə qənaətinə təsir edən alman yazıçısı İohan Şerr olub: Şerrə görə, Nizami ata tərəfdən türk, ana tərəfdən kürd idi. Firudin bəy Köçərli Nizamini farsca yazan türk şair kimi göstərir və farsca yazmasını o dövrdə Azərbaycan və İran ədəbiyyatının birgə olduğuyla əsaslandırır. Bundan başqa, Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb. Rusiya Elmlər Akademiyasının Elmi-Tədqiqat İnstitutunun arxiv işçisi Aleksandr Tamazişvilinin fikrinə görə, Nizami Gəncəvinin Azərbaycan şairi kimi elan edilməsi onun anadan olmasının 800 illiyi dövrünə təsadüf edir. Rus tarixçi Viktor Şnirelman isə daha dəqiq – 1938-ci il tarixini verir. Tamazişvilinin araşdırmalarına əsasən, Nizami Gəncəvinin azərbaycanlı şair kimi tanıdılması ideyası ilk olaraq Azərbaycan SSR KP MK-nın I katibi Mircəfər Bağırovun vaxtında olub: vətənpərvər və qatı antiirançı olan Mircəfər Bağırov Nizaminin fars olması fikrini qəti inkar edir və 1930-cu illərin sonlarında bu mübahisənin həlli ilə bağlı milli səviyyədə məsələ qaldırır. 1937-ci ildə SSRİ-də “Azərbaycan poeziyasının antologiyası” buraxılışı planlaşdırılmışdı. İlkin variantda bu kitabda Nizaminin şeirləri yox idi, ancaq avqustda «Bakinskiy Rabociy» qəzetində məqalə dərc olundu və bu məqalədə antologiyanın hazır olması və orada Nizaminin şeirlərinin getməsi barədə məlumat verilir. Rus şair Yuri Marr Nizaminin milliyətcə azərbaycanlı və ya fars olduğunu demir, ancaq Nizamiyə ən çox Azərbaycanın sahib çıxmalı olduğunu bildirir və bunu onun poeziyasının Azərbaycanda İrandan daha çox yayılmasıyla əlaqələndirir. 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın «Pravda» qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı: “Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”. Alman yazar Valter Kolartzın fikirlərinə görə, Nizaminin Azərbaycan şairi olmasıyla bağlı son hökmü Stalin vermişdi və şairin farsca yazmağa məcbur olduğunu demişdi. Nizaminin şeirlərinin farsca olmasına baxmayaraq, fars ədəbiyyatına aid ola bilməzdi. 1939-cu il 16 apreldə «Pravda» qəzetində Bakı ziyalılarının Stalinə təşəkkür dolu şeiri yayımlandı. Səməd Vurğun, Rəsul Rza və Süleyman Rüstəm Stalinə Nizamini onlara qaytardıqlarına görə təşəkkürlərini bildirirdilər. Xalq şairi Səməd Vurğun 1940-cı ildə Moskvada bununla bağlı belə demişdi: Yoldaş Stalin bizə dahi Nizamini qaytardı, hansı ki bizim əclaf düşmənlərimiz olan müsavatçılar və pantürkistlər farsca yazdığını əsas götürərək, onu bizim əlimizdən almağa çalışırdılar. 1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi. 1947-ci ildə Bakıda keçirilən tədbirlərdə SSRİ Yazıçılar İttifaqının katibi Aleksandr Fadeyev daha qəti idi: “Sovet hökuməti olmasaydı, Azərbaycanın və ümumən bəşəriyyətin dahisi olan Nizamini Azərbaycan xalqının özü belə özününkü bilməyəcəkdi”. Bununla bərabər, Azərbaycan yazıçıları da Nizaminin poemalarında özünü türk adlandırdığı məqamları şərh etdilər. Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu. Hətta Yevgeni Bertels Nizaminin yubileyi ilə bağlı «Literaturnaya qazeta»da dərc etdirdiyi məqaləsində Nizaminin “İsgəndərnamə” poemasının sonunda sözügedən “hər kəsin xoşbəxt olduğu utopik dövlət”in Sovetlər İttifaqı olduğunu bildirmişdi. Lakin belə çıxır ki, mübahisə hələ də bitməyib. Çünki hazırda Nizami Gəncəvi dünyada anası kürd, atası Qumdan Gəncəyə gələn fars kimi qəbul olunur, Azərbaycanda çoxluq Nizaminin türk olduğunu deyir, akademik Ziya Bünyadov Nizaminin saxur, filologiya elmləri doktoru Novruzəli Məmmədov isə talış hesab edir.


