QaraQan - "A" romanı ( Bölüm 6 )

 
QaraQan - "A" romanı ( Bölüm 6 )

Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: “Sən artıq azadsan.Qaç , ürəyin hara istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim:
-Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan sənə hər şey edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla.
Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim:
- Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam.

O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi.

Türmə və “A” nın dostu

Heç dəqiq bilmirdim hansı türməyə salmışdılar. Ora çatanda artıq gecə düşmüşdü. Hər halda dəmir türmə mənəvi türmədən yaxşı idi. Özümü barmaqlıqlar arasında çox rahat hiss edirdim.
Türmədə qəribə bir şey var. İçrədi də heç kəs özünü günahkar saymır. Hərənin etdiyi cinayətə görə bir bəhanəsi var. Onlar haqsız olaraq saxlanıldıqlarına inanırlar, polislərdən də zəhlələri gedir.
Mənimsə polislərlə işim yox idi. Gündəliyimi doldururdum. Buradakı boş vaxtımdan səmərəli istifadə edə bilərdim. Türmə dünyaya çox böyük şəxsiyyətlər verib. Elə Adolf Hitleri götürək. O ən məhşur əsərlərdən biri olan “Mayn Kampf“ı türmədə yazıb. Bundan sonra demək olar ki, bütün dünyanı dəyişib. Bəlkə mən də burada nə isə kəşf edə bildim. Yanımda bir oğlan da vardı. Üz-gözündən heç cinayətkara oxşamırdı. Bütün günü kitab oxuyur, arada qəhqəhə çəkib gülür, arada isə deyirdi - “bilirdim ki , belə olacaq. He-he”. 
Adı Azad idi. İlk günlər o qədər də danışmasaq getdikcə söhbətimiz çoxalırdı. O da bura birinci dəfə düşmüşdü. Onu da haqsız olaraq salmışdılar. Küçədə üstünə düşən bir sərxoşu döydüyünə görə bura düşmüşdü. O mənim problemimi soruşanda mən də öz hekayəmi danışdım.
Azad soruşdu:
- Sən də bezmisən hər şeydən?
Başımla təsdiqlədim.O sakitcə danışmağa başladı:
- Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili. İnsanlar bir gün uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar onu daha da uca etmək , Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur. Bəs Allah nə edir? Binalarını uçurur, özlərini də cəzalandırır - ayrı –ayrı millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan uca olmaq fikrinə gəlməsinlər. Ya da Misirlilər, adi insanları Allahlaşdırırdılar. Və yaxud inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri cadügər adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi. Bunların hansı doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma fikir ver o dövrdəki insanların hamısı doğru yolda olduqlaını düşünürdülər. Necə ki , biz indi doğru yolda olduğumuzu düşünürük. O zaman da insanlar çoxluğun etdiyini edir, böyük dövlətlərin yolunu gedirdilər. Biz də elə. Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan daha tez inkişaf edir. Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini saxlayan avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır.
Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü.
Bir gün soruşdum:
- Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır?
Azad cavab verdi:
-Mən tək deyiləm. Mənə bunları “A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər açırdı. Sonra biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını, bütün bu tələlərdən çıxış yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A ilə tanış edərəm. Özün onunla danışarsan. O mənim dostumdur.
- İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq.
- Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri kameradakı namaz qılan oğlanı görürsən?
- Hə, nədir ki?
- O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu vuranda o da yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana səccadə verdilər ki, namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır.
Mən başa düşmədim:
- Nə olsun ki namaz qılır? Burdan çıxmağa nə dəxli var?
- Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm. İndi isə özün görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə isə bir iş var. Yüz faiz nə isə bir iş var.
Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz qılmaqla nə edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki, çıxanda onlarla getmək istəyərəm.
Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi. A belə deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox qəribə gəlirdi. Nə demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm.


P.S:Ardı var...


Geri dön

qeyretsizlere duwmen

  • 13 oktyabr 2014 18:33
  • Məqalə: 3
  • Şərh: 267
  • Bal:
Atdim secilmiwlere

yumor

  • 18 sentyabr 2014 00:42
  • Məqalə: 0
  • Şərh: 592
  • Bal:
{awards}
maragsizdiii belkemde mene ele geldii amma qarqani seven coooooooooxduuu

-Kralica-

  • 17 sentyabr 2014 21:32
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Tewekkur Edirem

--------------------




ヅ Bad Girl ヅ

  • 17 sentyabr 2014 13:26
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Nazlim_97_

  • 17 sentyabr 2014 12:41
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
tewekkurler

senli ele

  • 17 sentyabr 2014 11:54
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
suuuppeerrrr

Tek ve Son

  • 17 sentyabr 2014 10:54
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}