QaraQan - "A" romanı ( Bölüm 7 )

 
QaraQan - "A" romanı ( Bölüm 7 )

Son söhbətimiz mənəvi inkişafın təzadlarından idi.Azad deyirdi ki 
- İzahlı lüğətlərdə bir dəfə sifətlər, insani keyfiyyətlər bölməsinə bax. Bütün sifətləri bir yerə yaz. Sonra köhnə bir lüğətə bax, paxıl , utancaq, yazıq, pis, acgöz sözlərini keçmiş lüğətlərdə axtar. Görəcəksən ki, bu sözlər 5 əsr əvvəl də olub, 5000 il əvvəl də olub. Deməli bu xüsusiyyətlər insanlarda hər zaman olub. Keçmiş lüğətlərdə elə bir insan xasiyyəti yoxdur ki, sonradan arxaikləşsin. Yəni ki gündəlik həyatda işlənməyib köhnəlsin. Əgər bütün o sözlər işlənirsə deməli hələ də insanlarda o xüsusiyyətlər, pis xasiyyətlər var. Köhnələn sözlər isə sadəcə alətlər, rütbələr və ölkə adlarıdır. Belə çıxır ki, əsrlər boyu dəyişən yalnız formadır. Mahiyyət isə dəyişmir. 21-ci əsr isə artıq boş formanı qırarağa tullayıb mahiyyəti dəyişmək əsridir. Biz bunu etmək istəyirik.
Onun danışdıqları mənə çox maraqlı gəlirdi. Söhbətimizin ən şirin yerində dedilər ki, yanıma gələn var. Həmin klip çəkən rejissor idi, yanında da paqonlu bir yekəpər durmuşdu. Rejissor barmağı ilə məni göstərib dedi:
-De budu xanımınızı qaçıran.
Paqonlu pəzəvəng mənə baxdı:
- Gədə, çox böyük zibilə düşmüsən. Səni sabahdan aparırıq öz bölməmizə. Başına oyun açacam sənin.
Sonra Pəzəvəng gözətçilərə nə isə dedi, onlar cəsarət eləyib kişinin üzünə də baxa bilmirdilər. Deyəsən çox samballı adam idi. Paqonlardan da başım çıxmır ki, bilim kimdi, nəçidi.
Onlar gedəndən sonra bir müddət özümə gələ bilmədim. Sabah məni aparıb nə istəsələr edə bilərdilər. Təzəcə həyata həvəsim yaranan vaxt ölmək istəmirdim. Bilirəm bu alçaqların işini adamı döyüb döyüb öldürərlər, adını da qoyarlar ki, yemək yeməyə gedəndə pilləkəndən yıxılıb. Çox təəssüf ki, paqonlar nə dövlətin qanunlarına əməl edir, nə də ki Allahın. Çox qorxmuşdum. Azad da məni sakitləşdirirdi ki, başını qoy yat, hər şey düzələr. Elə xəyalımda məni necə çırpacaqlarını təsəvvür edə-edə yuxuya getdim.
Gecə saat dörd olardı. Birdən qapı açıldı. Azad da, mən də yerimizdən dik atıldıq. Aslan idi, əlində səccadəsi, qapının ağzında durmuşdu. Bizə sakitcə yaxınlaşıb dedi:
- Durun, qaçmaq vaxtıdır.
Biz də yarı ayıq yarı yuxulu onunla getdik.
Gözətçilər daş kimi yatırdı. Aslan onların açarını götürüb dəhlizlə sağ tərəfə getdi. Oradan da pilləkənlə aşağı endik. Zirzəmidə xüsusi bir çıxış yolu vardı. Aslan ora kecib bizi də çağırdı. İçəridə polis paltarları hazır qoyulmuşdu. Biz geyindik. Sonra yenidən dəhlizə çıxıb başqa bir yolla getdik. Beşcə dəqiqəyə polis maşınında türmənin hasarlarını adlamışdıq. Bir az sonra maşını qaranlıq küçələrdən birində saxlayıb piyada getdik. Bakının mərkəzindəki binaların birində bizi artıq gözləyirdilər. Mənzilə daxil olduq. İçəridə iki oğlan vardı. Azad bizi tanış etdi:
- Tanış olun – bu, Anardı. Biz onunla türmədə bir yerdə qalırdıq. O da bizdən biridir. Anar, bunlar isə Araz və Aydındır - bizim yaxın dostlarımız.
Sonra Azad üzünü Aslana tutub dedi:

