Mercedes-dən yeni superkar

 
Mercedes-dən yeni superkar

Mercedes şirkəti öz model sırasında SLS AMG ailəsini əvəz edəcək və Porsche 911 ilə rəqabət aparacaq yeni supercarını Affalterbax şəhərində təqdim edib. Yeni model tamamilə alman avtoistehsalçının idman bölməsi tərəfindən işlənərək hazırlanıb və Mercedes_Benz markası ilə deyil, Mercedes-AMG GmbH emalatxanası markası altında buraxılıb.

Mercedes-AMG GT iki variantda təklif ediləcək tamamilə yeni mühərriklə təchiz edilib. Superkar baza versiyasında 462 a.g. (600 Nm fırlanma anı), “S” modifikasiyasında isə 510 a.g. (650 Nm) hasil edən 4,0 litrlik tvinturbo V8 mühərrik əldə edib.

Aqreqat AMG üçün ənənəvi olaraq əl ilə yığılacaq və bir mühəndis bir mühərrikə cavabdeh olacaq. Transmissiya ikiqat muftalı yeddi pilləli robotdur və transaxle sxemi üzrə quraşdırılıb (ötürücü qutu avtomobilin arxa hissəsində yerləşir).

Arxa ötürməli superkarın standart variantı sıfırdan ilk “yüzlüyə” 4,0 saniyədə, 550-güclü 5,0 litrlik mühərriklə hərəkət edəcək modifikasiya isə 3,8 saniyədə sürətlənəcək. Maksimum sürət birinci halda saatda 304 km, ikinci halda isə 310 km həddində elektron məhdudlaşdırılıb.

Superkar qabaqda 420 mm, arxada isə 360 mm-lik karbon-keramik diskli əyləclərlə təchiz edilib.

Mercedes-AMG GT təchizatına adaptiv işıqdiodlu əsas işıq faraları, arxa görünüş kamerası, frontal toqquşmanı xəbərdarlıq sistemi, ölü zonalara nəzarət, yol nişanlarını tanıma, yolda bütöv xətti qeyri-ixtiyarı kəsməyə nəzarət sistemi ilə təchiz edilib.

Yeni modelin dünya premyerası gələn ay Paris avtosalonunda olacaq. Mercedes-AMG GT Avropa satışları 2015-ci ilin martında başlayacaq.


Geri dön

qirilmis qelb

  • 2 oktyabr 2014 11:47
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
Tewekkurler

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

-Kralica-

  • 1 oktyabr 2014 18:40
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------




İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 24
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}