Sual 7. Beytul-məmur nədir və nədən yaranmışdır, ya Məhəmməd ?
Məhəmməd peyğəmbər cavab verdi ki, Beytul-məmur qızıl yaqutdan bir ev idi. Haqq-taala Adəm peyğəmbəri xəlq etdi. Sonra mələklərə xəbər verdi ki, yer üzərində xəlifə yaratdım. Gedin ona səcdə edin. Mələklər gəlib Adəmə səcdə etdilər, onu Cənnətə apardılar. Haqq-taala Həvvanı yaratdı ki, Adəmə övrət olsun. Onlara əmr olundu ki, Cənnətin bütün meyvələrindən yesinlər və şərabından içsinlər, amma buğda ağacının meyvəsinə toxunmasınlar. Lakin şeytan onları aldatdı. Şeytan Adəmə pıçıldadı ki, əsl meyvə buğda ağacının meyvəsidir. Kim ondan yeyərsə, o, əbədi Cənnətdə qalar. Əgər Cənnətdə qalmaq istəyirsinizsə, bu ağacın meyvəsindən dadın. Onlar da buna inanıb buğda ağacının meyvəsindən yedilər.Peyğəmbər əleyhissəlam cavab verdi ki, haqq-taala həzrətləri göyü buxardan yaratdı.
Həvvadan ayrı düşən Adəm bir dağın başında oturub ağlamağa başladı. Onun ahu-zarından dağlar, daşlar da ağladı.
Haqq-taalanın əmriylə Beytul-məmuru yer üzünə endirib indiki Kəbənin yerində qoydular. Kəbə evinin iki qapısı vardır. Biri məşriq tərəfə, digəri isə məğrib tərəfə açılır. Haqq-taala Adəmə əmr etdi ki, Beytul-məmuru ziyarət et. Adəm səcdə qılıb həcc etdi. Sonra Ərəfat dağına çıxdı. Haqq-taaladan nida gəldi ki, onun günahları bağışlanıb. Adəm və Həvva hər ikisi şad oldular. Adəm Həvvanı götürüb Hindistan vilayətinə gəldi. Ancaq ildə bir dəfə gedib, Beytul-məmuru ziyarət edərdilər. Ömürləri qurtaranda Adəm əleyhissəlam ilə Həvva ayrı-ayrı yerlərdə dəfn edildilər.
Peyğəmbər əleyhissəlam cavab verdi ki, Adəmin vücudu cənnətin abi-havası ilə pərvərdə olunmuşdu. Məlumdur ki, Adəmə cənnətdə buğdanı Həvva yedirtdi. Həvvaya da şeytan yedirtmişdi. Məhz bu səbəbdən Həvva ayrı yerdə dəfn olundu.