- İndi isə danış görəy. Bunu necə etdin? Vallah nə qədər fikirləşirəmsə ağlıma gəlmir. Bütün günü səccadədə oturmaqla belə plan qurmaq olar? Tez danış.
Aslan gülümsəyib dedi:
- Bəs bir həftədir mən səccadəyə baxıram. Heç fikirləşmədin ki, A niyə mənə səccadə göndərib? Onun naxışlarına diqqətlə bax.
Biz səccadəyə baxdıq, qeyri-adi heç nə yox idi. Naxışlar, xəttlər ..
Duruxduğumuzu görən Aslan dedi:
- Baxın burada sağdan sola əksinə yazılar yazılıb. İlk baxışdan naxışa bənzəyir. Diqqətlə baxın. Sağdan sola, aşağıdan yuxarı.
“ Sabah sənə su gətirəcəklər, onu içmə. Gözətçilərdən gizli qıfılın üstünə tök. Bu kimyəvi məhlul 3 günə qıfılı çürüdəcək. Cümə günü gözətçilərin yeməyinə dərman qatırıq oyanmayacaqlar.Onda qıfılı qır. Bu xətlər türmənin sxemidir. Arasındakı çiçəklər isə doğru yoldur. İlk yaşıl çiçəkdə paltarlar qoymuşuq. İkinci yaşıl çiçəkdə maşın var. Qalanı da aydındır”.
Bizə isə bu səccadəyə heyrətlə baxmaqdan başqa heç nə qalmırdı. Aslan dedi:
- Gördünüz, həyatda belə şeylər də olur. He-he.
Azad dedi:
- Hə.. Bəs bizə niyə demədin? Ürəyimiz partlayırdı. Axırıncı gün o yekəpərin hədələrindən sonra Anar lap dəli olmuşdu.
-Yox , sizə deyə bilməzdim. Eşidə bilərdilər. Nəzəri cəlb etmək olmazdı. Amma qulağım sizdə idi. Danışdıqlarınızı eşidirdim. Anar, sən çox cəsarətlisən. Qız günahkar olmasın deyə hər şeyi öz üzərinə götürdün.
Mən başımla yavaşca təşəkkürümü bildirdim. Sonra Azad dedi:
- Hə, Anar yaxşı oğlandı. Uşaqlar siz danışın görək. Bir həftədə təzə nə isə olub? 
Bayaqdan sakitcə qulaq asan Aydın dedi:
- Hə qardaşlar. Biz Qərargahı ala bilmişik.
Bunu eşidən Aslan da, Azad da sevinclərini saxlaya bilmədilər.
Əla!” , “Ola bilməz?!” , “Əla!”, ”Şükür Allaha!
Mən nədən söhbət getdiyini bilmirdim amma haranısa almışdılar. Sonra Aydın nə isə danışmağa başladı. Belə məlum oldu ki, səhəri gün biz hamımız ora gedə biləcəyik.



Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir. 
(“Zərdüşt belə deyirdi”-Nitşe)


P.S:Ardı var...


Geri dön

-Kralica-

  • 1 oktyabr 2014 14:26
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
Təşəkkürlər

--------------------




qirilmis qelb

  • 1 oktyabr 2014 10:41
  • Məqalə: 65
  • Şərh: 2777
  • Bal:
{awards}
Ellerivize sagliq

--------------------
I LoVe yOu wiTh aLL mY hEaRt

➰__Ýųśíf__➰

  • 27 sentyabr 2014 20:59
  • Məqalə: 298
  • Şərh: 5700
  • Bal:
{awards}
Ellerinize sagliq

Mrs.mickey

  • 27 sentyabr 2014 18:39
  • Məqalə: 21
  • Şərh: 1489
  • Bal:
{awards}
Teshekkurler

--------------------
Eger menim heyatimda varsansa, demek 1:0 ondesen

✰ღMouRnfuL GirLღ✰

  • 27 sentyabr 2014 14:06
  • Məqalə: 129
  • Şərh: 5081
  • Bal:
{awards}
ELAAAAAA...

--------------------

2-ci kurs telebesi

_leka_the_one_

  • 27 sentyabr 2014 00:44
  • Məqalə: 65
  • Şərh: 1473
  • Bal:
{awards}
Təşəkkürlər..

Mələyimin mələyi

  • 26 sentyabr 2014 22:44
  • Məqalə: 264
  • Şərh: 1854
  • Bal:
{awards}
Təşəkkür edirəm

--------------------

Nuram

  • 26 sentyabr 2014 17:27
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Qaraqan like

--------------------
menem: ^^FiDaNKa^^ prof parolun itirmiwem ..yaxinda qayidacam sizlere dostlarim..

-Kralica-

  • 24 sentyabr 2014 19:58
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
twwkler oxumadim ama no belay

--------------------




Love Me Kiss Me

  • 24 sentyabr 2014 19:05
  • Məqalə: 0
  • Şərh: 1250
  • Bal:
{awards}
oxumanizi tercih ederem

--------------------
Darıxacaqsan! Əsəbləwdirdi,qısqanırdı,küsürdü,çox sual verirdi ama meni sevirdi deyəceksen! Eybi yox men çıxıb gederem ama sen xowbext ol oxuyacağsanda ama cavab yazmayacağsan bilirem ...

ღKiRaZ MeVsİmCiღ

  • 19 sentyabr 2014 14:40
  • Məqalə: 316
  • Şərh: 5498
  • Bal:
{awards}
təşəkkürlər oxumuşam

--------------------

Pıtırcık

  • 18 sentyabr 2014 20:10
  • Məqalə: 385
  • Şərh: 9499
  • Bal:
{awards}
no TESEKKURLER

--------------------
http://mail.mp3.mail.mp3.legend.az/user/imza/

вคɴค iкiмizi คɴlคт ❤

  • 18 sentyabr 2014 19:48
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
Tesekkur edirem

Tek ve Son

  • 18 sentyabr 2014 19:01
  • Məqalə: 5
  • Şərh: 518
  • Bal:
{awards}
Teshekkur.

ヅ Bad Girl ヅ

  • 18 sentyabr 2014 18:10
  • Məqalə: 789
  • Şərh: 20377
  • Bal:
{awards}
Qaraqan superdi

--------------------

(ړײ) Narkuwa(ړײ)

  • 18 sentyabr 2014 16:24
  • Məqalə: 6
  • Şərh: 611
  • Bal:
{awards}
°•.♥.•°ஐღ.Təşəkkürlər.ღஐ°•.♥.•°

--------------------
(ړײ) ™àYяıŁıQ zàмàηѕιz™ (ړײ)

https://vk.com/id213685327

Ayla_)

  • 18 sentyabr 2014 13:34
  • Məqalə: 0
  • Şərh: 145
  • Bal:
{awards}
qaraqan superdi romani da laaap superdi Qaraqanin uzunnen masumluk yagiir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 31

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}