Geri dön

Səssiz

  • 2 oktyabr 2014 14:27
  • Məqalə: 307
  • Şərh: 4978
  • Bal:
Tewekkurlerr

--------------------
Səssiz'liyim

-Kralica-

  • 1 oktyabr 2014 14:37
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------




qirilmis qelb

  • 1 oktyabr 2014 10:58
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Hmm tewekkurleer

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

Mrs.mickey

  • 27 sentyabr 2014 18:58
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Teshekkurler

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

✰ღMouRnfuL GirLღ✰

  • 27 sentyabr 2014 14:44
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
°•..•°ღ.Təşəkkürlər.ღ°•..•°

--------------------

2-ci kurs telebesi

Mələyimin mələyi

  • 26 sentyabr 2014 22:54
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------

MIRRANDA KERR

  • 24 sentyabr 2014 23:20
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
NIZAMI GENCEVI xalq wairimiz cox gozel adam olub ALLAH rehmet elesin

--------------------
imzami neynirsen aaaa

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 sentyabr 2014 20:16
  • Məqalə: 665
  • Şərh: 18462
  • Bal:
{awards}
Bilirdim tsk..

Tek ve Son

  • 18 sentyabr 2014 10:25
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.

A.l.o.n.E_B.o.Y

  • 18 sentyabr 2014 00:44
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
xebere gore tewekkurler amma ki orda yazmaliydilar QAXIN QUM kendinnen cunki esli ordandi ve irandada qum kendi var amma irannan gence gorsenmir QAXIN QUM kendinde daglara cixanda gence gorsenir... ovaxdida bir sohbetler var idiki QAXIN qum kendinnen gence torpaxlari gorunur sohbeti

Mrs.mickey

  • 17 sentyabr 2014 23:39
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Tewekkurler

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

JaMeS BoNd o07

  • 17 sentyabr 2014 22:51
  • Məqalə: 12
  • Şərh: 64
  • Bal:
{awards}
Bakili xexexe

ferid_ferid_ferid

  • 17 sentyabr 2014 22:49
  • Məqalə: 0
  • Şərh: 52
  • Bal:
{awards}
teeweekkurleeer

-Kralica-

  • 17 sentyabr 2014 21:13
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Tewekkur Edirem

--------------------




Kapriznaya Dəcəlka

  • 17 sentyabr 2014 20:45
  • Məqalə: 90
  • Şərh: 2876
  • Bal:
{awards}
twkkkkkkkkkkkkklerrrrrrrrrrrrrrr

--------------------

..::My Black::..

  • 17 sentyabr 2014 20:39
  • Məqalə: 277
  • Şərh: 1930
  • Bal:
{awards}
Tesekkurler

__AzEkO__

  • 17 sentyabr 2014 20:14
  • Məqalə: 61
  • Şərh: 535
  • Bal:
{awards}
Tewekurler

--------------------

ヅ Bad Girl ヅ

  • 17 sentyabr 2014 19:42
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

★★ Pessimistka ★★

  • 17 sentyabr 2014 19:39
  • Məqalə: 125
  • Şərh: 1146
  • Bal:
{awards}
tewekkuler

Awk bir hayal

  • 17 sentyabr 2014 19:18
  • Məqalə: 137
  • Şərh: 2790
  • Bal:
{awards}
Meqale ucun twklerrr

★Love World★

  • 17 sentyabr 2014 19:01
  • Məqalə: 120
  • Şərh: 2609
  • Bal:
{awards}
Tewekkurler winked

--------------------

yumor

  • 17 sentyabr 2014 18:13
  • Məqalə: 0
  • Şərh: 592
  • Bal:
{awards}
cooox sagolun ela adam olub cennetdiy olsun amin

awka-patnowka

  • 17 sentyabr 2014 17:49
  • Məqalə: 6
  • Şərh: 393
  • Bal:
{awards}
ilk werh menden

--------------------
heyatima anlam qatiram...... ♥ ████████_________| %50 Loading...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 21
Cəmi: 86

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}